0
Sunday 13 January 2013 - 01:24

Sizin düşməniniz kimdir?

Story Code : 230645
Sizin düşməniniz kimdir?
Sizin düşməniniz kimdir?
Islam times.org/az/ - Artıq bir neçə gündür ki Azərbaycan mətbuatında hərbi xidmətdə qətlə yetirilimiş əsgər haqda yazılar yavaşımaq bilmir. Demək olar ki, ölkənin dövlət qəzetlərindən başqa bütün qəzet və saytlar bu haqda müxtəlif fikirlər səsləndirirlər.

Dövlət mətbuatı isə hərbi hissədə bir Azərbaycan ordusunun əsgərinin ürək çatışmamaqzlığından vəfat etdiyi haqda kiçik bir xəbərlə kifayətləndi. Öncədən xəbər verdiyimiz kimi məsələ o qədər də dövlət qəzetlərinin yazdığı kimi deyil.

Abşeron rayon Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı, Xırdalan şəhər sakini Ceyhun Qubadov xidmət etdiyi cəbhə bölgəsində yerləşən N saylı hərbi hissə ərazisində müəmmalı şəkildə dünyasını dəyişmişdir. Mərhum əsgərin yaxınlarından əldə etdiymiz məlumata görə əsgər kasıb bir ailənin nümayəndəsidir.

Dövlət orqanları əlindən gələni ediblər ki, əsgərin cənaəzəsi aşılmadan dəfn edilsin. Lakin Xırdalan gəncləri bütün təhdidlərə baxmayaraq tabutu açiblar..
Hörmətli oxucularımızın nəzərinə çatdıraq ki, mərhum əsgər Ceyhin Qubadovun xidmət etdiyi hərbi hissədə tez –tez əsgər və zabit heyətinin ölümünə rast gəlirik.

2010-cu il yanvarın 28-də Ceyhun Qubadovun öldürüldüyü Daşkəsən rayon "N" saylı hərbi hissəsində əsgərlər Elxan Əzizovla Sadiq Məmmədov hərbi hissənin divizion komandiri polkovnik-leytenant Yusif Cumayevi, qərargah rəisi kapitan Vasif Sadıxovu, baş leytenant Anar Quliyevi və gizir Elgün Səmədovu qətlə yetirib, zabitlər Vazeh Babayevlə Samir Abbasovu yaralayandan sonra özlərini öldürüblər.

Əgər xatirinizdədirsə, bu hadisədən sonra heç kim cəzalandırılmadı desək düzgün olar. Çünki belə böyük faciənin nəticəsində iki kiçik rütbəli zabit cəzalandırmaqla iş sona çatdı.

Eyni ssenarili hadisə bu il də oldu. Ceyhun Qubdaovun ölümünü ürək çatışmamazlığı ilə əlaqələndirib onun meyyidini valideynlərinə təhvil verildikdə, qohumlarının və şəhidin meyyidini qarşılamağa gələn sakinlərin təkidi ilə cənazə açılır və məlum olur ki, meyyidin bədənində xeyli sayda zorakılıq əlamətləri mövcuddur.

Mərhum əsgərin valideynlərinin çox saylı müraciətindən sonra Müdafiə Nazirliyi guya məsələyə aydınlıq gətirirmişlər kimi hamının gözlədiyi bir addım atdı. Müdafiə Naziri Səfər Əbiyev döyülərək öldürülən əsgər Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı general Rövşən Əkbərova töhmət elan edib, hərbi hissə komandiri, müavini və bölük komandiri cəzalandırdı. Hansı üsulla cəzalandırıldılar? Onlar da elə töhmətlə.. Azərbaycan ordusunda töhmət almaq futbol oyununda sarı kart almaq kimidir.

Hadisəyə münasibət bildirən digər rəsmilərin isə fikirləri müxtləfdir. Bəziləri elə soyuqqanlı açıqlama verirlər, günahı öldürülənin üzərinə elə qoyurlar, elə diaqnozlar təyin edirlər ki, adam heyrətə gəlir.

Yoldaş generallar, öz iddialarınızla özünüzü niyə rüsvay edirsiniz? Deyirsiniz əsgər ağır xəstə imiş. Əgər belədirsə, onu niyə orduya çağırmısınız? Yaxşı, bir qanunsuzluq edib aparmısınızsa, onda niyə müalicəsi ilə məşğul olmamısınız?

Əsgər xəstəlikdən ölübsə, onun daxili orqanları hanı? Sifətində və bədənindəki dəhşətli yaralar hardandır?

Məsul şəxslər belə halları gizlətməyə çalışmaqdansa, onların qarşısını almağa, səbəblərini aradan qaldırmağa çalışmalıdır. Açıqlayın görək hansı tədbirlər görülüb, kimlər, necə cəzalandırılıb. Zabiti bir hərbi hissədən çıxarıb başqasına təyin etmək, rütbəsini bir pillə aşağı salmaq adekvat cəza sayılmır.

Azərbaycan ordusuna yetişdirilən zabit tayfasına təhsil aldıqları müəsissədə sanki bir tək şey öyrədilir: "25-illik xidməti dövründə bir şeyi bil və əsla unutma ki, sənin bir tək düşmənin var. O da Azərbaycan əsgəridir!"

İSLAMTİMES - HƏMZƏ
Source : İslamtimes
Comment