0
Tuesday 15 January 2013 - 01:07

Şəhid olmayan qatillərin qurbanları

Story Code : 231351
Şəhid olmayan qatillərin qurbanları
Şəhid olmayan qatillərin qurbanları
Islam times.org/az/ - Azərbaycan ordusunda əsgərləri öz hərbiçi yoldaşları və zabitlər tərəfindən öldürülməsi, qətlə yetirilməsi hallar barəsində az yazılmayıb, xüsusilə ötən il əsgərlərin öldürülərək daxili orqanlarının satılması halları ilə bağlı məlumatlar geniş yayılmışdı, obyektiv araşdrımalar isə aparılmayıb və bunun da tək səbəbi, hakimiyyətin bu araşdırmaların aparılmasına izn verməməsi olub.

Bu günlərdə əsgər Ceyhun Qubadovun öldürülməsi ictimaiyyətdə bir qədər geniş təpki nəzərə çarpdı, həm siyasi təşkilatlar həm də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən bu hadisə sərt qarşılandı.
Normal ölkələrdə bir əsgərin qeyri döyüş şəraitində ölməsi (xəstəlikdən, ehtiyatsızlıqdan və s.) artıq ictimaiyyətdə çox geniş rezonansa, məsulların ağır cəzalandırılmasına və kütləvi etiraz aksiyalarına səbəb olur, bəzən də hakimiyyətin istefasına gətirib çıxarır, hətta ölkə müharibə vəziyətində olmasa belə.

Bilirsinizmi niyə? Çünki, əsgər valideynin himayəsində deyil, sərbəst həyat tərzi yaşayan vətəndaş deyil, o dövlətin əmrində vətənin müdafiəsində xidmət edir. Onun öz həyatını istədiyi kimi yaşamaq, özünü təhlükədən istədiyi və bacardığı kimi qorumaq haqqı yoxdur, təlimatlara və qanunlara müvafiq olaraq belə bir hüquq yoxdur.

Belə çıxır ki, əsgərin bütün məsuliyyəti də dövlətin üzərindədir. Bu da o deməkdir ki, dövlət vəzifələrində yer alan şəxslər, öldürülən əsgərlərin məsuliyyətini özləri daşıyır və cəzalandırılmada da onlar kənarda qalmamalıdır, hətta bu şəxs ali baş komandan olsa belə.

İndi gündəmi zəbt edən Ceyhun Qubadovun öldürülməsi hadisəsi bir qədər səs küy yaratdı və məhz ictimaiyyətin təpkisi nəticəsində qatil müdafiə naziri Səfər Əbiyev isə adi, gündəlik addımlarını cəza kimi ictimaiyyətə təqdim etdi. Yəni ictimaiyyətin təpkisini görən hakimiyyət guya orduda cəzalandırmalara getdi.

Ancaq cəzalar nədən ibarət oldu? Müdafiə naziri Səfər Əbiyevin əmri ilə korpus komandiri Rövşən Əkbərova töhmət verilib, briqada komandirinin rütbəsi bir pillə endirilib, briqadanın qərargah rəisi tutduğu vəzifədən azad edilib, bataleon komandiri, taborun qərargah rəisi və bölük komandirinin rütbələri də bir pillə aşağı endirilib.
Vəssalam.

Yəni əliyev rejimi xalqa deyir ki, siz övladlarınızı əsgərliyə göndərin, biz onları döyərək, işgəncə ilə öldürüb daxili orqanlarını sataq və sonda da əgər bu hadisələr barədə ictimaiyyətdə məlumatlar yayılarsa, ictimai təpki olarsa o zaman sadəcə olaraq bir parça kağızda hansısa komandirlərə töhmət verə və ya rütbələrini endirə bilərik. Töhmətlə bu zabitlər nə itirir?
Heç bir şey, sadəcə olaraq daha yüksək rütbəli komandirlər onları çağırıb deyir ki, hərbi nizamnaməyə uyğun olaraq sizə töhmət verildi, töhmət alan zabit isə yenidən ancaq bu dəfə daha azğın bir şəkildə gedir cinayətlərini davam etdirir.

Rütbənin aşağı salınması ilə zabitin sadəcə olaraq çiynində daşıdığı ulduzların kəmiyyət və həcmi azala bilər. Bu cəzalar hətta bu zabitlərin əmək haqqısına belə təsir etmir. Ancaq valideynlərin isə gənc övladları öldürülüb daxili orqanları satışa çıxarılır.

Bax ordumuzun vəziyyəti budur. Cinayətkar və qatil müdafiə naziri Səfər Əbiyev isə öz vəzifəsində qalıb cinayət əməlləri ilə məşğul olur, yeni yeni qurbanların ovuna çıxır. Onu da deyim ki, ictimaiyyətə əsgər qətlləri ilə bağlı hadisələrin sadəcə mindən biri məlum olur və ya bəyan olunur, min hadisədən 999 isə gizlədilir, mətbuat bunlardan xəbərsiz qalır.

Ceyhun Qubadovun qətli ilə bağlı bir neçə gənclər təşkilatı yanvarın 12-də Fəvvarələr meydanında etiraz aksiyası təşkil ediblər və bu barədə gənclər ictimaiyyəti sosial şəbəkələrdə məlumatlandırıb, Bakı polisi isə öz növbəsində həmişəki kimi bəyan edib ki, istənilən icazəsiz aksiyanın qarşısı alınacaq.

Sosial şəbəkələrdə mitinqin anonsunu verən gənclərin səsinə artıq 10 mindən çox adam qoşulacağını bəyan edib, ancaq bu o demək deyil ki, 10 mindən çox eitrazçı mitinqə gələcək. Bu arada ABŞ-ın Azərbaycandakı səfirliyinin verdiyi bəyanat maraq kəsb edib.

Sizin də xəbəriniz olduğu kimi səfirlik Bakıda olan amerika vətəndaşlarını sabah ehtiyatlı olmağa, mitinqdən uzaq olmağa, öz təhlükəsizliklərinin qorunmasında diqqətli olmağa çağırış edib. Azərbaycanda belə bir çağrış yayan səfirlik adətən İsrail səfirliyi olur, ABŞ səfirliyi isə son 23 ildə bir iki dəfə belə çağrış yayıb ki, bu da əsasən ABŞ-ın müsəlman ölkələrindəki, qızğın hərbi əməliyyatlarına təsadüf edir (guya 40 ildir ABŞ müsəlman ölkələrini viran qoymur?), ancaq mitinq olacaq deyə ABŞ səfirliyinin belə bir bəyanatı heç zaman olmayıb.

Bunun səbəbini belə izah etmək olar ki, amerikalı diplomatlar ictimaiyyətdə qəzəbin yüksək olduğunu hakimiyyətin nəzərinə çatdırır, belə halların baş verməməsi üçün İlham Əliyevə tədbirlər görməyə və seçki ilində aşırı zorakılığa yol verməməyə çağırır.

Bu çağırışı da ona görə edir ki, “ABŞ Azərbaycanda diktatura rejimini müdafiə edir” fikirləri həm ABŞp-da həm də digər ölkələrdə geniş səsləndirilməsin. Yəni ABŞ-ın narahatçılığının səbəbi əsgərlərimizin öldürülməsi yox, öz maraqlarının müdafiəsidir.


İSLAMTİMES
Source : İslamtimes
Comment