QR CodeQR Code

Çağrı

Hanı Ali Baş Komandan?

Nalə çəkən anaların səssinə səs ver. Haqqını tələb et.

İslamtimes , 15 Jan 2013 01:28

İslamtimes -Yatmış Azərbaycan xalqına səslənirəm.


islamtimes.org/az/ - Oyan , ey yatmaqdan özünə gələ bilməyən millətim. Oyan ey qanunsuz lay-layla yatan millətim. Oyan bu acı yuxudan nələri itirdiyini və hələdə itirməkdə olduğunu gör. Yatılı olmağından istifadə edib ölkəndə nə fəsdalar törəndiyini bil və qarşısın almaq üçün bir xalq olaraq birləş.

Nalə çəkən anaların səssinə səs ver. Haqqını tələb et.
Bundan artıq hansı zülm görmək istəyirsiniz ki, bir ölkədə mömin əqidəsinə görə şərlənib həbs olunur, həbsdəkilər müxtəlif yollarla öldürülür. Hərbidə əsgəri döyərək öldürüb organlarını çıxarırlar .

Ölkədə bu haqsızlığa son qoymağa çağırış edənləri Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təhdid olunurlar. Əksər hüquq müdafiəçiləri bu problemlər üzündən təhlükəli həyat yaşayırlar ki , bunlardan ən sonuncusu vəkil Elçin Namazov oldu ki, haqlı tələbinə görə MTN tərəfindən izlənməyə başlanıldı. (vəkil E.Namazovun təhdid olunmasına səbəb olan tələbi son günlərdə mətbuatda yetərincə yayılıb )

Bəs xalq nə deyir və necə baxır bu qurbanlara? Hanı Azərbaycan igidlər vətənidir deyirdik. Bu gün həyatını təhlükəyə atan, hər bir başına gələcək hadisəyə göz yuman , xalqın haqqını tələb edən oğullar vətənimizin igidləri deyillərmi? Gəlin onları tək qoymayaq.

Əllərimizi , güclərimizi birləşdirək tağut qarşısında. Fədakar ziyalılarımızı qurban verməyək. Onların kənarında düşmən qüvvələrdən qorunmaları üçün çəpər olaq.

Tələb edək . Hanı bu ölkənin Ali Baş Komandanı? Varmı ? Onun xalq qarşısına çıxıb olanlara aydınlıq gətirmək borcunu tələb etməliyik. O buna borcludur. Ölkəni satmaq, ölkə sərvətini şəxsi malı kimi istifadə etmək , ona arxa çıxsınlar deyə bir qurup məmuru öz başına buraxmaq üçün deyil prezident.

Birləşək zülmə qarşı, birləşək haqqın kənarında, görüşək xilafətdə, görüşək şəriətdə!

İSLAMTİMES - ZƏHRA


Story Code: 231352

News Link :
https://www.islamtimes.org/az/article/231352/hanı-ali-baş-komandan

Islam Times
  https://www.islamtimes.org