QR CodeQR Code

Əsgər ölümlərinə son deyək

İslamtimes , 24 Jan 2013 00:52

İslamtimes - Bu gün əsgər ölümləri cəbhə xəttində yox arxa cəbhədə baş verir.


islamtimes.org/az/ - Mən bu mövzunu seçməkdə məqsədim azda olsa öz vətəndaşlıq borcumu yerinə yetirmək və bu qısa məqaləmlə dünyaya Azərbaycan ordusunda baş verən müəmmalı əsgər ölümlərinin günü gündən artmasını çatdırmaqdır.

Azərbaycan xalqı tarixən döyüşkən və mübariz xalq olub. Bunu sübut edən bizim Babək,Cavanşir,Şah İsmayıl Xətayi və bu gün isə Mübariz İbrahimov Fərid Əhmədov kimi qəhraman igid oğullarımız olub.

Hər gün televiziya və mətbuat vasitəsi ilə aldığımız xəbərlərdə müxtəlif hərbi hissələrdə əsgər ölümləri xəbərlərini alırıq.

Bu gün doğrudur ki,Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitindədir. Ancaq bu gün əsgər ölümləri cəbhə xəttində yox arxa cəbhədə baş verir. Hərbi Hissələrdə baş verən özbaşınalıqlar sonda hansısa bir ailənin çırağının sönməsi yəni sevə sevə böyüdüb vətəni qorumaq üçün göndərdiyi övladının ölümü ilə nəticələnir.

İnsanı düşündürəndə budur ki,əgər biz sülh şəraitindəyiksə niyə tez tez əsgər ölümləri baş verir və buna ilk növbədə Ali Baş Komandanımız İlham Əliyev və Müdafiə Naziri Səfər Əbiyev göz yumur.

Demək bu gün Azərbaycanın ordu quruculuğunda güclü struktur dəyişikliyə ehtiyac var. Başda MN Səfər Əbiyev və bəzi Generall və H.Hissə komandirləri tək işdən azad edilməməlidir hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Amma nə yazıq ki, bunu bizim prezident edə bilməz çünki,Azərbaycanda qurduğu hakimiyyətlə vidalaşmalı olacaq. Artıq xalq öz övladını əsgər göndərməkdən boyun qaçırdır, buna səbəbi var onun oğlunun təhlükəsizliyinə heç kim qarant vermir.

Azərbaycan xalqı 07.01.2013 cü il Daşkəsən rayonunda yerləşən N sayli H.Hissədə əsgər Ceyhun Qubadovun ölüm xəbəri ilə gözünü açdı. Bu xəbər bütün Azərbaycanı sarsıtdı bir çox internet ünvanlarında əsgərin döyülərək öldürüldüyü haqqinda məqalələr dərc olundu. Ancaq hakimiyyətin xeyrinə çalışan televiziyalarda əsgərin döyülərək yox ürək çatışmamazlığından öldüyü barədə saxta məlumatlar verilirdi.

Burda nəzər salsaq ki, əgər əsgərin ürəyində hər hansısa bir qüsur varidisə niyə ordu sıralarına sağlam olaraq götürülüb? Əgər əsgər ürək çatışmamazlığından dünyasını dəyişibsə meyidin üzərindəki zorakılıq izlərinə bəs nə deyək?

Əsgər ölümü ana övlad,vətən vətəndaşını, komandir əsgərini itirib. bütün bunlar ağrıdıcı faktdır.Azərbaycan ordusu müxtəlif səbəblərdən son 1 ildə 100 ə yaxın əsgərini itirib və əsgər Ceyhun Qubadovun ölümü Azərbaycanda böyük ajartaj yaratdı və gəncləri" ƏSGƏR ÖLÜMÜNƏ YOX" şüarı altında birləşdirdi və 12.01.2013 cü ildə gəncləri fəvvarələr meydanına topladı.

Facebook sosial şəbəkəsində bu şüar altında 15 min insan birləşdi. Bu hal hakimiyyətdə böyük qorxu yaratdı və keçirilən aksiya polis dəyənəkləri hesabına dağıdıldı. Prezident isə öz çıxışında bu hadisələrin baş verməsini bəzi ünsürlərin boynuna yıxdı çünki prezident çox gözəl başa düşür ki bu hadisələr prezidentin öz səhvidir ki,məmur özbaşınalıqlarına rüşvətxorluğa qarşı heç bir ciddi tədbir görmür.

Aksiya zamanı həbs olunan gənclər böyük məbləğdə cərimə olunaraq sərbəst buraxıldı.Gülməli bir haldır ki, Ermənistan mətbuatındada baxın budur Azərbaycan ordusu başlıqları ilə qəzet və jurnallarda məqalələr dərc olundu.Amma cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarının birində Azərbaycan ordusu Cənubi Qafqazin ən qüdrətli ordusu ilə bağlı danışması insanda gülməli bir vəziyyət yaradır.

Doğrudur bizim əsgər və zabitlərimiz güclərini bir birilərinin üzərində nümayiş etdirirlər bunu deməkdə məqsədim var əsgər Cavanşir Hüseyinov öz əsgər yoldaşlarını döyməkdə zorlamaqla pul tələb etməkdə təqsirli bilinərək həbs olundu. Son 1 ildə şəhid olmuş əsgərlərimizin bir neçəsinin qeyd etmə istərdim. Zeynal Zeynalov Ceyhun qubadov Orxan İlhamoğlu Nurlan Səfərov və s Allahdan Əsgərlərimizə rəhmət ailələrinə isə dərin hüzünlə baş sağlığı verirəm. VƏTƏN SAĞ OLSUN.
Şəhidlər Ölməz Vətən Bölünməz


İSLAMTİMES - KAMİL İBRAHİMZADƏ


Story Code: 234081

News Link :
https://www.islamtimes.org/az/article/234081/əsgər-ölümlərinə-son-deyək

Islam Times
  https://www.islamtimes.org