0
Thursday 24 January 2013 - 09:25

“Azad Mətbuat” sindromu və Azərbaycan

Story Code : 234170
“Azad Mətbuat” sindromu və Azərbaycan
“Azad Mətbuat” sindromu və Azərbaycan
Islam times.org/az/ - Dövlət himayəsində olan “Səs” qəzeti bu günkü nəşrində maraqlı bir məqalə ilə yadda qalıb. Qəzet son dövrlərdə ictimaiyyətin narahatlığına səbəb olan Azərbaycan ordusunda cərəyan edən hadisələr, əsgər ölümləri, əsgərlərin zabitlər tərəfindən təziqlərə məruz qalması faktlarını gizlətmək məqsədi ilə tez -tez guya orduda hakim olan sabitliyi qabarıq şəkildə ictimaiyyətə yeritmək istəyir.

Ümumiyyətlə təkcə adını qeyd etdiyimiz qəzet deyil, bütün dövlət himayəsində olan mətbu orqanların hamısı reallığı dezinformasiya kimi qələmə verirlər.

Qəzetin yazdığına görə "2011-ci illə müqayisədə 2012-ci ildə Ermənistan ordusunda ölən əsgərlərin sayı artıb. Belə ki, ötən il 48 əsgər ölüb. 2011-ci ildə bu rəqəm 39-a bərabər olub" kimi fakt səsləndirir.

Təssüflər olsun ki, Azərbaycanda bəzi müstəqil və ya müxalif mediyadan başqa heç bir dövlət orqanları ordumuzda baş verənlər haqda heç bir sərtdə olsun yazımırlar. Bəlkə bu mətbu orqanlar hələ xəbərsizdirlər? Heç olmasa belə bir başlıq altında reallığı ictimaiyyətlə paylaşsınlar “Azərbaycanda əsgər ölümlərinin sayı azalıb” yəni , 2011-ci ildə 100 əsgər dünyasını dəyişmişdisə, 2012-ci ildə bu sayı 97-ə düşmüşdür.

Sevindirici hal kimi olsa belə orduda qətl edilən əsgərlərimiz haqda məlumat versinlər. Belə faktları dərc etmək üçün əgər senzura vardırsa, demək Azərbaycanda azad mətbuatdan söz gedə bilməz.

Azad mətbuat, söz azadlığı Azərbaycan ana yasasının mühüm hissəsini təşkil etməsinə baxmayaraq biz bunun əksini görürük. Yuxarıda qeyd etdiyimiz kimi “Azərbaycanda əsgər ölümlərinin sayı azalıb” kimi başlıq altında həqiqəti yazmaq mümkündür.

Başqa bir misalla “Azərbaycan ordusu Qafqazda ən güclü ordudur”, ona görə düşməni qorxduğundan və rəqibi olmadığından özününküləri öldürürlər. Və ya “Özümüzünküləri belə ediriksə, görün düşməni necə edərik” prinsipi ilə modern hərbi taktikanı dəyərləndirməmək olmaz.

Dövlət qəzetlərinin manşetində daim “Cənab prezidentimiz möhtərəm İlham Əliyevin uğurlu siyasəti nətcəsində Azərbaycan hər bir sahədə Ermənistandan üstündür, qabaqdır.

Azərbaycan bundan sonra da inkşafı ilə dünyaya örnək olacaqdir” cümləsi yer alır. Bəli, göründüyü kimi orduda ölən, qətlə yetirilən əsgərlərin sayına görə də Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir.
Source : İslamtimes
Comment