0
Saturday 26 January 2013 - 21:21

Obama: Netanyahu İsrail üçün İrandan daha təhlükəlidir

Story Code : 234914
Obama: Netanyahu İsrail üçün İrandan daha təhlükəlidir
ABŞ prezidenti Barak Obama son müsahibələrindən birində Netanyahunun İsrailin xeyrini anlamadığını vurğulayıb. Obama bildirib ki, baş nazirin tutduğu yol İsraili beynəlxalq aləmdən təcrid edəcək. Amerikanın məşhur jurnalisti Cefri Qoldberq Obama dövlətinə yaxınlığı ilə tanınır. O “Blumberg” saytında Obama ilə Netanyahu arasındakı dərin ziddiyyətdən söz açır. Jurnalist bildirir ki, Ağ Ev Netanyahuya İran və Suriya ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Qoldberq öz məqaləsində Ağ Ev rəsmilərinin dilindən bildirir ki, Netanyahuya münasibətdə bir ümidsizlik mövcuddur. Netanyahunun işğal olunmuş ərazilərdə, Beytül-Müqəddəs yaxınlığında yaşayış qəsəbələri salması bu rejimə baha başa gələcək. Ağ Evin mövqeyi belədir ki, Netanyahunun İranı hədələməsi İsrailə zərbə olacaq.

Qoldberq yazır ki, Fələstin BMT-yə müşahidəçi üzv seçildikdən sonra Obama deyib: “İsrail öz mənafelərindən xəbərsizdir.”

Obama Netanyahunun İsraili dünyadan təcrid etdiyini söyləyib. Obamanın fikrincə məntəqədə sevilməyən kiçik İsrail dövləti yeganə dostu ABŞ-ə itirə bilər. ABŞ prezidenti İsrailin mövcud siyasətini bu ölkə üçün İrandan daha təhlükəli sayır.

Qoldberq məqaləsində Obamanın Fələstinlə bağlı fikirlərini açıqlayır: “Obama bu fikirdədir ki, Netanyahu qorxaq siyasətçidir.” Baş nazir imkanı olduğu halda Fələstinlə sülhə getmir.

Ağ Evə yaxınlığı ilə seçilən qəzet Obamanın Netanyahuya ümidsizliyini önə çəkir. Obamanın nəzərincə Netanyahu yəhudi lobbisinin təsiri altında Fələstinlə sülhdən qaçır. Belə bir vəziyyətdə ABŞ prezidentinin fəaliyyətləri nəticə verə bilməz. Jurnalist Obama tərəfindən belə bir nöqtəni yada salır ki, İsrail BMT-də növbəti səsvermədə heç vaxt olmadığı qədər tək qalacaq. Bir daha qeyd edək ki, Cefri Qoldberq Ağ Evə yaxın bir jurnalistdir və ABŞ hökumətinin rəsmi mövqeyini ifadə edir.
Comment