0
Monday 4 February 2013 - 10:10

Məşhur şərqşünaslar İran İslam İnqilabı haqqında nə düşünür?

Story Code : 236931
Məşhur şərqşünaslar İran İslam İnqilabı haqqında nə düşünür?
İran İslam İnqilabı ictimai-siyasi hadisə olaraq əsrin son inqilabı kimi tarixə düşüb. Bu inqilab dünyada mövcud siyasi balansa təsir göstərib, öz nəticələri ilə ekspertləri heyrətə gətirib. İnqilab haqqında “Times” qəzeti yazırdı: “İran İslam İnqilabı bütün dünyada səhnə arxasına keçmiş dini mövzunu gündəmə gətirdi.” Qəzet inqilab haqqında yazır ki, tarixdə ilk dəfə müsəlman bir ölkə Qərb dövlətləri ilə baş-başa gəldi və onları siyasi səhnədən çıxardı. Müasir ABŞ alimi Çamski İran İslam İnqilabını belə xatırlayır: “İran İslam İnqilabı ABŞ-ın qırmızı xətti üzərindən atılan ilk addım idi. İran 1979-cu ildə Ağ Evin qırmızı xəttini keçdi, əsarət boyunduruğunu çıxarıb, müstəqil oldu.” Samuel Hantinqton deyir: “1979-cu ildə İran İslam İnqilabının qələbəsi Qərb və İslam mədəniyyətləri arasında gizli müharibənin başlanğıc nöqtəsi oldu.”

Şəmsi 1357-ci il bəhmən ayında dünya tarixində, o cümlədən İslam dünyasında əzəmətli hadisə baş verdi. İran İslam İnqilabı dünyanın tanınmış mütəfəkkirlərini, siyasətçilərini, tarixçilərini heyran qoydu. Bu İslam mədəniyyətinin qələbəsi idi. İran İslam İnqilabı hər gün yeni müvəffəqiyyətlər əldə edirdi. Axı bütün xalqın eyni vaxtda ayağa qalxıb, siyasi rejimi dəyişməsi adi iş deyildi. Şah rejiminin süqutu, İslam hökumətinin qurulması bir xalqın iradəsini göstərirdi. Mişel Fuko deyir ki, Allah və ya ruh kimi gözə görünməyən bir iradə İranda səhnəyə çıxmışdı.” Tanınmış ingilis tarixçisi Arnold Novinbey bu inqilabı proqnozlaşdırmış yeganə şəxsdir. Hind yazıçı Dilib Heyro yazır: “Əksər şərhçilər İranı İslami oyanışın bariz nümunəsi olaraq tanıyır. İnqilabçılar özü də şah və onun xarici hamiləri kimi heyrətdə idi. İmam Xomeyninin inqilabı heyrət yaradan böyük hadisə idi.”

Qəti şəkildə deyə bilərik ki, İran İslam İnqilabının simasında bəşəriyyət ilahi möcüzənin şahidi oldu. İmam özü bu barədə deyir: “Cəmiyyətdə ruhani bir oyanış baş verdi, başqa sözlə möcüzə oldu. Bu, ilahi iradə idi, bunu başqa cür adlandıra bilmirəm.” Bəli, İslam İnqilabı tarixin ən əzəmətli inqilabı oldu. Onun əzəmət göstəricisi imam Xomeyninin misilsiz şəxsiyyəti idi. Bəzi yazıçılar buna işarə ilə deyir: “İran İslam İnqilabı prinsip etibarı ilə heç bir inqilaba bənzəmirdi.”

Kanada alimi Robert Qolston İran inqilabı mövzusunda araşdırmaçılardandır. O deyir: “Mən müsəlman deyiləm, amma ilahi bir məktəbin bugünkü dünyada qalib gəlməsi, ədaləti bərpa etməsi Allahın istəyidir və mən bunu möcüzə sayıram.”

Əksər təhlilçiləri, o cümlədən avropalı şərqşünasları heyrətə gətirən İran İslam İnqilabının mahiyyətidir. Bu barədə Teda Skaçpul yazır: “Şahın süqutu İslam İnqilabının qələbəsi bütün dünya üçün gözlənilməz idi. Şahın dostlarından başlamış siyasətçilərə qədər bütün müşahidəçilər inqilabı heyrətlə izləyirdi. Bu inqilab təbiət qanunlarına zidd idi.” Mişel Fuko deyir: "İran İslam İnqilabı fövqəlmodern hadisə idi, mənəviyyat üzərində qurulmuşdu. Bu inqilab dünyanın siyasi həyatına mənəviyyat gətirdi.”

Maykl Fişer öz növbəsində inqilabın mənəvi yönünə işarə ilə yazır: “İmam Xomeyni üçün bu inqilab siyasi ya iqtisadi yox, mənəvi hadisə idi. O dövlətə mənəvi dəyərləri hakim etdi. İmam Xomeyni inqilabı mövcud nəzəriyyələri dəyişdi. Dünya hələ də bu inqilabın təsiri altındadır.”

Amerikalı müsəlman mütəfəkkir Hamid İlqar deyir: “Bu inqilabın kökü şiələrin nəzərindəki imamət, əsrin imamının qeyb məsələsidir. Onun mahiyyətində zühura etiqad durur.” Mişel Fuko deyir ki, bu inqilab zülmə qarşı müqavimət hərəkatını ortaya qoymaqla insanların qəlbində yer tutdu, ABŞ və müttəfiqlərinin cinayətlərinə qarşı hərəkat yaratdı. O şiə məktəbinin rəhbərliyi ilə bağlı deyir ki, heç bir rəhbər xalqa imam Xomeyni qədər bağlı olmayıb.

Teda Skaçpul inqilabda şiə məktəbinin rolu barədə yazır: “İran İslam İnqilabı möhkəm ideoloji və siyasi əsaslara söykənən imam Hüseyn məktəbinin yaratdığı hadisə idi.” İranlı müsəlman mütəfəkkirlərdən olan mərhum Həmid İnayət yazır: “Bu inqilabın mahiyyəti şiə məktəbi idi. Buna görə də şiə düşüncəsini İran İslam İnqilabının əsas amili saymaq olar.” Hamid İlqar bu nöqtəyə diqqətlə deyir: “Bu hadisədə ən maraqlı amil İslam amili idi. Xalqın yekdilliklə imama itaəti çox mühüm oldu. Belə bir inqilabı dünyada baş vermiş bütün inqilablardan fərqləndirən onun rəhbərlərinin kimliyi, yəni şiə məktəbidir. Bu inqilaba tanınmış təqlid mərcələri rəhbərlik edib.” Britaniyada yaşayan professor Mənsur Mədəl bu fikirdədir ki, İran İslam İnqilabının əsası onun ideoloji olmasıdır.

Tanınmış rus siyasətçisi Sergey Baburin deyir: “İran İslam İnqilabı təkcə dini yox, həm də ictimai ədalətin bərpasını qarşıya qoymuş siyasi hadisə idi.” Hamid İlqar da inqilabın dini mahiyyəti ilə yanaşı xalq kütlələrinin həmrəyliyini qeyd edir. O vurğulayır ki, İran xalqı dini bir hökumətə ehtiyac duyurdu. Teda Skaçpul İran inqilabının əsil xalq inqilabı olduğuna inanır. Amma bu inqilabda xalqın qəlbinə qüvvə verən dini etiqad idi. Xalq İslam inqilabının simasında tarixi azadlıq arzularının gerçəkləşəcəyinə inanırdı. Xalq şahid idi ki, şah rejimi dini dəyərləri məhv edir. Dini dəyərləri toxunulmaz sayan cəmiyyət İslam bayrağı altında müqəddəsliklərin müdafiəsinə qalxdı. Frants Fanon deyir ki, dini inanc ümidsizləşməkdə olan siyasi oyanışa güc verdi.

Bəli, inqilabın forması onun sürətlə məqsədə çatması xalqın dini inancından qaynaqlanır. Mişel Conson deyir: “İran inqilabı müsəlmanların Qərb üzərində XVI əsrdən sonra ilk qələbəsidir. Bu inqilabda yeganə amil İslam olub.” İnqilabın böyüklüyü onun bağlı olduğu məktəbdə idi. Bunu qərblilər də inkar etmir. Professor Uilyam Beyman etiraf edir ki, İmam Xomeyni Qərbin arxa çevirdiyi dini əqidə ilə dünyanı silkələdi. İstər müsəlman, istər qeyri-müsəlman, amma tərəfsiz, ədalətlə araşdırma aparan mütəfəkkirlər etiraf edirlər ki, şiə məzhəbi inqilabi hərəkatda ən təsirli amildir. İnqilabda mənəviyyat və şiə dəyərlərinin rolu mövzuya qərəzsiz yanaşan bütün təhlilçilərin inandığı həqiqətdir.
Comment