0
Friday 8 February 2013 - 11:25

Hakimiyyət öz gözündə tiri görmür

Story Code : 238043
Hakimiyyət öz gözündə tiri görmür
Hakimiyyət öz gözündə tiri görmür
Islam times.org/az/ - İsmayıllı hadisələrində hakimiyyətin suçlu hesab etdiyi müxalifət oldu. Yəni hakimiyyət ölkədə baş verən zülmü qulaq ardına vuraraq, xalqın haqqsızlıq və əsalətsizlikdən cana gəldiyini əsas səbəb kimi görməyərək, xalqın narazılığında müxalifətin rolu olduğunu gündəmə gətirdi.

Müsavat partiyasının fəalları olan Tofiq Yaqublunu və İlqar Məmmədovu həbs etməklə guya əsas cinayətkarları cəzalarına çatdırdılar. Hakimiyyət hesab edir ki, adı çəkilən bu iki şəxs hadisələrdən sonra İsmayıllı camaatı ilə görüşlər keçirmiş və onların haqlı etirazlarına şərik çıxmışlar.

Doğrudan da çox absurd ittihamdır. Absurddur ona görə ki, ismayıllılar bu görüşdən öncə etiraz etmişllər. Bu etirazların Tofiq Yaqubluya və ya İlqar Məmmədova nə aidiyyatlı olmuşdur? Bu iki şəxs yalnız etiraz aksiyasından sonra yerli əhali ilə görülmüşlər.

Nəyə görə hakimiyyət etirazların səbəbini araşdırmadan iki böyük siyasi fiqurun həbsinə imza atıb?
Oxucuların nəzərinə çatdırır ki, Tofiq Yaqublunun qızı Nigar Yaqublu da hakimiyyət əleyhinə keçirilən bir sıra etiraz aksiyaları zamanı aktiv iştirak etdiyindən müxtəlif bəhanələr gətirilərək bir müddət öncə həbs edilmişdir.

Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu mətbuata bu haqda belə bir müsahibə vermişdir. “Nigarı həbs edəndə qəza törətməsini bəhanə gətirirdilər, atamı isə əsassız həbs etdilər. Buradan İlham Əliyevə səslənirəm, sən ailəmizə qarşı repressiyalar həyata keçirməklə yolumuzdan döndərə bilməyəcəksən”.

Son aldığımız məlumatlara görə isə ATƏT-in Bakı ofisi də məlum həbslərə görə narahatlığını bildirib.
"ATƏT-in Bakı Ofisi yüksək səviyyəli siyasi fiqurların tutulması ilə bağlı narahatlığını bildirir. Biz ümid edirik ki, davam edən istintaq və qarşıdan gələn məhkəmə ədalətli və şəffaf şəkildə keçiriləcək və bu prosseslər demokratik islahatlara mənfi təsir göstərməyəcək"
Lakin maraqlıdır ki, bunlar hansı islahatlardan danışırlar? Hansı siyasi məzmunlu məhkəmələr Azərbaycanda ədalətli keçirilib?

İndi cərəyan edən hadisələrlə əlaqədar ölkənin bəzi politoloqları sosial şəbəkələrdə müxalif partiyaları qarşıdan gələn prezident seçkilərində iştirak etməkdən imtina etmələrinə çağırırlar. Belə olacağı təqdirdə dünya siyasi arenası Azərbaycanda hakim dairənin müxalif fikirli insanlara qarşı qeyri konstruktiv addımların attığının şahidi olurlar.

Bu arada bunu da nəzərinizə çatdırım ki, bu yaxınlarda Türkiyədən bir verilişə baxırdım. Milli-azadlıq hərəkatında iştirak etmiş, hələ salamat olan bir qazi haqqında idi. Qızı jurnalistlərə "ben qazi kızıyam söylemek öyle mutluluk ki..." söyləyirdi.
Tofiq bəy həm Qarabağ, həm də Azadlıq qazisidir. Oğlu hələ nə qədər böyük bir insanın övladı olduğunu bəlkə də anlamır. Heç biz özümüz də, Tofiq bəyi hər gün görənlər bunu anlamırıq. Bunun üçün müəyyən tarixi interval lazımdır.
Source : Islamtimes
Comment