QR CodeQR Code

Kitabın müəllifi daha maraqlı adamdır

Islamtimes , 12 Feb 2013 00:22

İslamtimes - Fərman Dəmirqol türk istihbarat servisinin Azərbaycan üzrə fiqurlarından biridir.


Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə, Türkiyə universitetlərində tədris olunan “Konstitusiya hüququ” kitabında Heydər Əliyevin diktator kimi təqdim olunması haqqında xəbər və foto şəkil geniş müzakirə olunur.

Yerli mətbuatın cəmiyyətə təqdim etdiyi müsahibədən bəlli olur ki, kitabın müəllifi hüquq elmləri üzrə dosent, İstanbul universitetinin müəllimi Fərman Dəmirqoldur. Ancaq mətbut Dəmirqolu daha geniş bir şəkildə təqdim etmədiyi üçün oxucuların nəzərinə bu türk haqqında bəzi məqamları çatdırıram.

Fərman Dəmirqol 1995-ci ildə daha çox tanınmağa başlandı, o zamanlar Dəmirqol Azərbaycan Dövlət İdarəçilik akademiyasında dərs deyirdi, eyni zamanda OMON komandiri Rövşən Cavadovun hakimiyyətə qarşı qaldırdığı silahlı qiyamda əsas fiqurlardan biri oldu, OMON hakimiyyətin digər silahlı qüvvələri, əsasən Daxili Qoşunlar tərəfindən zərərsizləşdiriləndən sonra omonçulara qarşı başlanılan həbslər Fərman Dəmirqoldan yan keçdi və bunu da səbəbi o deyildi ki, hakimiyyət onu bağışladı, sadəcə olaraq həm Dəmirqolun diplomatik toxunulmazlığı vardı, həm də Türkiyə hakimiyyəti Fərmanın toxunulmazlığını Heydər Əliyvdən xahiş etmiş oldu və Fərman Dəmirqol sağ salamat İstanbula döndü.

Sonralar məlum oldu ki, Fərman Dəmirqol türk istihbarat servisinin Azərbaycan üzrə fiqurlarından biridir. Elə həmin il, 1995-ci ildə qələmə aldığı kitabında Heydər Əliyevin adını diktatorlarla bir arada çəkməsi bu günlərdə ictimai müzakirələrə səbəb olub. Ancaq burda bir məqam daha var, iş burasındadır ki, bu kitabın günümüzdə Türkiyə universitetlərində tədris olunması ona işarədir ki, Ərdoğan hakimiyyəti də əliyev rejimini sonsuz dərəcədə sevmir.


Story Code: 238983

News Link :
https://www.islamtimes.org/az/article/238983/kitabın-müəllifi-daha-maraqlı-adamdır

Islam Times
  https://www.islamtimes.org