0
Monday 18 February 2013 - 15:22

Gəncə şəhərində nələr baş verir?

Balıq başdan iylənər.
Story Code : 240657
Gəncə şəhərində nələr baş verir?
Gəncə şəhərində nələr baş verir?
Islam times.org/az/ - Bu suala cavab tapmaq üçün gərəkdir ki, Gəncəni qarış qarış gəzib görəsən.Gəncəyə icra hakimi kimi təyin olunduğu gündən Elmar Vəliyev şəhərdə yenidən qurma adı altında şəhəri viran qoydu.

Kiminin evini,kiminin obyektini qanunsuz tikili adlandıraraq uçurdulması haqqında özünə bənzər məmurlara əmr verdi.İnsanlar halbuki bu ev və obyektləri Elmar Vəliyevdən qabaq icra hakimi işləmiş Eldar Əzizovdan qanuni yolla sənəd almışdılar.

Elmar Vəliyev haqqında şəhər əhalisindən bir qurupu Bakıya Prezidentə və xanımına şikayət məktubu ünvanladılar cavab bu oldu biz Gəncədə baş verənlərdən xəbərimiz var və bu işlərin görülməsinə şəxsən İlham Əliyev özünün nəzarəti altında həyata keçirilir.Bu hadisə bir daha göstərir ki, balıq başdan iylənər.

Bu gün Azərbaycanın bütün regionlarında yenidən qurma adı altında ölkəmizin xalqımızın haqqı olan pullar mənimsənilir və ona görədə prezidentin tör töküntüsü olan məmurlar istədikləri hərəkətləri sərbəst şəkildə həyata keçirirlər. Çünki,axı prezidentin özü baş rüşvətxordur.İlham Əliyev yaxşı bilir və atasından ona bərk bərk tapşırılıb ki,əgər xalqı ac saxlamasan və demokratiya versən xalq varlanar və səni əzər.Ona görədə Əliyevlər sülaləsinin davamçısı atasının vəsiyyətinə əməl edərək xalqı əzir haqqını tapdayır.

Gəncə şəhərindədə həmçini belə hadisələr daha kəskin şəkildə həyata keçirilir.Gəncə İmamzadə kompleksinə prezidentin ehtiyyat fondundan 3mln manat ayrılıb təmir bərpa işləri üçün.2 il müddət keçməsinə baxmayaraq hələdə abidənin tikintisi başa çatmayıb və ayrılmış pul mənimsənilib.

Gəncə şəhər stadionuna ayrılan pul mənimsənilib,şəhərin binalarının dam örtükləri və fasadı sahibkarlar tərəfindən təmir olunması haqqında E.Vəliyevin xüsusi tapşırığı var səbəb odur ki,əgər istəyirsənsə pul qazanmaq mənim əmrimdən çıxma.Axı şəhər üçün ayrılan pullar haraya axır əlbbətdə E.Vəliyevin cibinə.

Prezident fərman imzalayır hər hansısa bir rayonun yenidən qurulmasına prezidentin ehtiyyat fondundan pulı ayrılsın, a kişi sənin o qədər pulun hardandı ki hələ arsızcasına deyirsən mənim ehtiyyat fondumdan pul ayrılsın,sən bu pulları hardan alıb özün üçün fond yaradıbsan?

Xanımı Mehriban Əliyeva özünə fond yaradır H.Əliyevin adını daşıyır,qızı rusiyada Azərbaycanı təmsil edir Mədəniyyət işləri üzrə H.Əliyev fondunun vitse prezidenti kimi bu qədər haqsızlıq olmaz axı əgər xalqın malını yeyirsənsə elə yeki heç olmasa bu xalqada azda olsa ver onsuzda burnunuzdan gələcək inşallah.

Görün ey camaat nə günə qalmışıq ki,kimdir bizim xanımların birinci xanımı Mehriban Əliyeva ona görədə xanımlarımızın hicab taxmasına qadağa qoyurlar lüt üryan gəzmələrinə şərait yaradırlar çünki birinci laydinin özü başdan başa çılpaq gəzir.

Elmar Hüseynov yaxşı tanıdığımız jurnalist niyə öldürüldü hər bir yazısında haqqı dedi və Azərbaycanın və xalqının başına Əliyevlər sülaləsinin gətirdikləri bəlaları dilə gətiridi.Bu yaxınlarda pensiyaları artırdı cənab prezidentimiz xalq sevindi amma neçə faiz 0.5 buda edir hər 100 manat üçün 0.50 qəpik.Sağolsun görün nə qədər artırıb pensiyaları xalqın qeydinə qalır 0.50 qəpik hər ay alsan 1 ilə 6 manat yaxşıdı vallah.Bu bizim xalqımıza hələ artıqdır bu xalqı bundanda pis hala salmaq lazımdır.Adicə bu yaxınlarda özüm şahidi oldum 1 qrup insan söhbət edir və prezidenti tərifləyirdilər ki,nə yaxşı ki var yoxsa müharibə olardı.

Görün nəqədər xalqın qeyrət namus vətənə məhəbbət hisslərini öldürüblər ki xalq əzab çəkərək yaşamağı müharibədə vətən uğrunda şəhid olmaqdan vacib sayırlar.

Hacı Abgül Süleymanovun gözəl bir çıxışı var stat gətirmək istərdim həmin çıxışdan "Dünya uşaqlarının nə işi var Qarabağda,silah ver bizə gör 1 neçə günə biz Qarabağı alırıq ya yox"Doğrudanda belədir dünya uşaqları ancaq diskotekada və yaxut hər hansısa əyləncə mərkəzlərindədir işi.
Source : Islamtimes
Comment