0
Friday 22 February 2013 - 00:28

Çoxbilmiş başçı

Story Code : 241557
Çoxbilmiş başçı
Çoxbilmiş başçı
Islam times.org/az/ - Dünyada elə siyasi gedişlər edilir ki, artıq heç kim dünya siyasətindən xəbərsiz deyil. İnternet, sosial şəbəkələr demək olar ki, cərəyan edən prossesləri işıqlandırırlar. Hətta Azərbaycanın ən ucqar rayonlarında belə nə inki siyasi prosseslər hətta bu barədə proqnozlar verənlər də yox deyil.

Belə bir proqnozun birini də biz verək. Əlbəttə ki, davam edən siyasi gedişlər, tez- tez gündəm dəyişmələri bizi də belə düşünməyə vadar edir.
İşğalçı Ermənistanda prezident seçkiləri keçirilir və ilk turda ölkənin hazırkı prezidenti Sarkisyan seçilir.

Həmişə olduğu ikimi seçkilər total saxtalaşdırılacaq və orda ara qarışacaq bir-birinə.
Seçkilərdən iki gün sonra Xocalı aeraportu fəaliyyətə başlıyacaq və təyyarə uçuşu reallaşacaq. Azərbaycan tərəfi isə təyyarənin vurulacağı haqqında məlumat yayacaq.

Bununla da Ermənistandakı hadisələr yatışdırılmağa çalışılacaq. "Bizim Qarabağ boyda dərdimiz var" şüarı həm Ermənistanda, həm də Azərbaycanda, 16 oktyabrda keçiriləcək seçkilərə görə ortaya atılacaq.

Bununla da süni müharibə şəraiti ilə milləti qorxu altında saxlayıb, həm İlham Əliyev, həm də Sarkisyan yenidən 5 illiyə prezident seçilərək, hər iki xalq “xoşbəxt” olacaqlar..

Azərbaycanda isə nə baş verir. Ölkə başçısı icra məmurlarını hər il olduğu kimi vəzifədən azad olunmaqla hədələyir və gərək olsun deyə bir ikisini xaric edir.

Ölkə dindarlarının “Yezid” adlandırdığı Gəncə başçısı Elmar Vəliyevin cəzalandırılması ilə bağlı yayılan xəbərlər isə dini kəsimin etimadını qazanmaq məqsədi güdür.

Bütün bunlardan əlavə sırada Goranboy rayon icra hakimiyyəti başçısının da adı hallanır. İcrabaşılarının çıxarılmasından sonra Goranboy başçısı Bakıdakı məlum toplantıdan sonra rayona qayıdaraq rayon sahibkarlarından aldığı qeyri -qanuni pulları onlara qaytarmağa başlayıb. Qeyd edək ki, son illər ərzində rayonlardan prezident adminstrasiyasına daxil olan şikayət məktubları arasında demək olar ki birinci yerdə Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin adı hallanır.

Onun rayonda həyata keçirdiyi qeyri leqal fəaliyyətlərindən şəxsən prezindent məlumatlandırlıb. Buna görə də öz aqibətindən duyuq düşən Nizaməddin Quliyev rayon sakilərinin könlünü almağa çalışır.

Rayonun strateji obyektlərini öz yaxınları arasında bölüşdürən başçı, rayon ərazisini nəinki varlılara satır, hətta rayonda bir neçə obyekti ürəyi istəyən vəzifəli şəxslərə hədiyyə etməkdən belə çəkinmir.

Rayon poçt xidməti vasitəsi ilə göndərilən şikayət məktublarının elə poçt əməkdaşları tərəfindən manelərə rast gəlir. Ölkə rəhbərliyinə və respublikanın müxtəlif orqanlarına göndərilən məktub və teleqrammların qarşısı alınır.

Başçının bu aldadıcı addımlarına baxmayaraq rayon sakinləri rayon rəhbərlyinin törətdiyi əməlləri məktub vasitəsi ilə qonşu rayon poçtamtlarından istifadə edərək ölkə rəhbərliyinə və mediya mənsublarına çatdırırlar.
Source : Islamtimes
Comment