QR CodeQR Code

Din də satılır

Islamtimes , 23 Feb 2013 07:53

İslamtimes - Dini ədəbiyyatların yayımı məsələsində qərb, xüsusilə də ABŞ çox böyük həssaslıq göstərir və arzu etmədiyi dini materialların Azərbaycana gəlişinə imkan vermir.


Harda yaşamasından aslı olmayaraq, istər ABŞ-da yaşasın, istərsə də Bakıda, Azərbaycanı tanıyan adamlar yaxşı bilir ki, hakimiyyətdə təmsil olunan məmurlar üçün müqəddəs amal vəzifəsindən istifadə edib pul qazanmaqdır, bu planda hər şey satılır və hər şey alınır, hər şey deyəndə də sözün əsl mənasında olan hər şey nəzərdə tutulur.

Dəyərlərdən tutmuş, torpaq və dinə qədər hər şey. Bu günlər Milli Məclisdə qəbul olunan qanun layihəsi bu iddianı bir daha sübut etdi. “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə edilən bu dəyişikliyin Dini qurumlar üzrə dövlət komitəsinin ideyası əsasında ərsəyə gəlməsinə şübhə yoxdur, ancaq layihə hüquq siyasəti və dövlət quruculuğu komitəsini tərəfindən işlənib.

Dəyişikliyin mahiyyəti maraqlıdır. Əvvəl onu deyim kimi bu dəyişiklikdən əvvəl Azərbaycana gətirilən dini ədəbiyyatlar, audio və video materiallar nəzarət altında ölkəyə buraxılırdı və bundan sonra da belə olacaq, ancaq fərqlə.

Fərq də ondan ibarətdir ki, dini işlər komitəsi havayı yerə özünə əziyyət verib kitabları, nə bilim təfsirləri vərəqləməyəcək, kimsə dini ədəbiyyat gətirmək istəyirsə bunun üçün rüşvətdən başqa həm də qanuni pul ödəməlidir və adı da olacaq dini materialların markalanması. Yəni puluvu verib markanı alacaqsan ki, dini materialları sata biləsən.

Ola bilər bu dəyişiklikdən sonra dini ədəbiyyatların və materialların təsnifləndirilməsi işlərində də bir qədər sərbəstlik meydana gəlsin, çünki ortada pul olandan sonra azərbaycanlıya pul verib qadağan olunmuş kitabları da gətirmək olar, ancaq yəqin hamı üçün də yox. Çünki, dini ədəbiyyatların yayımı məsələsində qərb, xüsusilə də ABŞ çox böyük həssaslıq göstərir və arzu etmədiyi dini materialların Azərbaycana gəlişinə imkan vermir. Ancaq yerli məmurlar üçün belə şeylərin heç bir əhəmiyyəti yoxdur, çünki bundan sonra onların başı pul qazanmaqla qarışacaq.


Story Code: 241791

News Link :
https://www.islamtimes.org/az/article/241791/din-də-satılır

Islam Times
  https://www.islamtimes.org