QR CodeQR Code

Ria Novostinin Qarabağ təxribatı

Islamtimes , 27 Feb 2013 15:40

İslamtimes - Rusiya mətbuatında Qarabağla bağlı Azərbaycana qarşı kampaniya az qala hər gün aparılır .


islamtimes.org/az/ - Bu gün, Xocalı soyqrımının 21-ci il dönümündə, http://ria.ru saytında Dağlıq Qarabağ haqqında dərc olunan məqalə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevi Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini yanına çağırıb ona rəsmi nota təqdim olunmasına vadar edib. Həmin məqalənin məğzi ondan ibarət olub ki, qondarma Dağlıq Qarabağ respublikası yaradıldığı dövrdən bəri tanınmasa da öz quruculuğunu davam etdirmək əzmindədir. Bununla bağlı Azərbaycanın XİN-nin təqdim etdiyi notada Rusiya tərəfindən belə məsələlərdə diqqətli olmaq tələb edilir və izah istənilir, çünki adıgedən sayt rəsmi sayt sayılır.

Çox güman ki, Rusiya tərəfi də Azərbaycanın xahişinə müsbət cavab verəcək, çünki sonz zamanlar süni şəkildə iki dövlət arasında münasibətlərdəki soyuqlu görüntüsünə bir belə oyun da oynamaq lazımdır, mən iddia etmirəm ki, bu oyundur, çünki Rusiya mətbuatında Qarabağla bağlı Azərbaycana qarşı kampaniya az qala hər gün aparılır, yəqin elə imitasiya oyunları bu gün ona görə yaşayır ki, onun zahirinə bir az haqqın rəngi əlavə olunur. Ancaq durub ümid etmək ki, belə səpkidə olan məlumatlar gələcəkdə təkrarlanmayacaq bu gülünc olardı, ən azı ona görə ki, Rusiyada erməni diasporu azərbaycanlılardan fərqli olaraq daha çox mətbuatla və siyasətlə məşğul olur, onlar bu sahədə daha çox mövqe sahibidir və bir səbəb də budur ki, bu günə qədər Xocalını dünyaya anlada bilmirik, başqa səbəbsə budur ki, bunun üçün lazım olan qədər zəhmət və resurs sərf etmirik.


Story Code: 242905

News Link :
https://www.islamtimes.org/az/article/242905/ria-novostinin-qarabağ-təxribatı

Islam Times
  https://www.islamtimes.org