0
Wednesday 27 February 2013 - 15:44

Petisiyaya münasibət

Story Code : 242908
Petisiyaya münasibət
Petisiyaya münasibət
Islam times.org/az/ - Bir aydan çoxdur ki, Ağ Evin rəsmi internet səhifəsində azərbaycanlılar Xocalı faciəsi ilə bağlı petisiya kampaniyasına start verib. 100 min səsin 5-6 günə toplanmasında bir problem olmadı, dünyanın müxtəlif ölkələrindən bu petisiyaya səs verənlər oldu və müraciət ABŞ dövlətinə ünvanlandı.

Fevralın 25 Xocalı soyqrımının il dönümü ərəfəsində Ağ Evin mətbuat katibliyinin cavabı məlum oldu və mətbuata yayıldı, bununla siz də tanışsınız. ABŞ baş verən soyqrımla bağlı ancaq təəsüfləndiyini bildirdi, Ağ Evin bu petisiyaya bu qədər sönük və səthi bir cavabını gözləmək əslində çətin deyildi, ancaq petisiya üçün kampaniya aparılan zaman əliyev rejimi xalqda böyük ümidlər yaratmaqla məşğul olurdu.

Düzdür bu kampaniyanın prinsip etibarı ilə hakimiyyətin rəsmi işinə elə də bir aidiyyatı olmadığını hesab etmək olar, çünki burda təşəbbüskar dünya, xüsusilə ABŞ-da yaşayan azərbaycanlı diaspor təşkilatlarının işidir, bununla belə heç kim deyə bilməz ki, petisiya məsələsində Azərbaycan hakimiyyəti cəmiyyətə hansısa ümidlər verməklə məşğul olurdu. Bu təxminən “lazım gələrsə torpaqlarımızı azad edərik” kimi ritorikanı xatırladırdı və bəlkə bir qədər artıq. Ancaq razılaşmaq lazımdır ki, petisiyaya belə bir sönük cavabın veriləcəyini təxmin etmək çətin deyildi. Çünki amerikalılara görə Xocalıda soyqrıma məruz qalan amerikalı olmayıbsa deməli bu məsələyə belə sönük reaksiya da vermək olar. Bəli, bunu başqa cür yox elə belə qə
ul etmək lazımdır.

Əks halda hər şey göz qabağındadır, ermənilərin iddia etdiyi qondarma soyqrım heç bir əsasa söykənmədiyi halda, Xocalı genosidi gözümüzün qabağında törədilib və rəhmətlik Çingiz Mustafayev də bütün baş verənləri lentə alıb, bundan da dünyanın lap yaxşı xəbəri var. Başqa bir petisiya da Xocalı ilə yanaşı başlandı və bu da Qarabağ məsələsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması idi, orda göstərilirdi ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistanın ordusu tərəfindən işğal olunub, bn məsələ ilə bağlı da Ağ Ev əzgin bir tərzdə bildirib ki, münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur, münaqişənin müharibə yolu ilə həlli yoxdur və sülh danışıqları davam etdirilməlidir.

Burda sual vermək lazımdır ki, məgər münaqişənin həllində Minsk qrupu bu 20 ildə hansısa bir irəliləyiş əldə edib? Tez tez bölgəyə səfər edib, monitorinq aparmaqla münaqişənin həllindən danışmağa dəyməz, üstəlik bir maraqlı məsələ də var, Minsk qrupunun səfirləri tərəflərin təmas xəttində, yəni cəbhəyanı ərazilərdə monitorinq apardıqdan sonra, səfirlər ərazini tərk edib getdikdən sonra erməni tərəfi Azərbaycanlıların mövqelərini və bu ərazilərdə olan yaşayış məskənlərini atəşə tutur, dinc mülki əhalini atəş altında saxlamağa çalışır. Bunun harası sülh danışıqları oldu?

Ümumiyyətlə belə petisiyalardan nə qədər olsa da, ABŞ və Rusiya Qarabağ münaqişəsində status kvonun pozulmasının əleyhinədir, onlar üçün maraqlı deyil ki, azərbaycanlılar bu məsələdə hər şeyini itirib və soyqrıma məruz qalıb. Ancaq əfsuslar olsun ki, əliyev rejimi bunun qarşılığında ABŞ üçün qucaq açıb, bütün istəklərini yerinə yetirir.
Source : Islamtimes
Comment