0
Friday 15 March 2013 - 22:52

Gənclər aksiya öncəsi həbs olunsa da aksiya baş tutacaq

Story Code : 246876
Gənclər aksiya öncəsi həbs olunsa da aksiya baş tutacaq
Gənclər aksiya öncəsi həbs olunsa da aksiya baş tutacaq
Yəqin məlumatınız var ki, martın 10-da orduda əsgər ölümlərilə bağlı olaraq, gənclər növbəti dəfə etiraz aksiyası təşkil edib, xatırladım ki, belə bir aksiyanı artıq bir dəfə yanvarın 12-də həmin gənclər təşkil edib və son illərin ən möhtəşəm və uğurlu aksiyası kimi yaddaşlara yazıldı. Bu dəfə də mövzu, təşkilatçı və məkan eynidir. Onu da deyim ki, ötən dəfə olduğu kimi bu dəfə də gənclər aksiya ilə bağlı təbliğat və anonsları yalnız sosial şəbəkələrlə verilib və paylaşıldı, onu da deyim ki, bu tədbirdə iştirak etmək arzusunda olduğunu bildirən çox sayda- minlərlə vətəndaş mövqe bildirdi. Ancaq martın 8-də yayılan məlumata görə NİDA Vətəndaş Hərəkatının üzvləri Bəxtiyar Quliyev, Məhəmməd Əzizov və Şahin Novruzov mülki geyimli şəxslər tərəfindən həbs edilib.

Əslində gənclərin həbsi baş verən zaman bunun heç də həbs olduğunu demək də olmurdu, çünki gəncləri saxlayan şəxslər həbs etdikləri barədə heç kimə, o cümlədən ictimaiyyətə məlumat verməyiblər. Onu da deyim ki, bir neçə ay əvvəl bu hərəkatın digər üzvləri də həbsə məruz qalan zaman da həbslər barədə rəsmi məlumatlar verilmirdi.

Ötən dəfə olduğu kimi bu dəfə də bir gün sonra həbslər barədə rəsmi qurumlardan məlumat almaq mümkün oldu. Özlərini MTN əməkdaşları kimi təqdim edən və gəncləri həbs edən şəxslərin fəalların evlərində apardıqları axtarış zamanı tapdıqları molotov kokteyl və narkotik artıq tanış mahnıdır, düzdürmü?

Hələlik məlum olan budur ki, aksiyaya 3 gün qalmış hakimiyyət gənc fəalları həbs etməklə nəyə nail olmaq istədiyini açıq şəkildə ictimaiyyətə çatdıra bilməyib. Çünki elə NİDA fəallarının da sözlərinə görə bu həbslər onları etiraz aksiyasından çəkindirə bilməz. Bu mövzuda maraqlı bir məqam da var və o da budur ki, iki gün əvvəl Bakı Şəhər Pİ-nin rəis müavini Səhlab Bağırov verdiyi açıqlamada qeyd edib ki, aksiya ilə bağlı meriyadan onlara heç bir tapşırıq daxil olmadığına görə martın 10-da polisin müdaxiləsi yəqin baş verməyəcək, ancaq bu martın 6-a aiddir, ola bilər ki, martın 10-da səhər tezdən polis lazım olan təlimatları alsın və həmişəki kimi davransın.
Source : Islamtimes
Comment