0
Wednesday 3 April 2013 - 18:42

Sionistlər ABŞ prezidentinin İsrailə səfərindən məyus oldular

Story Code : 251231
Sionistlər ABŞ prezidentinin İsrailə səfərindən məyus oldular
İsrail rəsmiləri deyir: “Amerikalılar nail olmuşdular ki, ərəb dünyasında baş verən hadisələrə münasibətdə Netanyahunu çaşdırsınlar. Onların Netanyahunu Türkiyədən üzr istəməyə vadar etməsi də yalandan başqa bir şey olmadı."
 
İranın nüvə proqramı Ağ Evlə Tel-Əviv arasında mübahisəli məsələlərdəndir. İsrailin Mario qəzeti yazır ki, İranın nüvə proqramı üzərində araşdırma işləri gedir. Obama İsrailə son səfərində xəbərdarlıq etdi ki, İrana hücum gözə toz atmaq kimidir. Bunun ardınca biz tufan dadacağıq. Beləcə Obama İsrailin İrana hücum planlarına yaşıl işıq yandırmadı. Hansı ki, Netanyahu və başqa rəsmilər Obamanın İsrailə səfərindən bu mövzuda qəti söz gözləyirdi. 
 
Livanın “Əl-Əxbar” qəzeti yazır ki, Obamanın məntəqəyə səfərindən sonra mətbuatda belə bir yazı gedib ki, Obama İranla danışıqlar nəticə verənədək İsraildən sükut vədi alıb. O söz verib ki, əgər oktyabr ayında İranla danışıqlar nəticə verməsə özü də İrana qarşı hərbi variantı nəzərdən keçirəcək. Bununla belə İsrailə səfərdə Obama açıq şəkildə bildirdi ki, İranla müzakirələr üçün hələ vaxt var. Obama İrana qarşı sanksiyaların nəticəsini gözlədiyini bildirdi. Əvvəllər Obama bütün variantların masa üzərində olduğunu deyirdisə, bu dəfə hərbi variantdan söz düşmədi. 
 
İsrail kəşfiyyatının əldə etdiyi son məlumatlara görə İrana qarşı sanksiyalar gözlənilən nəticəni verməyib və İran nüvə proqramını əvvəlki sürətlə davam etdirir. Mənbə bildirir ki, Obama və onun çevrəsi Netanyahu ilə bir məktəb şagirdi kimi rəftar etdilər. Mənbə bildirir ki, Obama İsrailə sübut etməyə çalışır ki, bu rejimə sədaqətlidir. 
 
İsrail rəsmiləri düşünür ki, Netanyahunun Ərdoğandan üzr istəməsi İsrailin mənafelərinə xidmət etmir. Bu üzrxahlıq Amerikanın təzyiqləri altında baş tutub və İsrail tərəfindən böyük strateji səhvdir. 
 
Onlar ABŞ və İsrailin İran mövzusuna münasibəti barədə yazırlar: Amerikalılar bütün məsələləri yaxşı başa düşür. Onlar yaxşı bilir ki, İran nə qədər inkişaf edib və nüvə sahəsində hansı nailiyyətlərə çatıb. Amma bu sahədə bir iş görmək fikrində deyillər. Fürsət əldən çıxdıqdan sonra bu səhlənkarlığın zərərini Amerika ödəməli olacaq.
 
Bu hadisələr elə bir zamanda baş verir ki, yəhudilərin yeni ili yaxınlaşır və radikal düşüncəli sionistlər Barak Obamanı dövrün Fironuna bənzədirlər. Onların nəzərincə Obamanın ətrafı yəhudi qövmünün cəzalandırılmasında Obamaya kömək edir. Mənbədə ərəb-İsrail sülh müqaviləsi və ABŞ-ın İranın nüvə proqramı ilə bağlı hərbi variantdan çəkinməsini qeyd edir. Mario mənbəsi bəzi rəsmilərə istinadən yazır ki, yəhudi bayramında yəhudilər Misir Fironundan xilas oldular. Bundan sonra onlar Fələstinə yola düşdülər. Amma onlar heç bir azadlıq hiss etmirlər. İsraildə düşünürlər ki, Amerika İsrailə xəyanət edib və İranın hədələri qorxusu altında yaşamağa məcburuq. İsrail daim İran tərəfindən təhlükə hiss edir. 
Comment