0
Monday 15 April 2013 - 23:19

Doktor Səmədovun baxışları

Story Code : 254497
Doktor Səmədovun baxışları
Doktor Səmədovun baxışları
www.Islam times.org/az/ - Bu gün həbsdə olan İslam partiyasının lideri Mövsüm Səmədovun müsahibəsi yayılıb. Siz də yəqin doktor Səmədovun verilən suallara cavabları ilə tanışsınız. Cavablar bir siyasətçi, xüsusilə həbsdə olan siyasətçi üçün çox qısa görünür, bu da yəqin hacı Mövsümün dünyəvi yox dini siyasətçi kimi fəaliyyətindən irəli gəlir.

Hacı Mövsümün yanaşma tərzi və siyasi baxışları da digər siyasətçilərdən çox fərqlənir, başqa siyasətçilər, sözdə də əliyev rejimi Azərbaycanın yolunun Avropaya olduğunu qəbul etdiyi halda, Mövsüm Səmədov Azərbaycanın azadlığını Avropanın yanında axtarılmamasını təklif edir.

Bu artıq ayrı bir baxışdır, çünki cəmiyyətimizdə danışanların, müxalifətli iqtidarlı hamısının sözlərində Azərbaycan üçün nicat yolunun Avropa ailəsinə girməkdirsə, islamçıların lideri bu yolu məqbul bilmir. Mən deyə bilmərəm Mövsüm Səmədovun gördüyü yol cəmiyyətin neçə faizi məqbul bilir, onu da deyə bilmərəm ki, xalq Avropanı özü üçün nicat yolu bilmir.

Əksinə müşahidə etdikdə görürük ki, imkanı olan ailələr öz istedadlı övladlarını Avropada təhsil almalarını arzulayır, Avropaya təhsil almağa gedən gənclərimiz orda gördükləri demokratiyanın vətəndə olmadığı səbəbindən ya ölkəyə qayıtmırlar, ya da məcburən qayıtdıqda Azərbaycanda Avropa modelli cəmiyyətin qurulması üçün fəaliyyət göstərirlər.

Avropa dəyərlərini bölüşən gənclər Azərbaycan siyasi və ictimai həyatında qabaqcıl, güclü və geniş imkanları olan fəallardır. Düzdür onların da sıralarından həbsə atılanlar var, çünki hakimiyyət öz iqtidarını qorumaq üçün fəalları həbsə atmaqdan başqa çarə görmür, ancaq dünya ictimaiyyəti də bu gənclərin həbsinə biganə qalmır, beynəlxalq təşkilatlar tez tez bu mövzuda öz bəyanatlarında və hesabatlarında bəhs edir.

Uzağa getməyək, elə NİDA vətəndaş hərəkatının üzvlərinin həbsi ilə bağlı beynəlxalq təşkilatlar operativ və adekvat reaksiya verdilər. İslam partiyasının liderini dəstəkləyən gənclər də yəqin var, ancaq bu gənclərin cəmiyyət tərəfindən birmənalı qarşılanması və qəbul olunması haqqında qəti fikir söyləmək olmur.
Source : Islamtimes
Comment