0
Wednesday 1 May 2013 - 14:10

Həzrət Fatimə (s.ə) yaranışın fəxri

Story Code : 259766
Həzrət Fatimə (s.ə) yaranışın fəxri
Həzrət Fatimə (s.ə) yaranışın fəxri
Yaranış ilhai vücudun cilvəsidir və Allahın iradəsi ilə xəlq olunur. Lakin bəzən pərvərdigarımızın xüsusi mərhəməti məxluqlarından birinə nəsib olur. Bu mənada Fatimə Zəhra kimi möcüzələr ərsəyə gəlirlər ki, ilahinin insanlar arasında ayəti, nişanəsi olsun və tövhid üfüqlərini onlara göstərsin. Fatimə mənim vücudumun yarısı, gözümün işığıdır.Qəlbimin meyvəsidir, ruhum, canımdır. O insan sifətində huridir. Hər zaman ibadətə duranda Allah tala mələklərinə buyurdu: Baxın mənim bəndəmə, Fatimə mənim qarşımda dayanıb, xofumdan bütün vücudu titrəyir və səmimi qəlbdən məni ibadət edir. Xədicə yeni məşğuliyyət tapmışdı. Allahın izni ilə pak və məsum bir uşaq vücudunda böyüyürdü. O günlərdə o Xədicənin ən sevimli sırdaşı idi. Peyğəmbərin bütün çətinliklərə, əziyyətlərə dözdüyünü yada salaraq düşünürdü ki, bu uşaq Allah Rəsuluna dayaq olacaq və kinli düşmənlər qarşısında onun hamisinə çevriləcək. Doğuş vaxtı gəlib çatdı. O anda heç kəs Xədicənin köməyinə gəlmədi. Birdən birə hiss etdi ki, həyatı iman və tövhid tarixinin ən böyük xanımı Həzrət Zəhranın taleyinə düyünlənib. O özünü Hacər, Asiyə və Məryəm kimi qərib görürdü. Onlar da Allah yoluna qədəm qoyanda düşmənçiliklərlə üzləşdilər. Hər halda Xədicə o böyük xanımları bir anda yanında hiss etdi. Heyrətdə idi. Bu böyük xanımlar gəlmişdilər ki, ona yardımçı olsunlar. Az sonra pak və nurani uşağı onun qucağına verdilər. Kişilərin son söz sahibi olduqları dövrdə qız uşağı dünyaya göz açdı. Qızlar diri-diri torpağa quylananda qız övladlarına sahib olmağa pis baxılan zaman Fatimə dünyaya göz açmışdı.

Nə isə yaraşıqlı bir övlad Xədicənin ağuşunda idi. Xədicə gördü ki, Məhəmmədin ailəsinə dünya xanımlarının xanımı qədəm qoyub. Dünya onun qədəmlərinin altındadır.

Fatimə (s.ə)-nın viladəti Peyğəmbərimiz üçün könül oxşayan bir hadisə idi. Məhəmməd Fatiməni çox sevirdi. Fatimənin dərin baxışı Həzrət Məhəmməd (s) və Xədicənin ruhuna nüfuz edirdi. Peyğəmbər Fatiməni çox öpürdü. O sübut etmək istəyirdi ki, qız heç də başı alçaqlıq deyil. Onu sevmək də olar və Fatimə kamil bir insanın nümunəsidir. Xədicə də hiss edirdi ki, Fatimə onu təkcə övladı yox, həm də həyatın eniş-yoxuşlarında ən etibarlı sırdaşıdır.

Fatimə Xədicənin hüzurunda tövhid məqamı ilə tanış oldu, öyrəndi ki, bir qadın Allah yolunda hər nəyindən keçə bilər. Arzuları başqa qadınlar üçün sevimlidir. Xədicənin hər nəfəsi İslam tarixinin bir kitabı idi. Sanki oun bir hissəsini Xədicə fədakarlıqla yazmışdı.

Fatimə gözəl müqavimət dastanını və Ananın Allah yolunda mübarizə hikayəsini eşitmişdi. Ananın simasına baxanda Məhəmməd və Xədicənin dolğun həyatını duyurdu. Ananın müqavimət və fədakarlığını alqışlayırdı. Digər tərəfdən Fatimənin ürək çırpıntıları atanın iştiyaqlı canına ümid mesajını üfürürdü. Atası Məhəmməd vəhy mələki ilə əlaqədədir. Və onunla danışır. Ata yanar bir şam kimi hər tərəfdən işıq saçır və insanlara yol göstərir. Beləliklə də Fatmə ilə uşaqlıqdan həyatın ən ciddi məsələləri ilə yaxından tanış olur. O heç bir qadının qalxa bilmədiyi məqamlara çatır, təkamül zirvəsinə yüksəlir.

Həzrət Fatim (s) həyatının ağır imtahanlarından başıuca çıxdı və həyatı ibrət amiz idi. Başdan ayağa Həzrət Fatimənin vücudu Pərvərdigara imanla dolu idi. Peyğəmbər buyurardı: Doğurdan da rəbbim qızım Fatimənin vücudunu imanla doldurub. O bütün dünya xanımlarının sərvəridir. Fatimə (s)-nın həyatı incə məqamlarla doludur. Məhəbbət və mehribanlıq Fatimənin ailəvi həyatına ruh bəxş edirdi. Məhz onun tərbiyəsi ilə bütün tarixdə əbədi yaşayan Həsən və Hüseyn(ə) kimi dahilər gördü ki, Həyat yoldaşı Fatimə Zəhra xörəyini uşaqlara verib və özü ac qalıb.

Soruşdu: Niyə demədin bir şey tapım gətirim? Həzrət Fatimə cavab verdi: Mən Allahımdan utanıram ki, səndən yerinə yetirməsi çətin olan bir şeyi istəyim.

İslam mədəniyyətində böyük insanlar hər zaman örnək olaraq tanınır. Onların vücudunda fəzilətlər yüksək həddə çatır və təkamüldə qadınla kişi arasında heç bir fərq yoxdur. Həzrət Zəhra(s.ə)-nın təkamülə çatmış vücudu bütün qadınlar və kişilər üçün nümunədir. Fatimənin baxışında insan haqq və ədalət yolunu addımladır. Nə isə Həzrət Fatimə Zəhra (s)-nın həyatı bütün əsrlərdə, bütün insanlar üçün ilahi mənbə olmalıdır. Sonda yenidən Həzrət Fatimə Zəhra (s.ə)nın viladəti münasibəti ilə hamınızı təbrik edir, xanımlarımızın o həzrətə həqiqi mürid olmalarını arzulayırıq.
Source : Irib
Comment