0
Tuesday 7 May 2013 - 23:17

Cənubi Qafqazın analoqu olmayan, inkişaf etmiş Ölkəsi

Şərabçılıq sahələri inkişaf edir
Story Code : 261710
Cənubi Qafqazın analoqu olmayan, inkişaf etmiş Ölkəsi
Islam times.org/az/ - Bu gün Bakıda Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdikləri Birinci Cənubi Qafqaz Forumu işə başlayıb və həmin tədbirin açılışında prezident İlham Əliyev nitqlə çıxış edib.

Həmişəki kimi analoqu olmayan inkişafdan danışan prezident Əliyev yenə də Ermənistanı yıxdı sürüdü, yenə də Azərbaycanın müdafiə xərclərinin bütün Ermənistan dövlət büdcəsindən çox olması ilə öyündü, bununla belə etriaf etdi ki, Azərbaycan ərazisinin 20 faizi işğal atındadır.

Bunlar vərdiş etdiyimiz çıxışdır, bu dəfə isə Prezident bəyan etdi ki, Azərbaycan iqtisadi keçid dövrünü sona çatdırıb. Bu isə çıxışının qeyd etdiyim hissəsində olduğu kimi bir yox çox sayda ziddiyyətlərlə doludur. Keçən son 10 ildə ÜDM artımı ilə bağlı rəqəmlər şişirdilsə də artımın baş verməsi faktdır, ancaq gəlin baxaq görək nəyin hesabına. Azərbaycanda bilməyən yoxdur ki, iqtisadi artımın tək bir səbəbi neft gəlirləri ilə bağlıdır.

Özəl sektorun inkişafından danışmağa dəyməz belə. Azərbaycan ərzaq, tikinti, gündəlik tələbat malı, qeyri ərzaq istehlak malları, avtomobil, avtomobil hissələri, sözsüz ki, texnoloji avadanlıqları və s. malları idxal edir, neft isə ixrac edir. Azərbayacan bir zamanlar dünya üzrə, neft kimya məhsulları sahəsində adı çıxarmış respublika idi, yəni keçmişdə, Sovetlər dönəmində, ancaq 21-ci əsrdə, müstəqil Azərbaycanda nəinki neft kimya sənayesini qoruyub saxlaya bilmişik, ümumiyyətlə ən adi, primitiv istehsal sahələri belə dağıdılıb.

Aqrar sektor üçün Azərbaycanın əlverişli iqlimi olmasına baxmayaraq görün kənd təsərrüfatı nə vəziyyətə düşüb ki, bazarlarda satılan meyvə və tərəvəzin 90-93 faizi idxal hesabına təmin edilir, azərbaycanlı kəndlisi gördükdə ki, onun torpaqda çəkəcəyi zəhmətin qarşılığında öz və ailəsi acıdan öləcək üz tutur Rusiyanın bazarlarına alverlə məşğul olmağa.

Bir zamanlar Azərbaycanda pambıqçılıq elə Heydər Əliyevin təşəbbüsü ilə inkişaf etdirildi, ancaq bu gün bu sahə demək olar simvolik qalıb və onun da sahibi azərbaycanlı fermerlər yox, isveçli biznesmenlərdir, onlar da əldə etdikləri pambığı xammal olaraq xarici ölkələrdə emal etdirib gəlir əldə edirlər.

Ancaq elə sahə də var ki, Sovetlər dönəmində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycana gətirildi və bu gün də inkişaf edib. Bu şərablıq üzümçülük sahəsidir, Azərbaycanın bir neçə rayonlarında üzümçülük və bunun da emalını həyata keçirən şərabçılıq sahələri inkişaf edir, düzdür bazarlarda Rusiya və Avropadan gətirilən şərab və araqlar da az deyil, ancaq yerli araq zavodları hələ ki, tənəzzülü görmür, onlar şərab və araq istehsal edir, xalq da içir.

Prezidentin iqtisadiyyatda keçid dövrünün bitməsi haqqında fikir söyləməsi məncə ekspertlər tərəfindən də birmənalı qarşılanmayacaq. Bundan başqa, hüquq azadlıqlarının pozulması sahəsində mülkiyyət hüquqlarının pozulması ən birinci sıralardadır, hansı ki, mülkiyyət Azərbaycanın da qoşulmaq istədiyi liberal dünyada müqəddəsdir. Ancaq baxın görün nə baş verir, insanlar öz zəhməti və əziyyəti hesabına biznes qurur, zavod açır, hakimiyyətdə təmsil olunan məmurlar isə günün günorta çağı silahlı adamlarla gəlib dəyəri milyonlarla olan biznesi zorla sahibkarların əlindən alır, misal üçün Zülfüqarlı qardaşlarını göstərmək olar.

Foruma qatılanlar arasında iranlı hüquq müdafiəçisi Şirin Ebadi də olub. Xanım Ebdai verdiyi müsahibəsində bir tərəfli çıxış edib, belə ki, O, İran haqqında danışarkən iftiralara yol verib, ancaq Azərbycanda insan haqlarının pozulması haqqında bir kəlmə də deməyib.
Source : Islamtimes
Comment