0
Tuesday 21 May 2013 - 00:35

Nüfuzlu şeyx

Story Code : 265918
Nüfuzlu şeyx
Nüfuzlu şeyx
Islam times.org/az/ - Keçən dəfəki yazımda QMİ sədri Allahşükür Paşazadənin İrana səfəri ilə bağlı mülahizələrimi və fikirimi sizinlə bölüşdüm, təxmin etmişdim ki, şeyxin təmtəraqlı səfərinə rəğmən həbs olunmuş azərbaycanlı alim Xalidə Xalidin azadlığa çıxması baş tutmaya da bilər.

Bu gün mətbuatın verdiyi xəbərlərdən aydın olur ki, fikirlərimdə yanılmışam və açığı bu proqnozumda yanılmağıma sevinirəm, çüki alim xanım azadlığa çıxdı, bizim prinsiplərimizə görə insanların əziyyət çəkməsini istəməzdik, həm də bir xanmın azadlığa çıxması bir insan olaraq xoş xəbərdir.

Mən onu da yazmışdım ki, şeyxin İranda çox böyük nüfuzu var, bu nüfuzun əsl səbəbinin nədən ibarət olduğunu bilməsəm də dəqiq deyə bilərəm ki, QMİ sədri İranda olduğu qədər Azərbaycanda söz sahibi deyil, hakimiyyət nümayəndələrinin və prezidentin yanında nüfuzu yoxdur, heç yoxdu da demirəm, ancaq İrandakı qədər yoxdur.

Allahşükür Paşazadə İranda həm ali dini rəhbər Ayətullah əl üzma Seyyid Əli Xamneyi ilə həm də prezident Əhmədinejadla görüşüb. Görüş barədə ictimaiyyətə geniş məlumat verilmir, sadəcə o bildirilir ki, Əhmədinejad Azərbaycan xalqının onun qəlbində olduğunu söyləyib, bu sevgini İran prezidentinin qəlbindən heç kim çıxara bilməyəcək.

Burda toxunulası və elə ötən dəfə də toxunduğum bir məsələ diqqətdən yayına bilməz. Bu görüşlərdə, Seyid Əli Xameneyi Azərbaycanda hicaba azadlıq tələb edən və həbs olunan möminlərlə bağlı, hicabın qadağası haqqında söhbətlər edibmi? Tutaq ki, Azərbaycanda hicab və hicab məhbusları məsələsinə toxunulmayıb, onda sual yaranırmı ki, əcəba Əhmədinejadın qəlbində olan xalqın arasında hicab məhbusları niyə yoxdur?

Bəlkə elə fikirləşirlər ki, Azərbaycanda həbs olunan hicab məhbusları hakimiyyətin onlara qarşı irəli sürdüyü rəsmi ittihamlarda həqiqətən günahkardır? Tutaq ki, həm ali dini rəhbər həm də prezident şeyxlə hicab məhbusları barədə söhbət edib, onların azadlığa çıxması üçün QMİ sədrinin yardım imkanları soruşulub, bu zaman şeyx də qayıdıb deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır, QMİ dövlətin işlərinə qarışmır, şəxsən özünün isə hicab məhbuslarının azadlığa çıxması üçün dua etməkdən başqa əlindən heç bir şey gəlmir.

Bu sözləri deməklə şeyx yalan danışmış olmur, çünki həqiqətdə də QMİ sədrinin elə bir nüfuzu yoxdur ki, hicab məhbuslarının azadlığa çıxması üçün hakimiyyətdən xahiş edə bilsin. Bəlkə belə bir xahişi etsə də onun sözü yerə düşəcək.

Deməli gəlib ona çıxırıq ki, şeyxin İranda nüfuzu var, Azərbaycanda isə İrandakı qədər söz sahibi deyil. Bəlkə QMİ sədrliyinə, heç olmasa İranda olduğu qədər Azərbaycanda da nüfuzu olan şəxs rəhbərlik etsə daha yaxşı olar?
Source : Islamtimes
Comment