QR CodeQR Code

Dindar harda olmalıdır?

Islamtimes , 21 May 2013 01:14

İslamtimes - Görün biz hansı dünyada yaşayırıq, çılpaq adamların mahnı müsabiqəsində səsvermə hakimiyyəti narahat edir


islamtimes.org/az/ - Bu gün Eurovision qalmaqalının davam etdiyi bir vaxtda Nərimanov rayon məhkəməsi hicaba azadlıq tələb edən gəcnlərin 10 nəfərinə höküm oxudu.

Düzü, həbs olunan dindarların sayı o qədər çoxalıb ki, artıq sayı hesabı da itirilib, hər gün dindarlar həbs olunur, onlar hakimiyyətədən çox şey istəmirlər, sadəcə övladlarının təhsil almağını istəyirlər bunun da nəticəsində həbsə atılırlar.

Hicaba azadlıq istəyən möminlərin həbsə atılmasından isə heç kim narahat olmur, görün biz hansı dünyada yaşayırıq, çılpaq adamların mahnı müsabiqəsində səsvermə hakimiyyəti narahat edir, ancaq hicaba azadlıq tələb edən möminlərin həbsi nəinki cəmiyyətdə heç dünyada da heç kimi narahat etmir. Bəlkə elə bu dindarların yeri azadlıq yox, həbsxandadır?


Story Code: 265923

News Link :
https://www.islamtimes.org/az/article/265923/dindar-harda-olmalıdır

Islam Times
  https://www.islamtimes.org