0
Wednesday 29 May 2013 - 13:33

Münasibətlər pozulub?

Story Code : 268680
Münasibətlər pozulub?
Münasibətlər pozulub?
www.Islam times.org/az/ - Bir neçə aydır müxalifət mətbuatı və müxalif siyasətçilər davamlı olaraq iddia edirlər ki, Əliyev hakimiyyəti ilə Avropa və Rusiya arasındakı münasibətlərdə bir soyuqluq yaranıb.

Azərbaycan hakimiyyətinin mətbuatı və hakimiyyət üçün çalışan deputat və məmurlar ordusu Avropa haqqında heç də ürəkaçan sözlər işlətmir, sözsüz ki, onların bu mövqedən çıxış etmələrini hakimiyyət əmr edib.

Nəticədə cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, Azərbaycan hakimiyyəti Avropa haqqında və ya köhnə dünyanın ölkələr haqqında qarayaxma kampaniyasında o qədər bəsit və axmaq yalanlara yol verir ki, artıq cəmiyyətdə buna qarşı əvvəllər bir qəzəb vardısa indi sadəcə olaraq həqarət mövcuddur.

Əliyev hakimiyyətinin Avropaya qarşı qarayaxma kampaniyası xatırlayırsınızsa ötən il Eurovision ərəfəsində başladı, o dövürdən başlayaraq bu münasibətlər düzəlmədi. Yazdıqlarım ilk baxışdan cəmiyyətin qarşılaşdığı bir mənzərədir, başqa sözlə desəm vəziyyətin zahiridir, batini isə başqa cürdür.

Reallıqda Avropa təsisatlarının yüksək vəzifəli səfirləri və müfəttişləri, nümayəndə heyyətləri Azərbaycana gəlir, onların demək olar hamısı arzu etdikləri halda prezident Əliyevin qəbulunda olur və dövlət başçısı ilə görüşə bilirlər.

Bircə istisna AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristoff Ştrasserdir, Azərbaycan hakimiyyəti bu deputata mandatı üzrə Azərbaycana səfər etməyə imkan vermədi.

Avropada isə Azərbaycan hakimiyyətini əsasən müstəqil mətuat və araşdırma mərkəzləri tənqid edir, onu da deyim ki, bu tənqidləri avropalılar istənilən avropa ölkəsinin liderinin ünvanına deyə bilərdi, ancaq xoşbəxtçilkdən orda hakimiyyətlərin insan haqlarının pozması və korrupsiya əməlləri yoxdur.

Bəzi ekspertlər belə hesab edirdi ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minon Azərbaycana gəlməyəcək, çünki Azərbaycan hakimiyyəti insan haqlarının pozulması və vətəndaş fəallarının represiyaya məruz qoymasına görə “ad” çıxarıb.

Yenə də ekspertlərin fikrincə eyni səbəbdən İlham Əliyev xaricə səfər etmir. Ancaq ekspertlər yanılır, İlham Əliyev ola bilər nadir hallarda qərbə səfər edir, daha çox isə onları Bakıya gətizdirir desəm yanılmaram, gördüyünüz kimi cənab Minon da Bakıya gəldi və prezident onu qəbul etdi. Sizcə bunun səbəbi nə ola bilər?
Source : Islamtimes
Comment