0
Monday 3 June 2013 - 13:26

"S-300"lə göndərilən mesaj

Story Code : 270269
"S-300"lə göndərilən mesaj
Rusiya bu günədək S-300 raketlərinin Suriyaya göndərilməsini təsdiqləməsə də rusiyalı ali rütbəli rəsmilərdən biri ötən çərşənbə günü deyib ki, Suriyaya S-300 raketlərinin göndərilməsi Dəməşq və Moskva arasında silah alış-verişi ilə bağlı imzalanmış sənəd çərçivəsində həyata keçirilir. Bu razılaşma daha öncələr imzalanıb.

Müasir S-300 raketlərinin Suriyaya təhvil verilməsi hesablamaları aşkar şəkildə Suriyanın xeyrinə yönəldəcək. Xüsusi ilə bu hadisə Suriya ordusunun müxtəlif məntəqələrdə terroristlər üzərində ardıcıl qələbələri ilə üst-üstə düşərsə daha effektiv nəticə əldə olunacaq. S-300 raketlərinin Suriya dövlətinə təhvil verilməsi Suriyanın daxili və xarici müxalifləri arasında ciddi reaksiyalara səbəb olub. Müxaliflər qəzəblənib, Amerika isə raketlərin göndərilməsi ilə bağlı nigarançılığını ifadə edib. Amma görünür ən ciddi nigarançılıq sionist rejiminin nigarançılığıdır. İşğalçı İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, bu raketlərin Suriyaya təhvil verilməsi İsrailin əmniyyəti üçün ciddi təhlükədir. O təhdidedici şəkildə bildirib ki, hadisələri kənardan izləməyəcək. Sionist rejimin Milli Təhlükəsizlik Şurasının rəisi deyib ki, onlar uyğun raketlərin fəal vəziyyətə gətirilməsinə izn verməyəcəklər.
 
Sionist Haartez qəzeti etiraf edir ki, İsrail dövləti ağlını itirmiş vəziyyətdədir və uyğun mövzu ilə bağlı necə addım atacağını qərarlaşdıra bilmir. İsrail baş naziri iki həftə öncə Rusiyaya səfər etdi. O uyğun səfəri çərçivəsində Rusiyanı Suriyaya S-300 raketləri göndərmək fikrindən daşındırmaq niyyətində idi. Amma son hadisələr Netanyahunun məqsədinə nail olmadığını göstərir. Bütün bunlar bir halda baş verir ki, Suriya prezidenti Bəşar Əsəd son müsahibəsində İsrailin növbəti hücumuna strateji cavab veriləcəyini bildirib. 
 
Son məlumatlara əsəsən, Suriyaya S-300 raketləri olan yükün təhvil verilməsi elə bir dönəmdə baş verib ki, Avropa Birliyi suriyalı müxaliflərə silah verilməsi qadağasının aradan qaldırdığını açıqlamışdı. AB uyğun qərarı ilə quruma üzv ölkələrə icazə verdi ki, istədikləri formada Suriyadakı Əsəd müxaliflərinə silah göndərsin. 
 
Əslində Rusiya Dəməşqə S-300 raketlərini göndərməklə Qərbin Suriyadakı terroristləri himayə etməsi siyasətinə cavab vermiş oldu və Qərbə bildirdi ki, uyğun mövzuda möhkəm dayanıb və heç zaman geri çəkilməyəcək. S-300 raketləri bütün hündürlüklərdə yer-hava tipli raketlər arasında ən ölümcülüdür. Bu raketlər eyni vaxtda 100 hədəfi izləyə və 12 hədəflə üzləşməyə qadirdir. Bu raketlərin hazırlıq müddətinə gəlmə müddəti 5 dəqiqədir. Raketlər anbarda saxlanıldığı zaman heç bir qorunma tədbirinə ehtiyac olmur. S300 raketləri ABŞ-ın Patriot sisteminin ən ciddi rəqibidir. Bu silah hücum üçün nəzərdə tutulmuş silahlardandır. Yuxarda da qeyd etdiyimiz kimi uyğun raketlər Suriyaya elə bir zaman təhvil verilir ki, Suriya ordusu son həftələrdə bir çox uğurlara imza atıb və terroristlərin əlinə keçmiş məntəqələri geri alıb. Mənbələrin bildirdiyinə əsasən Suriya ordusu bu mühüm şəhərə nəzarəti tam əlinə almaq astanasındadır. İki ildir müxaliflərin nəzarəti altında olan bu şəhər Livandan müxaliflərə silah göndərilməsi üçün istifadə edilən məntəqədir. Suriya ərazisindəki müxaliflərə bütün silahlar bu şəhərdən ötürülür.
 
Bu gün Bəşar Əsəd rejiminin durumu müsbətə doğru gedir və rejim müxaliflərə nisbətdə üstünlük əldə edib. Qarşıda beynəlxalq Cenevrə 2 konfransı keçirilməsi də planlaşdırılır. Suriyada yaranmış yeni vəziyyət bu konfransda Suriya hökumətinə müsbət imtiyazlar verəcək. Bu arada Suriya müxalifəti və onları himayə edən dövlətlərin durumu olduqca pisdir. Belə ki, bir müddət öncə İstanbulda keçirilmiş 5 günlük iclasda müxaliflər üçün yeni başçı da seçilməsi də baş tutmadı.
 
Müxalifət cəbhəsinin durumu o qədər ağırdır ki, Azad Suriya Ordusu rəhbəri ötən cümə axşamı günü onları himayə edən ölkələrə müraciət edərək təcili olaraq müxaliflərin köməyinə yetişilməsini istəyib. Bütün bu hadisələrə nəzər saldıqda Suriya böhranında yeni bir dönəm başladığını söyləyə bilərik. Yeni şərait son üç il müddətindəən aydın şəkildə bu gerçəyi ortaya qoyub ki, müxaliflər Suriya hökumətini aşıra bilməyəcək və danışıqlardan başqa yol yoxdur. 
 
Terroristlər, ifratçı qruplaşmalardan fərqlənən Suriyadakı digər hökumət müxalifləri artıq qəbul etməlidirlər zor tətbiq etmək Əsəd rejimini devirmək mümkün olmayacaq. Onlar Suriya böhranın həlli üçün danışıqlar yoluna üstünlük verməlidirlər. Çünki artıq zaman onların və Qərbdəki tərəfdaşlarının zərərinə işləyir.
Comment