0
Thursday 20 June 2013 - 10:45

Səbrli qonşu

Story Code : 275196
Səbrli qonşu
Islam times.org/az/ - Dünya mətbuatında olduğu kimi Azərbaycanda da İranda prezident seçilmiş Həsən Rohani haqqında, gələcəkdə İran siyasəti ətrafında müzakirələr aparılır.

Müzakirələr geniş aparılır, ancaq əliyev rejiminin dəstəkləyidyi elə mətbuat orqanları da olur ki, orda qərəzdən başqa bir şey görmürsən, yaxud, Milli Məclisin deputatı, bu yaxınlarda prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Asim Mollazadənin saytında isə Həsən Rohani ilə bağlı mülahizələri izləyərkən bir də baxırsan ki, qərəzdən başqa həm də böyük bir həqarət da yazı da əksini tapır.

Məsələn, müqayisə etsəniz görərsiniz ki, ABŞ prezidenti Obama Həsən Rohani haqqında fikir səsləndirərkən daha ümidli danışır, hansısa gözləntiləri var, danışıqlarda nəticə ala biləcəyi arzularını dilə belə gətirir, eyni tonu qərb mətbuatı bölüşür desəm yanılmaram, ancaq burdan bura, İranla sərhəd xətti olan, qonşu və qardaş ölkə olan Azərbaycan mətbuatında, daha doğrusu hakimiyyətin dəstəklədiyi və himayə etdiyi mətbuatda yazılan fikirlər bundan ibarətdir ki, Həsən Rohaninin prezident seçilməsi İranın siyasətində dəyişikliyin olmasını şərtləndirmir, İran istər regionda istərsə də dünya siyasətində özü haqqında formalaşdırdığı fikirdən kənara çıxmayacaq.

Yazı və fikir müəlliflərinin əsası da budur ki, İranda kimin prezident seçilməsindən asılı olmayaraq orda hakimiyyət ali dini rəhbərin əlindədir, bundan başqa İranda prezident də, ali dini lider də İslam Respublikasının adamlarıdır, əsl dəyişiklik üçün isə gərək İranda inqilab olsun, dünyəvi dövlət qurlsun.

Təkrar edirəm ki, bu cür fikirlərin müəllifi Rasim Musabəyov, Siyavuş Novruz kimi Əliyevin qulluğunda duranlardır. Bu səpkili yazılarla çıxış etmək qonşuluq və qardaşlıqda məncə yolverilməzdir. Son iki gündə də Əliyev hakimiyyətinin mətbuatı normaları pozaraq cəmiyyəti azdırmaqla məşğuldur, verdiyi xəbərlərdə iddia edir ki, guya hələ 1992-ci ildə Həsən Rohaninin oğlu atasının Xamneyinin əlini öpdüyü üçün və onunla yaxın dostluğu səbəbindən intihar edib. Hətta bu həqiqətdirsə belə, belə informasiyanı mətbuatda yayılması məkrli niyyətdən xəbər verir, özü də hələ bilmək olmaz ki, hadisə, Rohaninin oğlunun özünü intihar etməsi həqiqətən bu mətbuat səhifələrində yazıldığı kimi olub ya yox. (Amma həqiqət budur ki bu intihar adlanan hadisə başqa cürəymiş yanı 14 yaşında gənc oğlan atasının silahiyla oynyaraq səhv etmiş diqqətsizlikdən silah işləyib gülləyə tüş gəlib və bu hadisə nəticəsində dünyasını dəyişmişdir).

Misal olaraq da deputatlar Adil Əliyev, Qüdrət Həsənquliyev, Asim Molazadə, YAP-ın rəsmi saytları və Əli Həsənovun saytlarını göstərmək olar, hardaki düşmənçilik toxumları səpilir. Siz fikirləşməyin ki, onların bu cür çıxışları cəmiyyətdə təsirsiz qalır, hakimiyyətdə olduqları üçün ən azı təsirləri altında olan adamlar bu mətbuatdakı fikirləri həqiqət kimi qəbul edəcək.

Buna şübhə edənlər və yaddaşı zəif olanların nəzərinə çatdırıram ki, Eurovision müsabiqəsi ərəfəsində İranın Azərbaycandakı səfirliyi qarşısında YAP-ın təşkil etdiyi mitinqdə iştirak edən gənc oğlan və qızların sayı mindən çox idi, əllərindəki transporantlarla isə ali dini rəhbəri və Mahmud Əhmədinejadı hələ heç kimin təhqir etmədiyi tərzdə təhqir etmişdilər buna görə nəinki üzr istənildi, hətta Siyavuş Novruz dedi ki, İran hakimiyyəti özünü yaxşı aparmasa eyni mitinqi Təbrizdə keçirərik.
Fikir mübadiləsi aparmağında bir həddi, bir çərçivəsi olmalıdır, bir əxlaqa söykənməlidir, qərb mətbuatında belə Həsən Rohaninin seçilməsi hansısa ümidlərin dilə gətirilməsi ilə nəticələnirsə, balaca Azərbaycanda açıq aşkar İrana qarşı bir düşmənçilik nümayiş etdirən əliyev rejimi nə istəyir? Kimə güvənir, nəyə arxayındır? Bəlkə İlham Əliyev İranla münaqişə üçün bəhanə axtarır? İran isə hələ ki, təmkin göstərir, Allah sonsuz səbr versin.
Source : İslamtimes
Comment