0
Saturday 5 June 2010 - 11:30

“İSRAİL REJİMİ İNTİHAR ETDİ”

Story Code : 27630
“İSRAİL REJİMİ İNTİHAR ETDİ”
Son günlər gündəmdə olan ifadələrdən ən yayılanı. 21-ci əsirdə bütün dünyanın gözü qabağında törətdiyi terrorlarla həm öz həqiqi iyrənc üzünü ifşa etdi, həm də bir daha sübut etdi ki, bütün dünyaya meydan oxuyur. 
Bu məsələ də digər məsələlər kimi, yəni əsirlər boyu törədilən terrorlarda, cinayətlərdə əsas köməkçi rol oynayan lal şeytanların yüksək fəaliyyəti nəticəsində baş vermişdir. Və nəticədə 31 may 05:00 radələrində sionist İsrail rejiminin beynəlxalq sularda humanitar yardım aparan beynəlxalq gəmi karvanına hücum edilib.

İşğalçı rejimin keçirdiyi hücum əməliyyatı nəticəsində 20-yə yaxın humanitar yardım könüllüsü şəhid edilib, 100-dən artıq insan yaralanıb. Gəmilərdə dünyanın 50 ölkəsindən jurnalist, hüquq müdafiə fəalları, millət vəkilləri, sadə könüllülərdən ibarət 600-dən artıq yardımçı var idi. Hazırda beynəlxalq humanitar karvan İsrail rejiminin qüvvələri tərəfindən girov götürülüb.

Amma bunlar yenə də bir zamandan sonra unudulacaq. Ən maraqlı faktlardan biri də odur ki, fəal şeytanlardan olan israil rejimi öz törətdiyi terror aktına görə üzürxahlıq belə etmədən özünə bəraət qazandırır. Və 20 şəhidin qanına ehtiram qoymaq əvəzinə, yəni ən azından üzürxahlıq etmək əvəzinə bunların qanını boynuna alır. Bununla, qatil və terrorçu olduqlarını etiraf etmiş olurlar.

Barı, ABŞ-dan ibrət götürəydi. Əfqanıstanda hər gün onlarla dinc insanı şəhid edən Amerika generalları, boğazdan yuxarı da olsa, çıxıb camaatdan üzr istəyirlər. Amma sionistlər bunu da etmir. Həyasızlıqla üzə durub, etdiklərini müdafiə adlandırırlar!

Diqqət olunası məsələ də bundan ibarətdir ki, israil rejiminin əsgərlərinin birinin üzərindən gəmi ekipajının adları olan siyahı çıxıb. Siyahı əsasında əgər iş görülürsə, deməli bunun plansız iş olmadığını göstərir. Görəsən israil rejiminin arxasında kimlər dayanıb? Ya da belə desək, fəal şeytanların arxasında hansı lal şeytanlar var?

Bundan əlavə, hətta keçmişdə müharibə şəraiti zamanı belə tibb gəmilərini əl dəymədən rəqib ölkəyə göndərildiyi təqdirdə bu gün heç bir müharibə getmədiyi halda yardım gəmilərində terror aktı törətdilir.

Humanitar gəmilər Qəzza xalqının az da olsa bağlanmamış yaralarının bağlamaq üçün çıxmışdılar. Onlar Qəzza xalqı üçün ata, ana, bacı, qardaş, övlad nəvazişi göstərmək üçün getmişdilər. Amma bu gün həmin gəmidəki insanların ailələrinə nəvaziş göstərən insanlar lazımdır. Hər birimizin ürəyini sızladan Qəzza, Yəmən, Kəşmir, Bosniya, Ağdam, Şuşa və s. islam torpaqlarının arasına humanitar gəmilərdə olan ekipaj da əlavə olundu.

İsrail rejiminin əsir götürmüş və azadlığa buraxanların ilk dediyi söz budur. “Onlar bizə elektiroşokla işgəncə verdilər”.

Amma burada incə bir məqam var. O da bundan ibarətdir ki, bütün dünyanın nəzəri israil rejiminin üzərlərində ola-ola bu insanlara bir neçə günə elektiroşok veriblərsə, gör neçə ildir ki, israil rejiminin gizli həbsxanalarında nə kimi şiddətli və ağla gəlməyən işgəncələrə məruz qalan insanlar var...

Bu günlərdə Qəzza xalqının qəmləri azca bağlanmış yaralarının közü, gəmidəki ekipajin başına gətirilmiş terror aktına görə yenə də qopdu. Çünki Qəzza xalqı övlad itkisinin, ana,ata, qardaş itkisinin nə olduğunu çox yaxşı bilirlər. Çünki onlar demək olar ki, hər gün ya qonşularından ya qohumlarından birini israil rejiminin törətdiyi cinayətlər nəticəsində itirlər.

Amma bu heç də vicdanları susdurmağa yönələn planın rejimlər üçün uğurlu keçmədiyini bir daha sübuta yetirdi. Çünki artıq rejimin törətdiyi terrora cavab olaraq bir neçə həftəyə yenə də humanitar yardım daşıyan gəmilərin yola çıxacağını bildirdilər. 

Artıq “Reyçel Korri” adlı yardım gəmisinin Fələstin sahillərinə çatdığı bildirilir. Bu bir daha sübut etdi ki, israil rejimi və onun timsalında bütün rejimlər bu hərəkətləri ilə özlərini intihara məruz qoydular. 

Sionistlərin iyrənc planlarının həyata keçirilməsinin əvəzinə, indi 700 yox, ondan qat-qat çox könüllü adam və qat-qat çox insan haqları müdafiəçilərinin, jurnalistlərin, hüquqşünasların iştirakı ilə Qəzza sahillərinə humanitar yardım aparan gəmilərin yaxın bir neçə gün ərzində olacağına əminik. 

Vicdanlı insanların 31 may 2010-cu il 05:00-da törədilən terrorda şəhidlərin haqsız yerə qanının töküldüyünü və bu həqiqəti hələ uzun müddət yaddaşlardan silə bilməyəcəklərinə əminik. Amma bunun yaşanması üçün, lal şeytanların birinci nöbədə yüksək fəaliyyətləri dayandırılmalıdır. Yoxsa bu hadisə tarixin yaddaşlarında yalnız bir statistik rəqəm kimi qalacaq.

Necə ki, hər gün Əfqanıstanda onlarla insanın qırılması - yalnız statistik rəqəm kimi qalmaqdadır.

Bu hadisəyə “11 sentyabr”ın təkrarı desək, yanılmarıq.

Allah şəhid olanların ailələrinə səbir versin.

Allah Yusifi-Fatimənin zühurunu təcil eləsin. Amin!

Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş
Comment