0
Friday 28 June 2013 - 12:11

Bizə olan nifrətinizn səbəbini bilirik

Story Code : 277528
Bizə olan nifrətinizn səbəbini bilirik
Bizə olan nifrətinizn səbəbini bilirik
Məlum oldu ki, istintaq mənə əlavə ittihamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əli ilə vermək istəyir. Komitə sədri Elşad İsgəndərovun son açıqlamaları da nəzərə alaraq, artıq bunlara cavab vermək məcburiyyətindəyəm.

Biz suallarımızı hüquqla ünvanlayırıq

Elşad İsgəndərov bildirir ki, dinlə bağlı uşaqlıqdan nəyisə yürütmək düz deyil.
Biz Elşad İsgəndərova suallarımızı hüquqla ünvanlayırıq.
Azərbaycan Respublikasının Qoşulduğu “Uşaq Hüquqları haqqında” Konvensiyanın 14-cü maddəsi:
1. İştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər;
2. İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşağın hüququnun həyata keçirilməsində uşağa onun inkişaf etməkdə olan qabiliyyəti ilə uzlaşan metodlarla rəhbərlik etmək hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər;
3. Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənəviyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi üçün zəruridir.
Hicaba qanunla qadağa qoyulubmu?! O hansı qanundur?!
Maddə 29.
1.İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara yönəldilməlidir:
a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə inkişaf etdirilməsinə;
b) insan hüquqlarına və əsas azadlıqlara, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan olunmuş prinsiplərə hörmətin tərbiyə edilməsinə;
c) uşağın valideynlərinə, onun mədəni özgürlüyünə, dilinə və dəyərlərinə, uşağın yaşadığı ölkənin və mənşəcə mənsub olduğu ölkənin milli dəyərlərinə, öz sivilizasiyasından fərqlənən sivilizasiyalara hörmətin tərbiyə edilməsinə;
d) anlaşma, sülh, dözümlük, kişilərlə qadınların hüquq bərabərliyi və bütün xalqlar, etnik, milli və dini qruplar arasında, habelə yerli əhali sırasından olan şəxslər arasında dostluq ruhunda uşağın azad cəmiyyətdə şüurlu həyata hazırlanmasına;
Cənab İsgəndərov, bu normalara əməl olunurmu? Hicab qadağası bu normaların pozulması demək deyilmi? Və nəhayət, dövlət bu yazılanlara niyə əməl etmir?!
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsi:
Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
Hicab dini ayin olaraq uşağın səhhətinə zərərli təsir göstərirmi?!
Cənab İsgəndərov, buna nə deyirsiniz?!

Mürtəd kimdir?

Dini baxımdan 9 yaşından qız uşaqlarının hicab bağlamaları fərzdir. Sizin açıqlaramaranız birbaşa Allahın əmrinə ziddir. Dini ayinlərdən olan hicabın əleyhinə çıxmaq islam nöqteyi-nəzərdən dindən çıxmaq hesab olunur. Siz elə düşünürsünüz ki, yalnız Əkrəm Əylislini mürtəd elan edə birəsiniz. Halbuki, Əkrəm Əylisli “qəhrəmanının” vasitəsi ilə öz fikirlərinin qələmə almışdır, bu rejim isə öz əməli, öz hərəkətləri ilə özünü mürtəd etmişdir! Özünüzə lazım olanda dindən siyasi alət kimi istifadə edirsiniz, başqalarına isə dini siyasiləşdirməyin deyirsiniz. Özünüzə lazım olanda, siyasi opponentləri vurmaq üçün “donuz əti haramdır” bildirib, hicaba gəlincə dünyəvi dövlət adı ilə kənara durursunuz? Bunu hara yazaq cənab İsgəndərov?!

Nifrətinizn səbəbini bilirik


Bizə olan nifrətinizin səbəbini bilirik. Rejim tərəfindən Sizə tapşırılan missiyanı yerinə yetirilməsinə imkan vermədik. Missiya ondan ibarət idi ki, bir neçə ildir ki, rejimin yırtılmış “dini” maskasını bərpa etməyə imkan vermədik və imkan verməyəcəyik İnşAllah! Bizi həbs etməklə yırtılmış maskaları rahatlıqla tikilməsini güman etməyin!
4) Dindən kim alət kimi istifadə edir?:
Həqiqətdə təmsil etdiyiniz rejim dindən alət kimi istifadə edir. Bir cümlə ilə sözümü sübuta yetiririəm. ”Donuz əti yemək haram”, “Qumar oynamaq, şərab içmək, xalqın malını talan etmək halaldır?!”.
Sizə, cənab İsgəndərov, Həzrət Əlinin (ə) “Nəhcül Bəlağə” kitabında dövlət ayinlərinin icrası mövzusunda olan “Malik ibn Əştərə” olan əhdnaməsini oxumağı tövsiyə edirəm. Onu da qeyd edim ki, dinin siyasətdən ayrı olması fikrinin kökündə zalım rejimlərin, qəsbkar insanların öz hökmdlaranlığını saxlamaq niyyəti dayanır. Çünki dinin siyasəti birinci növbədə cəmiyyətdə ədalətin bərqərar olması, insanların hüquqlarının bəradər şəkildə qorunması, zülmün kökünün kəsilməsi və s. dayanır.

Hicablı bacılarımdan üzr istəyirəm

Siz iki ildən çoxdur ki, konstitusion hüquqlarından məhrum olan hicablı bacılarımızdan və onların valideynlərindən üzr istəmək əvəzinə onlara “müdrik” kimi müraciət edib dindən çıxmağa dəvət edirsiniz ki: “uşaqları hicabsız məktəblərə buraxın”.
Sözümün sonunda özümün və zindanda olan qardaşlarımın adından hicablı bacılarımızdan bu problemi indiyə qədər həll edə bilmədiyimizə görə üzr istəyirəm və əmin edirəm ki, pozulmuş hüquqlarınız mütləq bərpa olunacaq!
Source : Azadliq.info
Comment