0
Friday 28 June 2013 - 17:27

Haqqı deyən taleyimiz

Story Code : 277602
Haqqı deyən taleyimiz
Haqqı deyən taleyimiz
Islam times.org/az/ - Aprelin 2-də həbs olunmuş, hicab məhbusu və dindar alim, dindar fəal Tale Bağırın həbsi iyunun 27-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə daha bir ay uzadıldı.

Vəkillərinin mətbuata verdikləri açıqlamalardan belə aydın olur ki, dindar fəalla bağlı ittiham şərdən və böhtandan ibarətdir, ancaq ittihamnamədə şər və böhtanlar yer aldığı üçün vəkillər də məcburdurlar ki, bu müddəaları mübahisələndirsin.

Çoxları kimi Tale Bağırzadə də narkotiklə həbsə atılıb, ancaq sonra istintaqın “tikdiyi torba”da isə başqa ittihamlar da olacağı heç kimə sirr deyil, üstəlik bunu vəkillər də təsdiqləyir.

İstintaqı aparan müstəntiqlərin siyasi hakimiyyətin sifarişini yerinə yetirdiyinə də cəmiyyətdə şübhə yoxdur, bunun səbəbi həbsə atılan şəxsin kimliyində deyil, aydın məsələdir ki, Tale Bağır tanınmış, savadlı ruhani bir alimdir, ancaq ondan başqa da həbs olunan hicab məhbuslarının, həbsə atılmış siyasi və ictimai fəalların istintaqında da eyni cür düşünülür.

Tale Bağıra qarşı aparılan istintaq hərəkətlərində ona məxsus elə dini kitablar müsadirə olunub ki, o kitablar Bakının müxtəlif mağaza və kitabxanalarında satışdadır, sadə dindarların stolüstü kitablarıdır, bunlar əsasən Sistaninin, Lənkəraninin və ali dini rəhbər Xamneyi
ğanın kitablarıdır.


Onda belə çıxır ki, bu kitabları oxuyan hər bir vətəndaş potensial məhbsudur, onların hər birini gələcəkdə həbs gözləyir. Yəqin əliyev rejimi istəyir ki, azərbaycanlılar həbsdən, işgəncədən qorxub bu kitabları almasın və oxumasın, kimin də evində belə kitablar varsa onları zibilliyə atsın ki, özünü həbsdən sığortalasın.

Mən bunu gələcək zaman üçün ehtimal edirdimsə artıq bu gün belə addım atanlar oldu, düzdü bu sadə dindarlar kitabları zibil qutularına atmasa da kitabları məscidə təhvil verənlər oldu, özlərinə məxsus kitabları həbsdən qorxaraq, zindana düşməmək üçün aparıb məscidə təhvil veriblər.

Ola bilər bu pis variant deyil, ancaq nəzərə almaq lazımdır ki, dindar insanlar öz evlərində daha çox olurlar nəinki məsciddə və beləliklə də bu kitabları evdə olduqları halda daha çox mütaliə edə bilərdilər.

Bundan başqa hələ heç kim deyə bilməz ki, hakimiyyət gələcəkdə bu kitabları məscidlərdən də yığışdırmayacaq, ola bilər məscidlərdən kitabları yığışdırmaq daha asan oldu və kimlərisə həbs etmədi, çünki hakimiyyətin nəzərincə məscid ictimai yerdir, ancaq ola da bilər ki, məscidlərdə də həbslər həyata keç
irilsin, unutmayın ki, belə təcrübə hələ çoxdan var, buna misal olaraq İçərişəhər Cümə məscidinin imam camaatı İlqar İbrahimoğlunu göstərmək olar.

Vəkillərin verdiyi məlumatda Tale Bağırın səhhətində problemlərin də olduğu bildirilir, ancaq bununla yanaşı dindar məhbus öz çıxışlarından, haqqı deməkdən həbsxanda da geri qalmır, baş verən hadisələrə və ölkənin ictimai vəziyyəti ilə bağlı çıxışlarını vəkilləri vasitəsilə ictimaiyyətə çatdırır.

Əks əlaqə isə zəifdir, hələlik Tale Bağırzadə yalnız vəkillərin vasitəsilə qəzetləri ala bilir, əslində isə təcridxana hesabına məhbuslar qəzetlərlə təmin olunmalıdır. Bir az əvvəl qeyd etdim ki, hacı Tale zindanda olmasına baxmayaraq, yenə də öz çıxışlarını edir, elə bu gün Tale Bağırzadənin “Azadlıq” qəzetindəki məqaləsini oxuduqda görürük ki, dindar məhbus mübarizə əzmini itirməyib, öz sözünü hələ də deyə bilir, həm hakimiyyətin fitnələrini ifşa edir, həm də mübarizədən dönməyəcəyi mesajını verir. Ancaq Tale Bağır bu yazılarla bunlardan da böyük bir işə imza atır ki, o da əliyev rejiminin cəmiyyətdə, xüsusilə dindar kəsim arasında yaratmaq istədiyi, daha doğrusu yaratdığı qorxunu, vahiməni aradan qaldırmağa xidmət edir, məhbus alim imkan vermir ki, dindarlar rejimə təslim olsun və haqqdan əl çəksinlər, Tale Bağır bu cür davamlı çıxışları ilə möminlərdə imkanı olduğu qədər ruh yüksəkliyini qoruyub saxlamağa çalışır.

Bununla yanaşı unudulmamalıdır ki, əliyev rejimi də amansız və qəddarlığı ilə artıq bütün dünyaya səs salıb, ona görə Tale Bağırzadə kimi din alimləri uzun müddət həbsdə qalsa Vaqif Abdullayevin aqibətini yaşaya bilər.
Source : Islamtimes
Comment