QR CodeQR Code

Elşad İsgəndərov fəallaşıb

Islamtimes , 3 Jul 2013 00:59

İslamtimes - “Elşad İsgəndərov ölkə müsəlmanlarını təmsil edirmi?”


islamtimes.org/az/ - Yəqin fərqindəsiniz ki, son zamanlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov müxtəlif tədbirlər, konfranslar keçirməklə fəallığını gündəmdə saxlamaqdadır.

İyulun 2-də Komitə sədri NATO Azərbaycan Beynəlxalq Məktəbinin müxtəlif ölkələrindən gəlmiş müdavimləri ilə birgə “Azərbaycanda dövlət quruculuğu modeli: təcrübə mübadiləsi” mövzusunda seminar təşkil edib. Əslində bir qədər qəribə görünür, ona görə ki, “Dini qurumlarla iş komitəsinin hərbi bloku nə birləşdirə bilər?” sualı yaranır, bu sual da təsadüfi yaranmır. Çünki bu komitənin əsas işi dini icmaların qeydiyyatı və onların fəaliyyətinin tənzimlənməsi bunun üçün qanunvericilik bazasının hazırlanmasından ibarətdir. Ancaq işini içində başqa iş var.

Məsələ burasındadır ki, qərbdə Azərbaycanla bağlı bir “müsəlman ölkəsi” kimi fikir formalaşıb, bu səbəbdən qərb təsisatları Azərbaycanla əməkdaşlıqda bir nigarançlıq yaşayır, ancaq Elşad İsgəndərov keçirdiyi konfranslarla qərblilərə göstərmək istəyir ki, Azərbaycan müsəlman ölkəsi olsa da tolerant ölkədir (red. : buna mən də qəti şübhə etmirəm) və hətta qərblə hərbi sahədə də əməkdaşlıq mümkündür. Ancaq NATO-nun da yaxın gələcəkdə hədəfinin nədən ibarət olduğu və Azərbaycanın hansı dövlətlərlə qonşu olduğu da heç kim üçün sirr deyil, deməli, Elşad İsgəndərovun hansı “bostana” daş atddığı da sirr olmamalıdır. Bunda sonra başqa sual meydana çıxa bilər: “Elşad İsgəndərov ölkə müsəlmanlarını təmsil edirmi?”


Story Code: 279057

News Link :
https://www.islamtimes.org/az/article/279057/elşad-isgəndərov-fəallaşıb

Islam Times
  https://www.islamtimes.org