0
Monday 8 July 2013 - 17:25

Azad məhbus

Story Code : 280933
Azad məhbus
Azad məhbus
Islam times.org/az/ - İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində hicab məhbusu Tale Bağırın şikayəti əsasında məhkəmə iclası keçirilib. Apellyasiya şikayəti Nərimanov Rayon Məhkəməsinin Tale Bağırzadənin həbs müddətinin daha bir ay uzadılması haqda qərarından verilib.

Qapalı keçirilən məhkəmədə dindar məhbusa söz veriləndə ilahiyyatçı Tale Bağır qeyd edib ki, bu gün cümə günüdür və bu günlər xütbə oxumalıdır, həbsdə olduğundan xütbəni məsciddə oxumaq mümükün olmadığı üçün elə məhkəmə zalında oxuyur.

Baxmayaraq ki, məhkəmə zalında məhkəmə personalı, dövlət ittihamçıları, vəkil və penitensiar xidmətin əməkdaşlarından başqa heç kim iştirak edə bilməyib dindar məhbus təxminən 30 dəqiqəlik xütbə oxuyub. Xütbə oxunan zaman nəinki Onun sözünü kəsiblər hətta diqqətlə ilahiyyatçını dinləyiblər.

Sonda Tale Bağır qeyd edib ki, əsl məhbus O, deyil, hakimdir, dövlət ittihamçılarıdır. Dindarlar isə hər yerdə, o cümlədən həbsdə belə azaddır. Burda bir neçə məqam var ki, diqqətdən kənar qala bilməz və şərhə ehtiyacı var.

Birincisi, açıq demək lazımdır ki, başqa vaxtlarada, azadlıqda olan zamanlarda nə Tale Bağırın xütbəsində nə də digər dindar məhbusların xütbəsinə həmin auditoriyanın, yəni həmin məhkəmə iştirakçıları gəlmir, iştirak etmir, xütbələri dinləmir. Ancaq iyulun 5-də Tale Bağırzadə bu xütbəni oxumaqla onları belə bir şərəfə çatdırıb.

Düzdür say baxımından bu çox kiçik auditoriyadır, ancaq nəzərə alın ki, bu adamlar bir dəfə də olsun heç bir xütbədə iştirak etməyib, bu günə qədər hələ heç bir dindarın xütbəsində hakimlər, prokurorlar, penitensiar xidmətin əməkdaşları iştirak etməyib, yəqin ki, belə bir xütbəyə ilk imza atan Tale Bağır oldu.

İkincisi, odur ki, Tale Bağır bu hərəkəti ilə hamıya xüsusilə hakimiyyətə göstərdi ki, Onun üçün dini, imanı, həyatından qat qat vacibdir, bu məhkəmədə taleyin həll olunmasına baxmayaraq dindar məhbus yenə də öz inancından irəli gələn hərəkətləri edir, bəlkə bir az mübaliğəyə yol verirəm ancaq buna şücaət də demək olar, İmam Hüseyn məktəbinin yetirməsinin atdığı əsl addım kimi də baxmaq olar.

Üçüncüsü, ilin günü belə bir vaxtında, insanların müsəlman, xüsusilə şiə olmalarını dilinə gətirməyə qorxduğu bir zamanda Tale Bağırın məhkəmədə həyatının riskini, taleyini kənara qoyaraq belə bir addım atması Azərbaycanın məhkəmə tarixində ilk dəfə olmaqdan başqa həm də bir nümunəyə, dindar məhbuslar üçün bir ənənəyə çevrilə bilər.

Bundan sonra cümə günləri məhkəməsi olan şücaətli dindar məhbuslar Tale Bağır kimi məhkəmə zalında xütbə oxuya bilər.

Dördüncüsü, ola də bilər ki, bu hal bundan sonra daha heç bir zaman təkrarlanmasın, tarixdə cəmi bir dəfə baş vermiş olsun, çünki əliyev rejimi bundan sonra bu halın baş verməməsi üçün dindar məhbusların məhkəmə iclasını bir daha cümə gününə salmasın. Ancaq yəqin ki, başqa günlərə düşsə belə dindar məhbuslar bununla bağlı bir şeylər fikirləşə bilərlər, bəlkə də başqa günlərin öz xütbələri, duaları olsun.

Mən elə hesab etmirəm ki, hakimlər və prokurorlar Tale Bağırın xütbəsindən təsirlənib düz yola gələcəklər və ya haqq yoluna gəldiklərini nümayiş etdirəcəklər. Çünki bu adamlar üçün Əstəğfürüllah Allah elə İlham Əliyevdir, din də onların xidmətində olduqları sistemin qaydalarıdır, ancaq ola da bilər ki, Tale Bağırın xütbəsindən müəyyən təsirlərə məruz qalıb heç olmasa evdə Əstəğfürüllah etsinlər, başqa məhkəmə işlərində, yuxarıdan sifarişi olmayan məhkəmə işlərində vicdanla, namusla qərar çıxarsınlar.

Tale Bağırzadə isə bu hərəkəti ilə həm hakimiyyətə haqq yolundan dönməyəcəyi mesajını verdi, həm də cəmiyyətə cəsarətli olmağın vacibliyinin mesajını verdi.
Source : Islamtimes
Comment