0
Wednesday 7 August 2013 - 22:23

Silah borusunda demokratiya

Story Code : 290724
Silah borusunda demokratiya
Con Kerrinin Misirdəki olaylarla bağlı son bəyanatı ABŞ-ın bu ölkə ilə bağlı bir ay zaman fasiləsindən sonra sərgilədiyi ən açıq mövqe oldu. Ağ Ev bu bir ayda Misirlə bağlı şəffaf mövqe sərgiləməkdən çəkinirdi. Onlar sadəcə bir neçə bəyanatda Mursi və Müsəlman Qardaşlarını dildə himayə, hərbiçiləri isə ötəri tənqid etməklə kifayətlənmişdilər.
 
Hazırda elə görünür ki, ABŞ dövlət rəsmiləri pərdəarxasından çıxmaq və çevrilişçiləri açıq şəkildə dəstəkləmək qərarına gəliblər. ABŞ uzun illər boyu müxtəlif ölkələrdə baş vermiş və öz mənafeləri ilə üst-üstə düşən çevrilişləri dəstəklədiyi kimi Misirdəki çevrilişi dəstəkləməkdən də çəkinmirdi. Amma Misirlə bağlı bəzi məsələlər ABŞ üçün bir sıra problemlər yaratmışdı.
 
İlk məsələ budur ki, ABŞ son illər ərzində Yaxın Şərqdə baş vermiş hadisələrdən sonra demokratiya ilə bağlı təbliğatlara başladı və səy göstərirdi ki, özünü demokratiya müdafiəçisi və demokratik bir quruluş kimi tanıtdırsın. Bu üzdən Misirdə baş vermiş çevrilişi açıq şəkildə dəstəkləmək ABŞ-ın qeyd etdiyimiz təbliğatlarını puça çıxara və onlara baha başa gələ bilərdi.
 
Rəsmi Ağ Ev məntəqədə ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna ciddi zərbə vuran qiyamlar baş qaldırdığı zaman təlaş göstərirdi ki, özünü bu qiyamların hamisi kimi qələmə versin. Onlar bu yolla məntəqə qiyamlarını idarə etmək və öz mənafelərini qorumaq ardınca idilər.
 
Amma bu gün ABŞ-ın Misirdəki çevrilişi dəstəkləməsi onların son illərdəki səylərini puça çıxarıb və demokratiya ilə bağlı iddialarının yalan olduğunu sübuta yetirib.
 
ABŞ-ın Misir hərbiçilərini dəstəkləməsinə mane olan ikinci amil rəsmi Vaşinqtonun Müsəlman Qardaşları ilə olan rabitələri idi. ABŞ-ın Misir hərbçiləri ilə keçmişdə və hazırda xoş münasibətləri olmasına baxmayaraq, onların Müsəlman Qardaşları ilə də bu günədək ciddi problemi olmayıb. ABŞ üçün İsrail rejiminin varlığının müdafiəsi qırmızı xəttdir. Müsəlman Qardaşları ABŞ-ın bu qırmızı xəttini ayaq altına almayıb. Onlar bir illik hakimiyyətləri dövründə də uyğun mövzu ilə bağlı sədaqətlərini nümayiş etdiriblər. Müsəlman Qardaşları nəinki Mübarək dövründə Misirlə İsrail arasında olan münasibətləri qorudu hətta bəzi məqamlarda Mübarəkdən də önə keçdi. Onlar Suriya məsələsində də ABŞ-ın siyasətlərini izləyərək rəsmi Dəməşqə qarşı təxribatlara yol verdi, həmçinin şiələrə qarşı təzyiqlərə başladı. ABŞ siyasətçiləri hətta bu günün özündə Misir hərbçilərini himayə etsələr belə, elə mövqedən çıxış edirlər ki, Müsəlman Qardaşları hakimiyyətə dönsə bu təşkilatla münasibətlərinə xələl gəlməsin.
 
ABŞ-ın Misir hadisələrinə münasibətdə qərarsızlığına səbəb olan 3-cü amil daxili rəqabətdir.
 
Bildiyimiz ki, ABŞ qanunlarına əsasən qanuni hakimiyyətə qarşı hərbi çevriliş baş vermiş ölkələrə hər cür, iqtisadi, hərbi yardım qadağandır. Bu qanun ABŞ daxilindəki Obama dövləti rəqiblərinin əlində hakimiyyətə təzyiq üçün bir bəhanəyə çevrilə bilərdi. Amma dövlət partiyaları silah istehsalçılarının təzyiqi ilə üz-üzə olduğundan bu qanundan bir hiylə ilə yayındı.
 
Misir ordusunun illik hərbi təchizatının 80%-ni ABŞ təmin edir. ABŞ Kamp Devid razılaşmasını Misirin öhdəsinə qoyduğu gündən etibarən Misir dövlətinə ildə 1 milyard 300 milyon dollar yardım etməyə söz verib. Vaşinqtonun Yaxın Şərq siyasəti müəssisəsinin direktoru Robert Staluf bu barədə deyir: Misir 1 milyard 300 milyonluq yardımı bir çek vasitəsi ilə əldə etmir. ABŞ bu məbləğ dəyərində onlara hərbi təchizatlar verə, hətta uyğun yardımı dayandıra da bilər.
 
Rəsmi Vaşinqton təqribən 32 il müddətində Misirə 220 ədəd F16 qırıcısı təhvil verib. ABŞ siyasətçilərinin bildirdiyinə əsasən bu prosesdə hər hansı bir ləngimə amerikalılar üçün işsizlik probleminin meydana gəlməsinə səbəb ola bilər. ABŞ dövlətinin Misirdəki çevrilişi hər hansı bir bəhanə ilə açıq şəkildə dəstəkləməsi sübut edir ki, onlar üçün demokratiyanın müdafiəsi və hərbi çevrilişlə müxalifətçilik sadəcə təbliğat vasitəsidir. Hər zaman onların partiya və müstəmləkəçilik mənafeləri söhbət mövzusu olsa, onlar öz şüarlarını ayaq altına alır.
 
Necə ki, Respublikaçı senatorlardan olan Bob Kurker də bu mövzunu etiraf edərək deyib: “Biz hər şeydən öncə milli mənafelər barədə düşünməliyik.”
 
Ən mühüm nöqtə budur ki, Ağ Ev sakinləri həyasızlıqlarının zirvə həddinə çataraq Misirdəki hərbi çevrilişi “demokratiyanın müdafiəsi” adlandırdılar. Bu müstəmləkəçi dövlətlərin siyasətidir. Onlar həmişə öz yanlış addımlarına tam fərqli bir don geyindirərək ictimai fikiri digər yönə sövq edirlər.
Comment