QR CodeQR Code

HƏMAS İsraillə sazişə qarşı olduğunu bir daha bildirdi

13 Aug 2013 17:12

IslamTimes – Fələstin müqavimət hərəkatı HƏMAS bir daha Muxtar Respublika ilə işğalçı İsrail arasındakı danışıqlara qarşı olduğunu və bu addımın nəticəsiz qalacağını bildirib.


HƏMAS-ın birinci dərəcəli rəsmilərindən olan Mahmud əz-Zihar ötən gün Qəzzada mətbuat konfransı çərçivəsində deyib: “Biz bir daha bu səmərəsiz danışıqlarla müxalif olduğumuzu bəyan edirik və bu planı İsrailin işğalçılıq siyasəti üçün bir vasitə hesab edirik. İsrail bu hiylə ilə dünyada özünə münasibətdə müsbət fikir formalaşdırmaq istəyir. "
 
HƏMAS rəsmisi Muxtar Respublikanın rəhbəri Mahmud Abbas və onun müzakirələr üçün təyin etdiyi qrupu tənqid edərək bildirib ki, Mahmud Abbasın bu danışıqlarda Fələstin xalqının nümayəndəsi kimi çıxış etməyə haqqı yoxdur. 
 
O əlavə edib: “Biz Fələstin xalqından “sülh danışıqları” adlandırılan bu cinayətə qarşı birləşməyi istəyirik.”
 
ABŞ XİN sözçüsü xanım Cen Psaki bildirib ki, işğalçı İsraillə Fələstin arasında sülh danışıqları 14 avqust tarixində start götürəcək. 
 
Fələstin Muxtar Respublikası və İsrail rejiminin nümayəndələri ötən ay Vaşinqtonda görüş keçirib. Bu görüş son 3 ildə iki tərəf arasındakı ilk birbaşa danışıqlar olub.
 
HƏMAS isə ötən ay ABŞ-ın İsraillə danışıqlara yenidən başlamaq təklifini rədd edib.
 
Xatırladaq ki, Fələstin Muxtar Respublikası ilə İsrail rejimi arasındakı danışıqlar 2010-cu ildə İsrailin işğal olunmuş ərazilərdəki tikinti əməliyyatlarını davam etdirməsi səbəbindən ləğv edilmişdi. 
 
Muxtar Respublikanın rəhbəri Mahmud Abbas həmişə bildirirdi ki, İsrailin şəhərsalma əməliyyatları dayandırılmayacağı təqdirdə danışıqlar baş tutmayacaq. Amma sonda ABŞ-ın təzyiqləri səbəbindən o danışıqlara başlamağa razılıq verdi.
 
Fələstin xalqı müstəqil Fələstin dövləti təsis etmək ardıncadır. Bu dövlət İordan çayının Qərb sahili, Beytül-Müqəddəsin Şərq hissəsini və Qəzza zolağını əhatə etməlidir. Həmçinin Fələstin xalqı işğalçı İsrailin 1967-ci ildəki sərhədlərə geri çəkilməsini tələb edir.
 
Hazırda İsrailin işğal etdiyi Fələstin torpaqlarında şəhərsalma əməliyyatını davam etdirməsi məntəqədə sülhə nail olmaq zəminəsində böyük bir maneədir.
 
BMT və bir çox dünya ölkələri İsrailin şəhərsalma prosesini qeyri-qanuni hesab edir. Çünki İsrail rejimi bu torpaqları 1967-ci ildəki 6 günlük müharibə yolu ilə əldə edib. Həmçinin işğal olunmuş ərazilərdə yəhudi şəhərcikləri salınması Cenevrə Konvensiyasına ziddir.
 
Bütün bunlara baxmayaraq İsrail 1967-ci ilədək olan sərhədlərinə geri dönməkdən və Beytül-Müqəddəs məsələsi ilə bağlı müzakirələrdən boyun qaçırır.


Story Code: 292110

News Link :
https://www.islamtimes.org/az/article/292110/həmas-israillə-sazişə-qarşı-olduğunu-bir-daha-bildirdi

Islam Times
  https://www.islamtimes.org