QR CodeQR Code

Mövsüm Səmədovun sənədləri təqdim edildi

Islamtimes , 19 Aug 2013 14:53

İslamtimes - AİP düz yoldadır .


islamtimes.org/az/ - Bu arada yayılan xəbərlərə görə Azərbaycan İslam Partiyasının həbsdə olan sədri hacı Mövsüm Səmədov prezidentliyə namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Verilən xəbərlərə görə bu gün sənədlər MSK-ya təqdim edilib. Mən münəccim deyiləm, hacı Mövsümün də namizədliyinin qeyd alınacağını təsəvvür etmirəm, bəlkə islamçılar optimistdir, ancaq əliyev rejimini tanıyan və bələd olan adamlar yaxşı bilir ki, bu hakimiyyət hacı Mövsümün namizədliyini qeyd almaz.

Məsələ təkcə onda da deyil ki, doktor Səmədov ağır ittihamlarla həbsdədir, MSK-nın tarixində belə şeylər, xüsusilə də parlament seçkilərində az olmayıb ki, MSK təqdim olunan sənədlərdə saxtada, əsassız da olsa bir əmma tapıb, əsas məsələ bundadır ki, bu hakimiyyət Mövsümü azadlıqdan məhrum edibsə, onun prezident kimi namizədliyini rəsmi qeyd almasını qəti qəbul etməz.

Bəlkə hacı Mövsümün tərəfdarlarının sayı çox olarsa, onlar da Misirdəki kimi yüz minlərlə narazını küçə və meydanlara çıxara bilərsə o halda Mövsümün namizədliyini güman etmək olardı. Bunula belə AİP düz yoldadır, ona görə ki, belə bir iddia ortaya qoyublarsa son qədər davam etməlidirlər, bundan başqa da hal hazırda mübarizə əzmi daha çox yenə də ölkənin dindar kəsimində müşahidə olunur ki, bunu da sahibsiz buraxmaq, ruhdan salmaq olmaz.


Story Code: 294687

News Link :
https://www.islamtimes.org/az/article/294687/mövsüm-səmədovun-sənədləri-təqdim-edildi

Islam Times
  https://www.islamtimes.org