0
Sunday 25 August 2013 - 18:40

Ərdoğana çətin sual...

Story Code : 295604
Ərdoğana çətin sual...
Ərdoğana çətin sual...
AK, Misir və Suriyadakı hadisələr səbəbiylə yas elan edərək, bələdiyyələrin konsert və əyləncə proqramlarını ləğv etmələrini istədi. AKP rəhbərlərinin Əfqanıstan və İraq kimi ölkələrdə yaşanan döyüşlərdə ölənlər və təcavüz edilən qadınlar haqqında eyni həssaslığı göstərməmiş olması isə sual işarələrinə səbəb oldu. Baş nazir Tayyib Ərdoğan və AKP dünyanın bir çox yerində insanların öldürülməsinə səssiz qalarkən Misirdə göstərdiyi həssaslıq inandırıcı görünmür. Köhnə CHP millət vəkili təqaüddə olan səfir Onur Öymən Ərdoğanın Misirdə yaşananlara qarşı göstərdiyi həssaslığı belə qiymətləndirdi:

“İnsani baxımdan baxsanız dünyanın bir çox yerində bu gün günahsız ölənlər var. İraqda ayda ortalama 500 ilə 1000 adam öldürülür. Bunu göz ardı edə bilərsinizmi? Əfqanıstanda hər gün neçə adam həyatını itirir. Amerikanın etdiyi müdaxilədə İraqda 600 min insan öldü. Suriyada 100 min nəfər öldü. Amma Misirdə göstərdikləri reaksiyanı heç bir yerdə göstərmədilər. Aydındır ki, orada bir ideoloji məsələ haqqında danışılır. Əsas məsələ Müsəlman Qardaşlar Təşkilatıdır. Onların iqtidardan uzaqlaşdırılmış olmalarını heç cür qəbul edə bilmirlər. Çünki strategiyalarını Müsəlman Qardaşların bütün Orta Şərq ölkələrində iqtidar etmək üstündə qurmuşdular. Orta Şərqdə avtoritar şəriət dövlətləri olacaqdı.”

Pərişan olduq

CHP sədr müavini Gürsel Tekin də Ərdoğanın izlədiyi xarici siyasətin Türkiyəni pərişan etdiyini söylədi. Ərdoğanın Türkiyəni qlobal oyunçu iddiasıyla uçurumun kənarına gətirdiyini ifadə edən Tekin belə dedi:
“Ərdoğan heç kimə, özəlliklə Amerika ilə baş edə bilməz. Yalnız İraqda deyil, Liviyada da eyni münasibəti göstərdilər. Hakimiyyətin dəstəyiylə Orta Şərq coğrafiyasında, İraq, Liviya və müxtəlif ölkələrə baxdığımızda 3 milyona yaxın müsəlman insan həyatını itirdi. Bunlar da çox açıq dəstək nümayiş etdilər. Türk xarici siyasətində olmayan bir üsulla, canta ilə pul aparıldı oradakı müxaliflərə.”

Səs çıxarmadılar
MHP Kayseri millət vəkili Yusuf Halaçoğlu isə, ABŞ-ın İraq və Əfqanıstanda etdiyi Müsəlman qırğınına səssiz qalınmasını tənqid etdi. Halaçoğlu, “İraqda, Əfqanıstanda müsəlmanları öldürən ABŞ-dır. Niyə onlara səs çıxarmadılar?” deyə bildirdi. Halaçoğlu, Baş nazir Ərdoğanın ABŞ-a etdiyi tənqidlər səmimi isə BOP həmsədrliyindən uzaqlaşmasını elan etməsini istədi. ABŞ-ın AKP-nin müttəfiqi olduğunu ifadə edən Halaçolu, belə dedi: “ABŞ-a heç bir zaman qarşı çıxmaz. Çünki özünün dəstəkçisi və müttəfiqidir. Əməlləriylə dedikləri uymur, bu səbəblə xarici siyasət iflas etdi. Qərb həmsöhbət almır, İslam dünyası ciddi qəbul etmir. Görüşdükləri yalnız Bərzani, Saleh Müslim və körpə qatili Öcalan. Soyğunçu olan kəslərlə görüşəcək hala gəldilər.

“ABŞ-lı əsgərlər üçün duaçıyıq” demişdi
Ərdoğan İraqdakı ABŞ əsgərlərinin təcavüz və işgəncələri sürərkən, 31 Mart 2003-ci il tarixli The Wall Street Journalda nəşr olunan məqaləsində “İraqda döyüşən ABŞ-lı qəhrəman kişi və qadın əsgərlərə, ən az zərərlə ölkələrinə mümkün olan ən qısa zamanda dönmələri arzusuyla dua edirik” şəklində ifadə istifadə etmişdi. Ərdoğan, İraqda 6.5 milyon uşağın ABŞ-ın güllələriylə yetim, 2.5 milyon qadının da dul qaldığı dövrdə səsini çıxarmamışdı. İraqda əksəriyyətin qadın və uşaq olduğu 1,5 milyon nəfər qətlə yetirilmiş, 150 mindən çox qadın təcavüzə məruz qalmışdı. Əbu Qərib həbsxanada təcavüz edilən Nur adlı bir qadının məktubu da insanlıq ləyaqətinin necə ayaqlar altına alındığını dünyaya göstərmişdi. Nur məktubunda “Burada bizə hər gün təcavüz olunur. Həm onlar, həm də bizləri öldürün. Hamımızın bətnində onların bic uşaqları var. Biz ölümə razıyıq” demişdi.
Source : Islamtimes
Comment