0
Thursday 5 September 2013 - 19:00

Nə üçün Obama Suriya ilə müharibədən çəkinir?

Story Code : 299000
Nə üçün Obama Suriya ilə müharibədən çəkinir?
Həqiqət budur ki, hərbi müdaxilənin təxirə salınmasına səbəb olan əsil amil konqreslə dövlət, respublikçılarlarla demokratlar, hakim partiya ilə müxalif partiyalar arasındakı fikir ayrılığı deyil. Həmçinin Təhlükəsizlik Şurasında, Qərb ölkələri və ABŞ-la oxşar təcavüzlərdə iştirak etmiş müttəfiq ölkələr arasında hücumla bağlı yekdil rəyin olmaması, eyni zamanda İngiltərə və Fransanın ABŞ-ı bu yolda müşayiət etməməsi uyğun qərarın təxirə düşməsinə səbəb olmayıb. Digər bir həqiqət isə bundan ibarətdir ki, ABŞ Suriyada hərbi əməliyyatlar həyata keçirmək üçün yeni tədiqatlara, qaranlıq nöqtələrin aydınlaşdırılmasına ehtiyac duymur.
 
Amma bu o demək deyil ki, ABŞ Suriyaya qarşı hərbi əməliyyatlarda sadaladığımız zəminələrdə heç bir problemlə üzləşməyib və dünya ölkələri, eləcə də ölkə daxilindəki qruplar bu müharibə planını dəstəkləyir! Biz sadəcə demək istəyirik ki, sadaladığımız amillər hərbi əməliyyatların təxirə salınmasında əsas amillər deyil. Bu barədə bir neçə nöqtəyə işarə etməliyik:
 
1. Hərbi dairələr 10 sentyabr tarixini Suriyaya hərbi müdaxiləyə start veriləcək gün kimi göstərirdilər. Amma Barak Obama bir neçə gün öncəki müsahibəsində bildirdi ki, ABŞ xalqı müharibədən yorulub. O əslində bu sözü ilə ABŞ xalqının həqiqi bir müharibədə bu dövlətin hərbi-siyasi rəhbərliyinə inamı olmadığını etiraf etdi. Obama bu çıxışında bildirdi ki “Suriya ilə müharibə ABŞ üçün əxlaqi bir məsuliyyətdir və o bir dünya rəhbəri kimi bu ölkə ilə müharibəyə başlayır.” Bu sözlərdən başa düşmək olardı ki, Obama daxili müstəvidə hər hansı bir maneə ilə üzləşsə belə onu ciddiyə almayacaq.
 
2. Obama ötən həftənin çərşənbə günü dedi ki, Suriyaya hücum üçün BMT-nin razılığına ehtiyacı yoxdur. O bildirdi ki, bu hücumda Avropa ölkələrinə də arxalanmır və bir “dünya rəhbəri” kimi hücum məsuliyyətini öz üzərinə götürür. Bu sözlərdən aydın olur ki, Obama Suriyaya hücum məsələsində Avropadan dəstək ala bilməyəcəyini anlamışdı. Avropa ilə ABŞ arasında yeni müharibə ilə bağlı iki mühüm məsələ mövcuddur. İlk məsələ bu idi ki, Yaxın Şərqdə Avropanın iştirakı ilə və ya Avropasız müharibə ABŞ-ın istədiyi nəticəni verməyəcək. İkincisi, bu müharibədə nəticə əldə edilib-edilməməsindən asılı olmayaraq Avropa bu müharibədən heç nə əldə etmir və sadəcə müharibə xərclərinə şərik olur. Bu səbəbdən öncədən də məlum idi ki, Avropa bu ağlasığmaz məbləğlər sayəsində baş tutacaq müharibədə iştirak etməyə asanlıqla razılıq verməyəcək.
 
3. ABŞ-ın əməliyyat sahəsində kəşfiyyatla bağlı bir çox boşluqları var ki, onları doldurmaq asan deyil. ABŞ İranı, Hizbullahı lazımi qədər tanımır. Rəsmi Vaşinqton Suriyanın özünün göstərəcəyi reaksiyanı dəqiq ölçə bilməyib. Bununla belə ABŞ prezidenti baş komandan olaraq Suriya əleyhinə müharibə elan edir və bu müharibə üçün bir həftə və ya bir aydan az müddət nəzərdə tutur. Bu isə o deməkdir ki, ABŞ ya uyğun boşluqları doldura bilib, ya da onları əhəmiyyətsiz sayır.
 
Bu məlumatsızlıq Suriya  silahlı müxalifətinə aiddirsə və ABŞ-ın tərəddüdləri  Suriya dövlətinə qarşı yerüstü əməliyyatlar ətrafındadırsa, eyni cavabla qarşılaşır. Əgər ABŞ yaxın zamanda əməliyyatlardan danışırsa demək araşdırma mərhələsini ötüb-keçib. 
 
4. Bəzi siyasi dairələr Suriyaya hərbi müdaxilənin təxirə düşməsini Obama nümayəndələri ilə İslam Respublikası arasında danışıqların nəticəsi kimi dəyərləndirir və deyirlər ki, Oman padşahı Sultan Qabus və BMT nümayəndəsi (ABŞ-ın xarici işlər nazirinin sabiq müavini) Cefri Fletmanın Suriya və Livana səfəri zamanı Suriya ilə bağlı bir sıra danışıqlar baş tutub. Elə bu səbəbdən Suriyaya hərbi müdaxilə təxirə düşüb və ya ümumiyyətlə ləğv edilib.
 
Oman padşahı və sabiq ABŞ xarici işlər naziri müavini ilə İran rəsmiləri arasında görüşdə Suriya ilə bağlı müzakirələr aparıldığı şübhə doğurmur. Təbii ki, bu görüşlərdə ABŞ dövlətinin İranın müttəfiqlərindən olan ölkəyə hücumu barədə danışıqlar aparılmalıdır. Bu iki nümayəndənin əvəzinə hətta Asiyadan, Avropadan, Afrikadan belə siyasi rəsmi ilə görüş keçirilsəydi uyğun mövzu haqda danışılacaqdı. Amma uyğun danışıqlarda razılıq əldə edilməsi şişirdilmiş xəbərdir. Çünki qərarlaşdırılmış bir hücumu təxirə sala biləcək razılaşma İranın ABŞ-ın Əsədə qarşı planlarının bir qismində iştirakı deyil. Öncədən də məlum olduğu kimi ABŞ Suriyaya hücumla Əsədi tənbih etmək və ya silahlılara taktiki kömək ardınca deyil. Bütün etibarını hərbi yolla toplamış super güclərdən biri olan ölkənin bu cür müqəddimələrlə hazırladığı hücum yalnız Əsədin tamami ilə aşırılmasına zəminə yaratmaq üçün həyata keçirilə bilər. 
 
Bu şəraitdə İran və ABŞ arasında Suriya probleminin bir qisminin həll edilməsi ilə bağlı müzakirələr mənasızdır. İranın strateji müttəfiqi olan bir ölkədən də əlini üzəcəyi tamamilə yanlış bir fikirdir. Çünki İran Suriyanın ABŞ kimi tamahkar bir ölkə tərəfindən işğal olunmasına izn verərsə, bu ölkəyə nəzarətin İsrailin əlinə keçməsinə izn vermiş olacaq. Bu səbəbdən İran uyğun hadisənin baş verməməsi üçün bütün qeyri-hərbi və hərbi vasitələrə əl atacaq. Beləliklə əgər Sultan Qabus və ABŞ xarici işlər nazirinin sabiq müavini Cefri Fletmanın ABŞ tərəfindən və xüsusi bir mesajla İran nümayəndələri ilə görüşdüyünü qəbul etsək deyə bilərik ki, İran tərəfi tam qətiyyətlə Suriya dövlətini dəstəkləyəcəyini bildirib.
 
5. Şəksiz İran yaxşı bilir ki, ABŞ qarşısında geri çəkiləcəyi təqdirdə ABŞ və İsrail təkcə Suriyaya deyil, həmçinin Fələstin, Livan, İraq, bir sözlə məntəqəyə nəzarəti ələ keçirə bilər. Bu səbəbdən onların qarşısında qətiyyətlə dayanıb.
 
Mövcud dəlillər göstərir ki, amerikalılar son həftələrdə bu qərara gəlmişdilər ki, Suriya dövlətini aşırmaq üçün əllərində çox az zaman qalıb. Bu bir neçə gündə Suriyaya daxil olmazlarsa, oranı birdəfəlik itirmiş olacaqlar. Bütün Qərb dünyası, əksər qeyri-ərəb (Türkiyə, İsrail) və ərəb ölkələrinin səylərinə baxmayaraq Müqavimət Suriyada qələbə çalarsa Yaxın Şərqin digər məntəqələrində də böyük nailiyyətlər əldə edəcək və yeni inqilab dalğası baş qaldıracaq. Avropa Akademiyaları da uyğun inqilablar barədə söz açaraq qeyd edib ki, böyük ehtimalla bu inqilablar 2014-cü, 2015-ci illərdə baş verəcək. Bununla Fars körfəzinin cənubundakı asılı ölkələr Afrikanın amerikayönlü kiçik rejimlərini sıradan çıxaracaq.
 
Elə görünür ki, İsrail Obamanı inandırmağa çalışır ki, İran müharibəyə qarışmaq niyyətində deyil, onların görəcəyi son iş verdiklərlə cavablarla ABŞ-ı təhdid etməkdir və nəhayət həqiqət qarşısında təslim olacaqlar və Suriyadakı müttəfiqləri olan dövlətin süqutunu qəbul edəcəklər. Onlar bu düşüncə ilə işə başladılar və əminliklə müharibədən söz açdılar. Amma 13 gün öncədən 4 gün bundan əvvələdək amerikalılar müharibənin çətinliyindən, daha çox düşünməyin lazım olduğundan və dünyanı bu müharibəyə hazırlamaqdan söz açdılar. Bu müddət ərzində ABŞ müttəfiqləri bir-bir Obamanın müharibə siyasətindən uzaqlaşdı. ABŞ artıq başa düşüb ki, müharibəyə başlayacağı təqdirdə təkcə Suriya deyil bütün müqavimət cəbhəsinin reaksiyası ilə üzləşəcək və artıq bundan sonra uyğun müharibənin bitəcəyi tarix haqda söz açmaqdan belə danışmağa dəyməz. ABŞ çox gözəl bilir ki, 1980-cı il və bu tarixdən öncəki müharibələrdən fərqli olaraq bu gün hava hücumları ilə hansısa müharibəni sonuclandırmaq mümkün deyil.
 
ABŞ sionist rejimin 33 və 22 günlük müharibələrdəki təcrübəsini müşahidə edib. Bu hücumlarda sionist rejim hava qüvvələri bütün gücü ilə meydana atıldı və bütün nəzərdə tutulmuş nöqtələri bombaladı. Amma əməldə onlar Hizbullah, Livan və Qəzzadakı cihad qruplarına heç bir ciddi zərbə vura bilmədi. Ziddi müqavimətlə üzləşən sionist rejim sonda məğlubiyyəti qəbul etdi və hücumları dayandırdı.
 
Amerikalılar Müqavimət cəbhəsinin qarşılıqlı fəaliyətlərini müşahidə etdikdən sonra anladılar ki, inqilab keşikçiləri korpusunun komandanı da bildirdiyi kimi, hücum həyata keçirilərsə, bütün məntəqə müharibə, işğalçılarla müqabilə meydanına çevriləcək. Bu meydan Hindistanın qərb sərhədlərindən Aralıq dənizinin cənub sərhədlərinədək uzanacaq. Onlar çox gözəl başa düşür ki, Əsədin süqutundan daha azına razılaşsalar Müqavimət qarşısında məğlub olmuş hesab ediləcəklər. Yox, əgər Əsəd hökumətini aşırmaq istəsələr dəniz qüvvələrindən, hava qüvvələrindən və quru qoşunlardan istifadə etməlidirlər. Onlar belə olan təqdirdə də daha hazırlıqlı desantlar, paraşütçülər və quru qoşunlarla üzləşəcək. Şübhəsiz hər bir işğalçı Suriyadakı qarışıqlığa daxil olmazdan öncə öz tabutunu hazırlamalıdır. Obama və ABŞ-ın müvəqqəti olsa belə geri çəkilməsinə səbəb olan əsil səbəblər bunlardır. Amma ABŞ-ın şər ruhiyyəsini və Obamanın canlarını əllərinə alaraq meydana girmiş müqavimət cəbhəsindən olan fədailərdən aldığı yaralarını nəzərə alsaq deyə bilərik ki, Obama özünü doğrultmaq üçün olsa belə bəzi nöqtələrə hücum həyata keçirə bilər. Bundan sonra isə o nəzərdə tutduğu hücumun Əsəd rejiminin süqutu məqsədi ilə yox, uyğun nöqtələrin vurulması məqsədi ilə başladıldığını iddia edəcək. Amma Müqavimət cəbhəsi bunun üçün də qarşılıqlı cavablar hazırlayıb.
Comment