0
Tuesday 24 September 2013 - 00:58

Özü qazdığı quyuya düşmək AKP üsuludur

Story Code : 304771
Özü qazdığı quyuya düşmək AKP üsuludur
Özü qazdığı quyuya düşmək AKP üsuludur
Özü qazdığı çuxura özü düşdü
Suriyada hökumət qüvvələrinin müharibəni lehlərinə çevirdikləri gündən bəri qarşı tərəf qıvrılırdı.
Terror hərəkətləri müxalifətin əsas hərəkət forması halına gəlmişdi. Yaz aylarında Lazkiye kəndlərinə təşkil edilən hücum artıq silahlı mübarizənin əraziləri tutmaq hədəfindən tamamilə qopması demək idi. Çünki radikal sələfi cinayət dəstələrinin bu bölgədə tikiş tutturma ehtimalı yox idi. Bu bölgəni həzm etmək imkanı da yox idi. Başından bəri Suriyanın daxili dinamiklərini yaxşı bilənlərin təkrarladığı bir məsələ var: Suriyanın Xristianları ölümü yaxın hiss etdiklərində köç etməyi düşünə bilərlər. Ancaq Ələvilər bir yerə gedə bilməzlər! Elə ona görə də alçaqların şüarlarından biri "Xristianlar Livana, Ələvilər məzara" olmuşdu.

Səlfi dəstələri əraziləri itirməklə qalmır, strategiyadan məhrum, macəraçı bir görünüş verməyə başlamışlar. Bu gün Qərb "Əl-Qaidə"nin şikayət edir. Əslində, Şam yenilməyincə ən döyüşkən ünsür olaraq ən radikalların önə çıxması qaçınılmaz hala gəlmişdi və Qərb buna göz yumurdu. Ankara isə göz yummaqla qalmadı; varını yoxunu bunlara yatırtdı. Yəni, şikayət etməyə ixtiyarları yox idi.

Kimyəvi silah təxribatı da bu çərçivədə izah edilməlidir. Ordunun müxalifəti Türkiyə sərhədinə qədər sıxışdırması, Hələbdən müxalifləri söküb atacağının başa düşülməsi, Rojavada isə kürd hərəkatının öz əhatəsini qoruması qarşısında sahədəki ağılsızlar macaraçılıqdan kənara çıxa bilmədi. Təpədəki "ağıllılar" isə çıxış yolunu kimyəvi silah hekayəsində tapdılar.

Mən imperializmin Suriyaya bitirici olmasa belə müxalifəti əzilməkdən qurtaracaq bir zərbə vurmağı tasarladığını düşünürəm. Bu layihə isə bir müddət təxirə salındı. Buna səbəb Suriyada hökumətin və xalqın müqaviməti, imperializmin ictimaiyyəti döyüşə razı edə bilməməsi, Rusiya və İranın əvvəlki örnəklərdəki kimi səssiz qal(a)mayacaqları gerçəyi idi. Geriyə Ankara ilə Təl-Əvivin müharibə canfəşanlıqları qalırdı.

Kimyəvi silah təxribatında bu iki ölkənin xüsusi olaraq məcburedici rol oynamış olmaları nəzəri olaraq mümkündür. İki ölkəni "dövlət ağılı" baxımından müqayisə etsək, yenə nəzəri olaraq pisliyə ən çox bulaşan AKP olduğu görünər.

Təxribatın başında duraraq Suriya xalqına tələ qurduğunu sanan AKP-nin başı bəlaya girdi. Sanılmasın ki, bu Rusiyanın sayəsindədir. Sanılmasın ki, imperialistlər bizimkilərin ipini çəkir.
"Zibilliyi" ortaya çıxartmaqda sosialist mətbuat qabaqcıl rolu boynuna götürdü. Sayları "bir neçə" deyə ifadə edilə biləcək jurnalist yoldaşlarımız israrla böyük iş gördülər. Ortaya çıxartdıqları həqiqət qarşısında ana axın medianın səssizliyi işə yaramayacaq, senzura da avtomatik-senzura da bir işə yaramayacaq . İndidən AKP məsulları özlərini cavab vermək məcburiyyətində olduqlarını hiss etməyə başladılar belə.

Suriya xalqına qarşı işlənən müharibə cinayətləri, bəzi cinayət ittihamnamələrinə mövzu olmuşdu daha əvvəl. O hüquqşünas yoldaşlarımızın cəhdləri tək-tək nəticə verməsə belə, müharibəyə qarşı müqavimətin adsız "quruluş daşları" arasında yerlərini almışlar. Bəzi millət vəkilləri oxşar nümunələri məclisin gündəliyinə saldılar.

Əksəriyyəti sosialist - amma başqa cinahlardan da gələn - ziyalılar panellərdə, forumlarda, mitinqlərdə bu pisliyi gündəmə gətirdilər. "Barış Dərnəyi" bu cür yığıncaqların bir qisiminə ev sahibliyi etdi , mövzunu beynəlxalq sahəyə daşımağa dönük addımlar atdı ...
Son günlərə qədər bütün bu səylər cəmiyyət nəzdində tezis, təxmin və ya iddia mərhələsinə aid olaraq qalırdı. İndi işdə o mərhələ də keçilir.

AKP üçün öz əlləriylə qazdığı quyuya özü düşmək artıq bir adət halına gəlmişdir. Büdçədən gizli və ya açıq xərçləyərək varını-yoxunu müharibəyə yatırdan bu iqtidarın sonunu gətirən təsiredici amillərdən biri də heç şübhəsiz müharibə çirkinlikləridir. Bu aydın oldu artıq.

Ərdoğan və Davudoğlunun acı şəkildə anlayacaqları gerçək çox sadədir: Dünya üzərində bu ölçüdə ağır cinayətləri açıq-aşkar işləməyə, hətta günahı təyin etməkdə səlahiyyətli olanların adı imperializmidir! AKP isə ən çox "aktiv əlaltı"dır. Və əvvəl bu əlaaltıların dəftəri açılır.
Aydemir Güler
Source : Islamtimes,SOl
Comment