0
Friday 4 October 2013 - 12:47

Köhnə viza oyunu

Story Code : 308056
Köhnə viza oyunu
Köhnə viza oyunu
Azərbaycan Milli Onkologiya Mərkəzi və İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq müqaviləsinin imzalanması haqqında məlumatlar, cəmiyyətimizə bu müqavilənin, həm mərkəzin müayinə və müalicə işinin daha uğurlu qurulması, həkim personalın təcrübə və biliklərinin artırılması və müasir texnologiya imkanlarının mükəmməlləşdirilməsi kimi təqdim edilir. Bəlkə də, burda həqiqət var, sadəcə olaraq bu hakimiyyət səhiyyənin inkişafı, müasir avadanlıqların alınması, səhiyyə obyektlərinin açılması ilə bağlı o qədər yalan hekayələr söyləyib ki, bundan sonra danışdıqlarını real həyada gözümüzlə görməsək, bunların sözləri ilə gələcəkdə nəyin olacağına inanmaq mümkün deyil. Ancaq bu günkü bəhsimiz səhiyyədən deyil, sadəcə səhiyyə bu mövzunu gündəmə gətirib.

Bu müqavilə imzalanan zaman İsrailin Azərbaycandakı səfiridə həmin mərasimdə iştirak edib və Gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənildiyini bəyan edib.

Əslində diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə viza almasında elə bir problem yoxdur, məsələn, Avropa ilə müqayisədə bu cür pasportu olan vətəndaşlarımız İsrailə daha asan viza əldə edir. Ona görə İsrail səfirinin bu bəyanatında rezonans doğuracaq bir məsələ yoxdur. Ancaq səfir gələcəkdə iki ölkə vətəndaşlarının gediş gəlişinin vizasız da mümkün ola biləcəyi ehtimalını səsləndirib.

İsrail səfirinin bu bəyanatına rəğmən “Atlas” Araşdırmalar Mərkəzi analitik açıqlama çıxış edib. Mərkəzin qənaətincə bu zamana qədər Türkiyə və İran Azərbaycana vətəndaşların vizasız gediş gəlişini şərtləndirən təkliflə çıxış edib, ancaq Azərbaycan hakimiyyəti hər iki ölkəyə ancaq ayrı ayrı bəhanələrlə rədd cavabı verib, bununla belə Azərbayacan vətəndaşları üçün həm Türkiyəyə həm də İrana gediş gəlişi birtərəfli qaydada ləğv edilib.

İndi belə bir təklifi İsrail edirsə Azərbayacanın cavabı nə olacaq? Ancaq məsələ burasındadır ki, İsrail səfiri vətəndaşların vizasız gediş gəlişini təklif kimi deyil, gələcəkdə bir ehtimal kimi qeyd edib. Yəni, İran və Türkiyə ilə müqayisədə İsrail tərəfindən ortalıqda hələ heç bir təklif yoxdur.

Hazırkı vəziyyət İsraili tam qane edir. İsrailə müalicə olunmaq üçün gedən Azərbaycanlıların demək olar hamısı zəngin, diplomatik və xidməti pasportu olan vətəndaşlarıdır, bundan başqa zəngin və İsrailə müalicə üçün üz tutan azərbaycanlılar üçün İsrail klinikaları viza problemini də həll edir. “Atlas” araşdırmalar mərkəzi isə mövzuya ayrı don geyindirməyə çalışıb.

Mərkəz bildirir ki, İsrail belə bir təkliflə çıxış etsə guya Azərbaycan dilenmma qarşısında qala bilər, çünki İran Azərbaycana İsraillə vizasız gediş gəlişi mümkün edən sənədə imza atmasına qısqancılıqla yanaşacaq və bu müqaviləyə qarşı çıxaraq hakimiyyətə İsrail tərəfinə rədd cavab verməyə sövq edəcək. Buna baxmayaraq mərkəz, Azərbaycanla İsrail arasında hərbi sənaye sahəsindəki strateji əməkdaşlığı və İsrailin neft tələbatının 40 faizini Ceyhan limanından aldığını nəzərə alaraq, Azərbaycan hakimiyyətinə İranın “təhdid”lərini qulaq ardına vurmağı tövsiyyə edir, sionist ölkəsi ilə əməkdaşlığı inkişaf etdirməyə çağırır.

Sözsüz ki, yaxın 10 il ərzində İsraillə Azərbaycan arasında vətandaşların vizasız gediş gəlişini mümükün edən müqavilə İsrail tərəfindən təklif olunmayacaq, lap olunsa da Azərbaycan hakimiyyəti İranı bəhanə gətirib bunu imzalamayacaq, ancaq bu müqaviləndən imtina etməsini İrana minnət kimi təqdim edib İslam Respublikasından özü üçün çox imtiyaz tələb edəcək. “Atlas” araşdırmalar mərkəzinin məlum bəyanatı isə hakimiyyətin yaxın gələcəkdə bu mövzu ilə manipulyasia edəcəyinə işarədir.
Source : Islamtimes
Comment