0
Wednesday 14 July 2010 - 12:35

Burqa qadağanına 1 milyon avro cavabı

Story Code : 31016
Burqa qadağanına 1 milyon avro cavabı
Burqa qadağanına 1 milyon avro cavabı
O, satışdan qazandığı pulu müsəlman qadınlara verəcək ki, burqa geyindiklərinə görə, onlara qoyulan cəriməni ödəyə bilsinlər.
Cəriməni isə Fransa parlamentinin aşağı palatasının səsverməyə çıxartdığı qanun müəyyən edir.
Səsvermədən asanlıqla keçəcəyi gözlənən qanun üzü örtən niqabı və bütün bədəni örtən burqanı qadağan edir.
Qadağanı pozan qadını 150 avro məbləğində cərimə gözləyir. Öz həyat yoldaşını burqa geyinməyə məcbur edən kişilər isə 30 min avro məbləğində cərimə olunacaq.
Qadağanı pozanların Fransa vətəndaşının bütün imtiyazlarından məhrum ediləcəyi də nəzərdə tutulur.
Fransa prezidenti Nikola Sarkozinin də dəstəklədiyi qanunun böyük siyasi dayağı var. Hətta bunun səsverməyə milli bayram – Bastiliya həbsxanasının alındığı günün ərəfəsində çıxarılması da təsadüfi deyil.
Qadağanın əleyhinə olanlar isə Avropa İnsan Haqları Bəyannaməsinin pozulduğunu bildirirlər.
Bütün dünyada diqqətlə izlənən bu mübahisəyə marağı nəzərə alan «Pew» Sorğu Mərkəzi müxtəlif ölkələrdə sorğu keçirib. Fransada cəmi 1900 qadının burqa geyindiyi məlumdur. Fransada rəyi soruşulan hər 10 adamdan 8-i deyib ki, qadağan düzgündür.
Hər 100 adamdan yalnız 17-si qadağanın əleyhinədir.
Almanların 71 faizi, britaniyalıların 62 faizi, ispanların 59 faizi deyiblər ki, onların ölkəsində belə qanun səsverməyə çıxarılsaydı, onlar lehinə olardılar.
Sorğu keçirilən bu bir neçə ölkə arasında yalnız Amerikada əksəriyyət qadağanın əleyhinə çıxıb. 66 faiz deyib ki, qadağan düzgün deyil.
Fransada cəmi 1900 qadının burqa geyindiyi məlumdur. Bu, daxili işlər nazirliyinin məlumatıdır.
Fransada parlamentin aşağı palatasından başqa yuxarı palata olan Senat da var. Bundan başqa Konstitusiya məhkəməsi var.
Fransanın Xarici İşlər Nazirliyinin məsləhətçisi, islam üzrə ekspert olan Olivye Roy AzadlıqRadiosuna deyir:
«Konstitusiya məhkəməsi burqanın tam qadağan olunmasının əleyhinədir. Əsas məsələ burqadan istifadəni məhdudlaşdırmaqdır. Ola bilsin sonda qismən qadağanın üstündə dayanalar. Burqa məktəblərdə, hava limanlarında , inzibati binaların içində qadağan olunacaq. Yəni elə yerlərdə ki, orda təhlükəsizlik birincidir».
/AzadR/
Comment