0
Thursday 17 October 2013 - 22:36

ABŞ-la münasibətlər gərginləşir

Story Code : 311883
ABŞ-la münasibətlər gərginləşir
ABŞ-la münasibətlər gərginləşir
Ola bilər oxucularımız və ya kimlərsə, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkisinin arxada qalmasını düşünüb seçki mövzusunun Azərbaycanda qapandığı qənaətinə gəlsin. Ancaq vəziyyət belə deyil, əvəllər də seçkidən sonra müxalifət xeyli çarpışır, səslərin qorunması uğrunda mübarizə nümayiş etidirib, nəticədə isə heç nə əldə edə bilməyib, bu dəfə müxalifəti özündə birləşdirən Milli Şura həmin bu mübarizəni aparır, ancaq əvvəlki seçkidən fərqli olan ciddi amil odur ki, 2013-cü il prezident seçkilərinin nəticələri ilə bağlı müxalifətin iddialarını ATƏT-in uzunmüddətli missiyası və ən əsası ABŞ Dövlət Departamenti az qala dəstəkləyir.

Bax bu iki amil vəziyyəti xeyli dəyişdirir, vəziyyətin də əvvəlki illərdən fərqli olduğu səbəbindən Milli Şuranın apardığı mübarizə səyləri mətbuatın gündəmində bir nömrəli məsələdir və ya məsələlər sırasındadır. Nə baş verib?

Seçki həmişəki kimi saxtlaşadırılıb, seçkinin saxtalaşdırılması Azərbaycanda ilk hal deyil, seçkinin nəticələrinə ABŞ-ın indiki qədər göz yummaması isə ilk haldır. Bax, bu amil həm müxalifət qüvvələrini, həm ekspertləri həm də elə cəmiyyətin özünü ciddi şəkildə düşündürməyə başlayıb.

İlham Əliyevi dünyanın dörd bir yanından dövlət rəhbərləri təbrik göndərib, ancaq ABŞ-la bu vaxta qədər yaxın olan prezident Əliyev hələ də Barak Obamadan təbrik məktubu almayıb. Ola bilər amerikalılar bir müddət sonra mövqelərini dəyişəcək, seçkinin nəticəsini tanıyacaq, İlham Əliyevi təbrik edəcək, ancaq hələ ki, bunu etmədikləri üçün Azərbaycan cəmiyyətində əməlli başlı gözlənti var.

Hansı siyasətçini, eksperti, jurnalisti dindirirsən, ABŞ-ın seçkinin nəticəsi ilə bağlı mövqeyini əsas gətirib “hələ hər şey bitməyib” ifadəsini işlədir. Ola da bilər ABŞ elə bu cür də İlham Əliyevlə işləməyə davam etsin. Ancaq Azərbaycan hakimiyyəti də ABŞ-ın bu cür mövqeyindən narahat olmamış deyil və bunu açıq aşkar görmək olur. Ya da ən azı Azərbaycan hakimiyyəti narahatlıq görüntüsü yaradır ki, bu da əliyev rejiminə xas olmayan xüsusiyyətdir.

Oktyabrın 15-də Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev mətbuata verdiyi açıqlama iddia edib ki, ABŞ müxalifətə 25 faiz, İlham Əliyevə isə 70-75 faiz səs verilməsini təklif etmişdi. Bu açıqlama kosmik sürətlə bütün KİV-ni bürüdü və elə həmin vaxtdan Admnistrasiya rəhəbrinin verdiyi bu açıqlama gündəmə gəldi və müzakirə olunmaqdadır. Belə bir açıqlamanı hansısa bir deputat və ya oyuncaq namizəd versəydi buna elə də əhəmiyyət verən olmazdı, ancaq söhbət Ramiz Mehdiyevdən getdiyi üçün aləm bir birinə dəydi.

Ardınca ABŞ səfirliyi Ramiz Mehdiyevin verdiyi açıqlamanın yalan olduğunu bəyan etdi bundan sonra vəziyyət bir qədər də gərginləşdi. Hətta Morninqstar Ramiz Mehdiyevə belə bir tövsiyyə veribsə hakimiyyət bu cür bir açıqlamanı verməklə ABŞ çox çətin durumda buraxdı, burda məsələ heç ABŞ Azərbaycan məsələsi də deyil, burda söhbət daha çox Obama admnistrasiyasının xalqı qarşısındakı məsuliyyətindən gedir.

Əlbəttə ABŞ dünyada təcavüzkar kimi tanınan, müsəlmanlara qarşı müharibə ilə gözə girən ölkədir, ancaq bu cür əməllərinə xalqı qarşısında antiterror bəhanəsini gətirirsə Azərbaycana qarşı bu bəhanəni istifadə edə bilməyəcək, ona görə də çətin duruma düşəcəyindən Ramiz Mehdiyevin açıqlamasını təkzib etdi.

Bu gün isə Azərbaycan hakimiyyəti bu məsələyə bir daha qayıdaraq Prezident Administrasiyanın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanlının dili ilə bəyan edir ki, Ramiz Mehdiyev həqiqəti deyib və bunu inkar etmək olmaz.

Bu azmış kimi Azərbaycan müdafiə naziri Səfər Əbiyevin ABŞ səfiri Morninqstarla görüşü zamanı seçki nəticəsi ilə bağlı Admnistrasiya rəhbərliyinin səsləndirdiyi fikirlərin həqiqiliyini nazirliyin mətbuat xidməti bir daha vurğulayır və üstəlik bir qədər də irəli gedərək bəyan edir ki, lazım gələrsə Morninqstarın fikirlərinin audio yazısını ictimaiyyətə təqdim edə bilər. Belə olduğu halda demək olar ki, bundan sonra Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlərin yenidən inkişafı üçün yəqin bəzi iri çaplı məmurların vəzifədən getməsi ilə şərtlənə bilər.
Source : Islamtimes
Comment