0
Monday 28 October 2013 - 20:04

Sosial şəbəkələrdə Azərbaycan xalqını pozmaq cəhdi

Story Code : 315187
Sosial şəbəkələrdə Azərbaycan xalqını pozmaq cəhdi
Sosial şəbəkələrdə Azərbaycan xalqını pozmaq cəhdi
Məlum olduğu kimi son bir neçə il ərzində bütün dünyada sosial şəbəkələrə olan maraq getdikcə artmaqdadır. Günü-gündən sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır.

İnsanlar canlı şəkildə ünsiyyət qurmaqdansa virtual şəkildə biri biri ilə əlaqə yaratmağa üstünlük verirlər. Artıq insanlar gündəlik xəbər və məlumatları televiziya, radio, qəzet və müxtəlif internet saytlarının vasitəsilə yox, məhz sadəcə sosial şəbəkələrə daxil olaraq həm digər insanlar ilə ünsiyyət qururlar, həm də bütün dünyadan məlumat alırlar. Məhz bu səbəbdən də insanların müəyyən bir qismi sosial şəbəkələrdən tanışlıq məqsədi ilə, digər bir qismi isə öz fikir və ideyalarını digər insanlara çatıdrmaq üçün istifadə edirlər.

Azərbaycanda da son bir neçə il ərzində sosial şəbəkələrdən geniş şəkildə istifadə etməyə başlayıblar. Siyasi partiyalar, ictimai birliklər və müxtəlif qrumlar bu vasitələrdən istifadə edərək öz fikir və ideyalarını yayır və təbliğ edirlər. Ancaq son zamanlar sosial şəbəkələrdə sanki istifadəçiləri əxlaqsızlığa sürükləmək, mənəviyyatlarını pozmaq üçün xüsusi təbliğat kompaniyasına start veriblər.
Sosial şəbəkələrdən fəal istifadə
edən oxucularımız əminəm ki, mənim bu sözlərimi təsdiq edərlər. Nəzərə alsaq ki, sosial şəbəkələrdən istifadə edənlərin əksəriyyəti gənclərdir, bu zaman məsələnin nə qədər mühüm olduğu ortaya çıxır. Çünki məhz gənclər bizim gələcəyimizdir. Gələcəyimizi pozmaq istəyirlər. Azərbaycan xalqının qeyrətini, namusunu əlindən almaq istəyirlər. Çünki bilirlər ki, bir xalqın namus və qeyrəti olmazsa, bu zaman həmin xalqı istədiyin kimi idarə edə bilərsən və istədiyin hər bir şeyi onun əlindən çox asanlıqla ala bilərsən. Sosial şəbəkələrdə bu çirkin təbliğatı əsasən bir sıra internet xəbər saytları həyata keçirirlər. Porno şəkillər paylaşmaqla və özlərindən uydurduqları guya ataları, qardaşları tərəfindən təcavüzə məruz qalan qız və qadınların hekayələrini yayaraq əslində insanları, məxsusən də gəncləri əxlaqsızlığa, pozğunçuluğa təhrik edirlər. Hələ yetginlik yaşına yenicə çatmış gənc də bu cür məlumatları oxumaqla və şəkilləri görməklə pis fikirlərə təhrik olunur və nəticədə bır sıra əxlaqsız və pozğun işlərin ardınca getməyə başlayır və beləliklə gəncləri yoldan çıxartmış olurlar.

Bəli, Azərbaycan xalqının düşmənlərinin Azərbaycan gəncliyini pozmaq cəhdləri nəticə verir.
Azəbraycan gəncliyinə bir az qıraqdan nəzər saldıqda bunu çox rahat şəkildə görmək olur. Gənc qızların biabırçı geyimləri, evli qadınların ərlərinə xəyanəti və evli kişilərin də öz qadınlarına xəyanəti, gənc oğlan və qızların dost adı altında sevgi macəraları yaşaması bütün bu deyilənlərə sübutdur.

Statistik göstəricilərə əsasən dünyada hər 3 boşanmanın səbəbi sosial şəbəkələr olur, sosial şəbəkələrin çoxluğu və sərhədsizliyi çoxlarında arzu və ehtiras əmələ gətirir, şəbəkədə tanışlığın nəticəsində xəyanətlərin sayı artıb.

Hər il şəbəkədə alınan mesajların nəticəsində 100-lərlə insanlar intihar edir. Çox təəssüf ki, intihar edənlərin sayı günü- gündən artmağa davam edir.

Bu səbəbdən də gərək ilk növbədə valideynlər diqqətli olalar. Övladlarının vaxtını necə və nə ilə keçirdiyi haqqında maraqlana və nəzarətdə saxlayalar.

Gəncliyimizin qeydinə qalmaq lazımdır. Düşmənlərə imkan vermək olmaz ki, bu təbliğatdan istifadə edərək gənclərimizi pozsun. Hər bir imkanı olan şəxs gəncləri mənəviyyat və dini göstərişlər haqqında düzgün şəkildə maarifləndirməlidir. Əgər bugün biz gəncliyimizin qeydinə qalmasaq, deməli gələcəyimiz təhlükə altında olacaq.
Source : Islamtimes
Comment