0
Saturday 2 November 2013 - 21:42

ABŞ nağd imtiyaza nisyə də vəd vermir!

Story Code : 316973
ABŞ nağd imtiyaza nisyə də vəd vermir!
Keyhan qəzeti “Nağd imtiyaz verdik, nisyə vəd aldıq” yazısı ilə yaxın günlərdə Ağ Evin mövqeyinə münasibət bildirib. Bunun ardınca qəzet müzakirələrin müxalifi kimi xaricdə və daxildə ciddi ittihamlarla üzləşib. Bu proqnozdan bir ay sonra Amerikanın sərgilədiyi siyasət onun sədaqətini şübhə altına almaq üçün kifayət edir. Aydın olur ki, Vaşinqton hətta nisyə vəddən də çəkinir. İran və 5+1-in Nyu-Yorkdan Cenevrəyə qədər keçirdiyi müzakirə dövrü 11 noyabrda Tehranda davam etməlidir. ABŞ dövləti və Konqres eyni məqsədlə ikili oyun aparır. Söhbət yeni sanksiyalardan gedir. Bir tərəfdən Ağ Ev Konqresdən sanksiyaların təxirə salınmasını istəyir, digər tərəfdən Konqres yeni sanksiyalardan söz açır. ABŞ xarici işlər nazirinin müavini Vendi Şerman senatorlarla bu mövzuda müzakirə aparıb. Senator Robert Menendesin, “sanksiyaların təxiri bizə nə vəd edir” sualına xanım Vendi Şerman cavab verib ki, biz də sanksiyaların tezliklə aradan qaldırılmasını istəmirik. Aydın görünür ki, Amerika tərəfi müzakirələrdə etibarlı tərəf deyil. Xanım Şermen əlavə edib ki, İran tərəfinin etimadını qazanmaqda məqsəd onun hazırkı mövqeyini zəiflətməkdir. 
 
ABŞ dövləti və Konqres bir zərgər müharibəsi aparır. Onlar açıq şəkildə müzakirələrə gedir və elan edirlər ki, məqsəd imtiyazlar müqabilində imtiyaz almaqdır. Əslində isə Ağ Ev İrana heç bir imtiyaz vermir. İrandan nağd imtiyaz istənilir, bunun müqabilində yeni sanksiyaların təxirə salınması vəd olunur. Yəni mövcud olan bir şeyi imtiyaz istəyirlər və mövcud olmayan bir şeyi vəd edirlər. İran mövcud sanksiyaların ləğvini gözləyir. Ağ Ev isə gələcəkdə qəbul olunası sanksiyaların təxirindən danışır. Zahirdə ABŞ dövləti ilə Konqres arasında bir fikir ayrılığı var. Amerikalılar Qərb mətbuatının köməyi ilə belə bir fikir yaratmağa çalışır ki, İrana nə isə ciddi bir şey vəd olunur. Əslində isə heç bir ciddi imtiyaz nəzərdə tutulmur. Qərb mətbuatında belə bir xəbər yayıldı ki, müzakirələrdə uranın zənginləşdirilməsi əsas mövzulardandır. Digər tərəfdən MAQATE ilə müzakirələr önə çəkilir, Parçin hərbi mərkəzinin təftişindən danışılır. Amma məlum deyil ki, bütün bunlar qarşısında Qərbin verdiyi imtiyaz nədir. ABŞ və Qərbin hiyləgər siyasətini anlamaq üçün Associated Press-ə ötəri nəzər salmaq bəs edir. Agentlik yazır ki, Ağ Ev İsrailin güclü AIPAC lobbisini İranla müzakirələr barədə məlumatlandırıb. Reuters də belə bir məlumat yayıb ki, ABŞ Senatının xarici əlaqələr komitəsinin rəisi Robert Menendes İrana qarşı yeni neft sanksiyaları barədə bəyanat verib. Bu barədə İsrail-ABŞ əlaqələri komitəsinin iclasında söhbət gedib. Nəzərdə tutulan İran neft ixracını 500 min barrelə endirməkdir. 
 
Amerikanın Hufington Post qəzeti Menendesin təklifinə işarə ilə yazır ki, bu ssenari AIPAC ilə görüşdə müzakirə olunub. İsraildə ABŞ Konqresinə isti bir münasibət var. Ağ Evin enerji üzrə məsləhətçisi Bob Maknali deyir ki, Corc Buşun dövründə Konqresdə İsrailə eşqdən güclü yeganə şey növbəti hərbi müdaxiləyə nifrət olub. Konqres ehtiyatlanır ki, sanksiyaların gücləndirilməsi yeni qarşıdurmalara gətirib çıxara bilər. 
 
ABŞ xarici işlər nazirinin sözçüsünün bəyanatlarından da aydın görünür ki, Ağ Ev İrana qarşı sanksiyaları aradan qaldırmaq fikrində deyil. Israel National News bildirir ki, Con Psaki sanksiyaların ləğv olunmayacağını söyləyib. O əlavə edib ki, danışıqlarda irəliləyişin olması əhəmiyyətlidir və biz buna çalışırıq.
 
Bir vaxt belə düşünmək olardı ki, Ağ Ev İrandan imtiyaz almaq üçün yalan vədlər verəcək. Amma şahid oluruq ki, Vaşinqton yalan vəd verməkdən də çəkinir. Con Kerrinin Netanyahu ilə 7 saatlıq müzakirəsi İranla müzakirələr üzərinə kölgə salır. Robert Menendes AIPAC-la görüşdə deyib ki, növbəti sanksiyalarda İranın neft ixracını 500 min barrelə endirmək nəzərdə tutulur. O bildirib ki, sanksiyaların ləğv olunması üçün İran uranın zənginləşdirilməsindən tamamilə imtina etməlidir. 
 
Con Kerridənə əlavə Obamanın müavini və maliyyə naziri Cek Lo Demokratlar və Respublikaçılarla görüşündə daha çox İranın nüvə proqramı üzərində dayanıb. Prezident administrasiyasının məsullarından biri Reutersə bildirib ki, kimsə İrana qarşı sanksiyaların birdəfəlik dayandırılmasını nəzərdə tutmur. Co Baydensə bildirib ki, biz sanksiyaların birdəfəlik dayandırılmasını yox, hazırkı vəziyyətdə təxirə salınmasını münasib sayırıq. Politiko yazır ki, Kerri və Lo bu mövzu ilə bağlı ABŞ Senatında məxfi görüş keçirib. Senator Bob Keysi deyir ki, biz sanksiyalara ehtiyatla yanaşırıq. Amma təzyiqlər və sanksiyaların təsirinə inanırıq.
 
Reuters xəbər verir ki, Senatın xarici rabitələr komitəsində Respublikaçıların təmsilçisi olan Bob Korker İrana qarşı yeni sanksiyaların əsas müəlliflərindəndir. O oktyabr ayının 30-da agentliyə açıqlamasında bildirib ki, Obama dövləti 48 saat ərzində mənim kimiləri öz tutduğu yolun doğruluğuna inandırmalıdır. ABŞ xarici işlər nazirinin müavini Vendi Şerman Amerikanın Səsinə müsahibəsində deyib: “Biz düşünürük ki, sanksiyaların təsdiqini təxirə salıb müzakirələrin nəticəsini gözləməliyik.” O da öz növbəsində mövcud sanksiyaları yox, yeni sanksiyaları nəzərdə tutub.
 
Ağ Evin zərgər savaşı ssenarisi elə bir halda icra olunur ki, bir neçə gündən sonra müzakirələrin ikinci mərhələsi başlamalıdır. ABŞ tərəfi çalışır ki, yeni sanksiyaların təxirini güzəşt kimi göstərsin. Onlar açıq bildirirlər ki, İran gözlənilən güzəştlərə getməsə Ağ Ev qalxanı kənara çəkiləcək və Senat qılıncı sıyıracaq.
 
Ağ Evlə Senatın oyunu, onların olmayan bir şeyi imtiyaz kimi göstərmək istəyi şübhəyə yer qoymur ki, ABŞ bu günə qədər olduğu kimi hiylə üzərində manevr edir.
Comment