0
Monday 11 November 2013 - 16:31

Obama buna görə Ərdoğana arxa çevirdi

Story Code : 320301
Obama buna görə Ərdoğana arxa çevirdi
Obama buna görə Ərdoğana arxa çevirdi
Düşüncə quruluşu “The Century Foundation”ın aparıcı yazıçısı və Türkiyənin ABŞ-ın keçmiş səfiri Morton Abramovitz ilə eyni quruluşda araşdırma assistenti olan Ömər Zarplı tərəfindən qələmə alınan yazıda Ərdoğanın Suriyada cihadçı qruplara verdiyi dəstəyə diqqət çəkildi.
Amerikanın təşəbbüs əskikliyinin Türkiyənin məzhəb yanaşması ilə üst-üstə gəlməsiylə 2 müttəfiq ölkə arasında uzanıb gedən bir münaqişənin meydana gəldiyini qeyd edən yazar “Daha da pisi Ərdoğanın Əsədin gedişini sürətləndirəcək səyləri və avtonom bir Kürd bölgəsinə maneə törətmək bahasına radikal cihadçı qruplarına verdiyi dəstək ABŞ-ı qəzəbləndirmiş və Obama rəhbərliyi də bu rəftarını təsirli bir hərbi müdaxilə olmadan göstərmişdi” dedi.
Adı çəkilən analizdən:
“Suriya Türkiyənin Baş naziri Ərdoğan üçün sanki bir lənətə çevrilmiş vəziyyətdədir. Bununla birlikdə Amerikan -Türk əlaqələrinə zərər verməyə davam edir.
2 illik bir qərarsızlığın ardından prezident Obama hərbi variantları siyahıdan sildi və qarşı tərəfləri uzlaşma masasında bir yerə gətirməyə başladı. Buna baxmayaraq, Ərdoğan bu ehtimala inanmadığı kimi nəyin bahasına olursa-olsun sülh üçün Əsədin getməsində israr edir. Türk-Amerikan əlaqələrində yaşanan fərqli baxış dəyişikliklərindən əlavə bu 2 fərqli fikri də ortaq bir zəmində birləşdirmək çətin olacaq.
Suriya müharibəsi və Ərdoğanın siyasəti Türkiyəyə çox böyük zərbələr vurmağa davam edir: 600 min və artmaqda davam edən qaçqın sayı, onlara və Suriyalı müxalif qruplara xərclənən milyardlarla dollar, ölkəsində artan məzhəb fərqlilikləri, cihadçı qrupların rahat əl-qol atdığı problemli bir sərhəd Türkiyənin öz kürd problemini daha da kompleks hala gətirəcək Suriya torpaqlarında avtonom bir kürd rəhbərliyinin meydana gəlməsi və özəl bir şəkildə dəstəklədiyi “Müsəlman Qardaşların” gücdən düşmüş hala gəlməsi kimi. Suriyada davam edən bu mənfi vəziyyət Ərdoğanın 10 illik sərhədsiz siyasi gücünə zərər vermişdir: gələcək 18 ay içərisində keçiriləcək 3 seçkiyə və dolayısı ilə öz siyasi gələcəyinə də təsir edəcək.

Ərdoğan terrorçu qrupları dəstəklədikcə ABŞ qəzəbləndi

Vaşinqton ilə Ankara Əsədin getməsi barəsində çox əvvəldən razılaşmışlar və danışıqlar o nöqtədə qalmışdı. Bir zamanlar çox yaxın olduğu səmimi dostuna qarşı çıxan və seçimini müxaliflər tərəfinə edən Ərdoğan yəqin ki, Əsədin iqtidarda qalma müddətini və ABŞ-ın müdaxilə etmə istəyini səhv hesablamışdı. Bir müddət sonra Vaşinqtonun Əsədin gedişini sürətləndirəcək nə bir hərbi strategiyası, nə də Yaxın Şərqdə başqa bir qarşıdurmaya daxil olma kimi bir istəyi olduğu məlum oldu. Üsyançıların dəstəklənməsi ilə uçuşa qadağan sahələrin və ya insani dəhlizlərin yaradılması üçün Ərdoğan və Ərəb Müttəfiqlər tərəfindən edilən zənglərə isə əhəmiyyət verilməmişdi. Amerikanın təşəbbüs əskikliyi Türkiyənin məzhəb yanaşması ilə üst-üstə gəlincə 2 müttəfiq ölkə arasında uzanıb gedən ixtilafa gətirib çıxardı. Daha da pisi Ərdoğanın Əsədin gedişini sürətləndirəcək səyləri və avtonom bir Kürd bölgəsinə maneə törətmək bahasına radikal “cihadçı” qruplarına verdiyi dəstək ABŞ-ı qəzəbləndirdi və Obama Rəhbərliyi də bu rəftarını təsirli bir hərbi müdaxiləyə çevirməyəcəyini göstərmişdi. ABŞ-ın tanınmış qəzetlərinin terrorçu “cihadçı” qruplarını dəstəkləmiş yüksək səviyyəli türk səlahiyyətlilər haqqında çox ağır tənqidlər yazmaları 2 ölkə arasındakı ayrılığı gözlər önünə gətirdi. Türk hökumətinin indi bu qrupları dəstəkləmədiyinə dair şərhlərinə isə şübhəylə baxılır.
Sentyabr ayındakı kimyəvi silah razılaşması və diplomatik danışıqların önə çıxması Ərdoğan üçün pis nəticələr verdi. Ərdoğan Əsədin Obamanın “qırmızı xəttini” pozmasına, o xətti keçməsinə görə Qərbin qəti hərəkət edəcəyinə inanır və ABŞ-a dəstək olmağa hazırlaşırdı. Halbuki gözlənilən olmadı, Əsədin avqust ayındakı kimyəvi hücumu diplomatiya ilə nəticələndi. ABŞ-ın Rusiya ilə razılaşması Əsədin ən az 6 ay daha iqtidarda qalacağını göstərdi. Razılaşmanın terroristlərin kimyəvi silahları ələ keçirmə təhdidini azaldarkən, Amerikan hərbi müdaxiləsinin də qarşısını aldı və Əsəd rejimini qorumuş oldu. Görünür, Obama müqaviləni imzalamamışdan əvvəl Ərdoğanla müzakirə etməyə gərək görməmişdi.

U razılaşması Ərdoğanı tənhalaşdırdı
Vaşingtonun bu U- razılaşması və diplomatiyaya önəm verməsi Ərdoğanı tənhalaşdırdı və hadisələrin axınını dəyişdirmədəki təsirini də az qala yox etdi. Türk hökuməti müqaviləni və Cenevrə danışıqlarını dəstəkləyir kimi görünsə də, az qala hər kəs kimi özləri də diplomatiya yolu ilə Əsədin gedəcəyinə inanmırlar. Ərdoğan əlbəttə ki, şərtlərə uyğunlaşma təmin edə biləcək və vəziyyətə görə qərarlar ala biləcək usta bir siyasətçidir, bu mövqeyini İraqa və İrana mülayim (və gərəksiz) mesajlar verərək göstərdi, lakin Suriya böyük çətinlikləri ehtiva edir.
Müharibənin nəticələnməsi üçün ABŞ və Türkiyənin eyni mövqedə olmaları lazımdır ki, bu da ancaq 2 ölkənin mövcud siyasətlərini nəzərdən keçirmələri ilə reallaşa bilər. Türklərin Əsəd rejiminin də təsirli olacağı bir siyasi barışığı qəbul etmələri, Vaşinqtonun isə müxalifət ilə hökuməti müzakirə gətirə bilməsi və Cenevrə 2-nin müvəffəqiyyətli nəticələnməsi üçün hərbi olaraq daha təsirli bir rol alması lazımdır.
Bir müharibəni müzakirələr yolu ilə ən həqiqi və sürətli bir həllə qovuşdurmaq, bəlkə də rejimin və müxalifətin arasındakı hərbi fərqlilikləri azaltmaqdan keçir, yəni qısacası Əsədə müharibədə zəfər əldə edə bilməyəcəyini izah etmək lazımdır. Bu aralar o, öz xalqının aclıqdan ölməsi bahasına da olsa, qiyamları cavablandıracaq kimi görünür. Bu vəziyyəti dəyişdirmək və radikal sələfi və “cihadçı” qruplarının yükləlişlərini tərs-üz çevirmək üçün mülayim müxalif qüvvələrin ciddi şəkildə təkmilləşdirilməsi lazımdır. Müxalif qüvvələrin fikirlərindəki fərqlər və artırılmış bir hərbi tədarük proqramını idarə etmək problemlərini nəzərə alsaq, bunun çox da asan olmayacağı bəlli olur. Silah tədarük edərək və müxalif qüvvələrə digər hərbi yardım növləri təmin etmək üçün ABŞ-ın daha çox məsuliyyət alması lazım olarkən Türkiyə ilə Ərəb ölkələrinin radikal “cihadçı” qüvvələrinə yardımları kəsmələri, hətta onları məhv etmələri və torpaqlarına girmələrinə icazə verməmələri lazımdır. Lakin ABŞ-ın bölgədə təsirli iştirakı Türkiyəni və Körfəz ölkələrini vəziyyətə uyğunlaşdıra və mülayim müxalif qüvvələr üzərində təsirlərini artıra bilər.
İndiyə qədər Obama Rəhbərliyi bu yolda irəliləməyə şübhəylə yaxınlaşdı. Bunda bəlkə də İran ilə edilən nüvə görüşlərinin iflasa uğraması narahatlığı əsas mövzudur. Lakin mülayim qüvvələri gücləndirmək və tərəfləri uzlaşma masasına gətirməkdə yaşanacaq problemlər Amerikanın ciddi hərbi səyinə baxmayaraq siyasi dəyişmə üçün ümidləri puça çıxaracaqdır.
Kimyəvi silah razılaşması diqqətləri silahsızlanmaya yönəldir, Suriyada yaşanmaqda olan müharibəni dayandıra bilmir. Döyüşün təsirləri bütün bölgədə və onun hüdudlarından kənarda da əks olunur, yaşanan insanlıq faciəsi isə dəhşət vericidir. Kontrolumuzdan kənar belə olsa müharibənin bir az daha sürətli nəticələnməsi milyonlarla insan üçün böyük mərhəmət olacaq, bu da ancaq ABŞ ilə Türkiyənin təcili olaraq siyasətlərini nəzərdən keçirmələrindən və olmaması görülən bir Amerikan -Türk əməkdaşlığı meydana gətirmələrindən asılıdır. Göründüyü kimi, bu gün Suriyada yaşanmaqda olan təhlükə Türk-Amerikan əlaqələrindən çox kənardadır”.
Source : Islamtimes
Comment