0
Sunday 17 November 2013 - 22:53

Dinarların səhhət və mübarizə problemləri

Story Code : 321930
Dinarların səhhət və mübarizə problemləri
Dinarların səhhət və mübarizə problemləri
Bu gün mətbuatda, İslam Partiyasının tanınmış simalarından biri, hicab məhbusu, Ruhullah Axundzadənin vəkili Anar Qasımlının yaydığı açıqlamada bildirilir ki, dindar məhbusun səhhəti ağırlaşıb, o xəstədir, xəstəliyi isə daha da ağırlaşıb, bir neçə dəfə Penitensiar xidmətin müalicə müəssisəsində müalicə olunsa da, cəzaçəkmə müəssisəsinı qayıtdıqdan sonra səhhətindəki xəstəliyin fəsadları yenidən artır.

Vəkil məhbus dindarlar bağlı prezident İlham Əliyevə müraciət edərək müvəkkilinin azad olunması üçün sərəncam verməsini xahiş edib, əks halda hicab məhbusunun həbsxanada öləcəyini xəbərdar edib.

Qeyd etmək lazımdır ki, qanunvericiyliyə görə cəzaçəkmə müəssisəsində xəstə, həyatı üçün təhlükəli olan xəstəlikdən əziyyət çəkən adamların həbsdə qalması yolverilməzdir, qanuna görə məhbus sağlam olmalı və sağlam halda cəza çəkməlidir, əgər onun xəstəliyi onun cəza çəkməsinə mane olursa onda ya o müalicə olunmalı ya da xəstəliyi ölümcüldüsə azadlığa buraxılmalıdır.

Əlbəttə, elə islamçıların təcrübəsində biz başqa halın şahidi də olmuşuq, xatırlayırsınıza Vaqif Abdullayev xərçəng xəstəliyindən əziyyət çəkirdi, o xəstəliklə həbsxanada qala bilməzdi, azadlığa çıxmalı idi, ancaq hakimiyyət qərara aldı ki, Vaqif Abdullayevin yalnız meyitini ailə üzvlərinə versin.
Vəkil onu da əlavə edib ki, Nizami rayon məhkəməsi Ruhullah Axundzadənin azadlığa buraxılması ilə bağlı vəsadətini iki dəfə rədd edib. Məsələ ilə bağlı münasibət bildirən Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinin baş həkimi Bəhruz Mirzəyev isə ikibaşlı danışıb. O, əvvəl iddia edib ki, Ruhullah Axundzadənin səhhəti pisləşdikdə penitensiar xidmətin müalicə müəssisəsində müalicə olunur, iki dəfə belə hal olub, hicab məhbusunun keçirdiyi infarkt, səhhətində olan problem, tez ölməsinə səbəb ola bilməz.

Sonrakı sözündən isə belə çıxıb ki, məhbus dindarı daha ciddi həkimlər keyfiyyətli dərmanlarla müalicə edərsə o zaman yaşamasını saxlamaq olar.

Həkim dərman istehsalıçılarının konkret adını da çəkib. Ancaq hamımız yaxşı bilir ki, nə Azərbaycanın cəzaçəkmə müəssisələrində hakimiyyət imkan verəcək ki, Ruhullah Axundzadə özəl həkimlərin nəzarərtində müalicə olunsun, nə də onun müalicəsi üçün zəruri addımlar atacaq.

Ruhullah Axundzadənin Vaqif Abdullayevin taleyini yaşayıb yaşamayacağını deyə bilmərik, ancaq onu dəqiq demək olar ki, hakimiyyət hicab məhsularını həbsxanada xəstələndirərək nümayişkaranə öldürməsinə cəmiyyətdə sərt təpki yoxdur.

Bu arada Ruhullah Axundzadənin də üzvü olduğu İslam Partiyasının funksioneri Akif Heydərli mətbuata verdiyi açıqlamada bəyan edib ki, noyabrın 9-da keçirilən Baş məclisin toplantısında, Milli Şurada təmsil olunan paritya üzvləri haqqında ölçü götürülməməsinin səbəbi var. Belə ki, partiya üzvü Rövşən Əhmədli Milli Şurada partiyanı deyil, Qarabağ Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatını, Natiq Kərimov isə Nardaran Ağsaqqalar Şurasını təmsil edib. Bura qədər dilimizi dişimizə sıxıb birtəhər babat açıqlama kimi qəbul edə bilərdik, ancaq Akif Heydərlinin sonrakı fikirləri açıqlamaya ayrı rəng qatdı.

Partiya funksionerinin fikrincə Baş məclisin üzvləri belə qənaətə gəldilər ki, Natiq Kərimov uzun müddət partiyada olduğundan onu Baş məclisin sıralarından xaric etməsinlər və belə bir açıqlama Natiq Kərimovun özü üçün də bir xəbərdarlıq olacaq. Ancaq Akif Heydərli iki şeyi unudur: Birincisi, Milli Şurada təmsil olunan və seçkidə Cəmil Həsənlini dəstəkləyənlər, mətbuata verdikləri açıqlamalarda islamçıların da eyni mövqedə olduğunu iddia edirdilər. Bunu mətbuatın əvvəlki səhifələrinə baxmaqla da görmək olar. Deməli Rövşən Əhmədli və Natiq Kərimov Milli Şurada heç də yalnız öz təşkilatlarının təmsil etməyiblər.

İkincisi, Milli Şurada hacı Tale Bağır kimi savadlı, gənc, həm şəriətini bilən, həm dünya ilə yaxşı tanış olan, şücaətli hicab məhbusu da var. Diqqət etsəniz, hacı Tale Bağırzadəni nəinki gənc dindarlar, həmçinin dünyəvi ictimai və siyasi fəallar belə dəstəkləyir. Onun həbsdə ola ola apardığı mübarizə belə cəmiyyətdə rezonansa səbəb olub.

Biz Milli Şuranı bütləşdirmirik, ancaq hər halda hakimiyyətə xidmət edən Ədalət partiyasının blok adı ilə qurduğu oyuncaq qədər də qeyri ciddi bir qurum olmadığını bilirik.

Son həftələrdə də daha bir tendensiya müşahidə olunmaqdadır. Belə ki, gənc dindar jurnalistlər və bloqelərin həbsinə Azərbaycanın dünyəvi ictimai təşkilatları və hüquq müdafiəçiləri də biganə qalmır. Təəssüf edə bilərik ki, eyni mövqeyi biz iki il əvvəl islamçılar həbs olunan zaman görmədik. Ola bilər gənc dindarlar öz fəaliyyətləri ilə cəmiyyətdə daha çox dəstək qazanılmasında uğurlar əldə edib, ya da cəmiyyət bir qədər ayılıb.
Source : Islamtimes
Comment