0
Friday 29 November 2013 - 22:02

Kərzai Amerikanı ittiham etdi

Story Code : 325912
Kərzai Amerikanı ittiham etdi
İSNA-nın verdiyi xəbər görə Reuters bildirib ki, Əfqanıstan prezidentinin sözçüsü deyib: Bu hava hücumunda Əfqanıstanın cənubunda bir ev hədəfə alınıb və mülki vətəndaşlar zərər çəkib.
 
Bu hadisə elə bir zamanda baş verib ki, Əfqanıstan prezidenti ABŞ-la ikitərəfli təhülksəzilik razılaşmasının dalana dirənməsi mövzusunu araşdırır. Razılaşma imzalanandan sonra aydın olacaq ki, Əfqanıstanda 2014-cü ildən sonra nə qədər amerikalı hərbçi qala bilər. 
 
Kərzainin sözçüsü deyib: “Bu hava hücumundan görünür ki, ABŞ qüvvələri Əfqanıstan xalqına heç bir ehtiram göstərmir. Əgər hücumlar davam etsə, şübhəsiz ki, hansısa razılaşma imzalanmayacaq.”

Amerika tərəfi bildirir ki, öz qüvvələrini 2014-cü ildən sonra, İraqda təcrübədən çıxarılmış sıfır variantı əsasında xaric edəcək. Kərzai bu razılaşmanı imzalamaqdan imtina edib. O Amerikadan Kubadakı Quantanamo həbsxanasında saxlanılan bütün əfqanların azad olunmasını tələb edir. 
 
Prezidentin sözçüsü deyib: "Hava hücumunda həlak olan uşağın 3 yaşı olub. Amerikalılar mülki əhalinin həyatına zərrəcə qiymət vermir. Onlar xalqı açıq-aşkar qətliam edirlər. Əgər təqib olunmuş bir şəxs mülki vətəndaşın evinə daxil olarsa bu ev havadan bombalanır. Bu hadisədə də bir şəxsin həmin evə daxil olduğu bildirilir. Amma yerli əhali həmin şəxsin hərbçi olduğunu təsdiqləmir."
Comment