0
Monday 2 December 2013 - 12:52

Fazil Mustafa missioner təşkilatı müdafiə edir

Story Code : 326605
Fazil Mustafa missioner təşkilatı müdafiə edir
Fazil Mustafa missioner təşkilatı müdafiə edir
“Fazil Mustafanın bu mövqeyi ümumilikdə bütün şiə aləminə təhqirdir. Şiə məzhəbi həm İslam aləmində, həm də ki, digər dinlərdə rəsmi qəbul olunmuş bir məzhəbdir. Fazil Mustafanın səsləndirdiyi təhqiramiz fikirlər nəinki kiməsə qarşı, ümumilikdə bütün şiələrə qarşı yönəlib.”

Bu sözləri Birlik.az saytına tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov millət vəkili Fazil Mustafanın şiə məzhəbinin nümayəndələrinə dair səsləndirdiyi təhqiramiz fikirlərə aydınlıq gətirərkən qeyd edib. Müsahib bildirdi ki, Fazil Mustafa ilk dəfə deyil ki, bu cür mövqedən çıxış edir: “Bundan öncə də o, qəməvurma adı altında ümumilikdə Aşuranı təhqir etmişdi. Fazil bəyin müdafiəsində durduğu nurçuluq təşikilatı, əslində, missioner bir təşkilatdır. Nurçuluq hal-hazırda dünyanın heç bir yerində rəsmi olaraq məzhəb kimi yox, məhz, missioner bir təşkilat kimi tanınır. Fazil Mustafa da açıq-aşkar şəkildə missioner bir təşkilatın müdafiəsi ilə məşğuldur. Əgər cənab millət vəkili nurçu olması ilə fəxr edirsə, sözügedən cərəyanın yetişdirdiyi şəxslərdən biri Harun Yəhyadır ki, telekanallarda insanların namusları ilə çıxartmadığı oyun qalmayıb. Nurçulara bəraət qazandırmaq üçün onlar tərəfindən 10 məktəbin açıldığını söyləyir. Bunun özü maraqlı bir məsələdir ki, qeyri-rəsmi və missioner bir təşkilat hansı formada 10 dənə təhsil ocaqları açıb? Özü də bunların hamısı bütün rəsmi qurumların və şəxslərin qarşısında baş verib. Kifayət qədər qaranlıq bir məsələdir və cavablandırılmalıdır. “

Belə bir mövqedən çıxış edən şəxsin parlamentdə təmsil olunduğunu bildirən ilahiyyatçı alim, “millət vəkili olaraq xalqın rəsmi əqidəsini və dinini müdafiə etməkdən, missioner və qeyri-ənənəvi cərəyanın müdafiəsi ilə məşğuldurlar. Bizim gözləntilərimiz budur ki, parlament və digər rəsmi qurumlar Fazil Mustafanın bu cür qanunsuz əməllərinə münasibət bildirəcəklər. Eyni halda kim zəmanət verə bilər ki, nurçuların bu gün Azərbaycanda yetişdirdiyi şəxslər, Məşədi Dadaş və digər məscidlərin qarşısına gələrək oranı partlatmaq istəyən vəhhabilər kimi olmayacaqlar”, – deyə qeyd etdi: “Hüquq mühafizə orqanları hal-hazırda məscidə gedən insanlara müraciət edərək bildirirlər ki, ibadət yerlərinə gedərkən ehtiyatlı olun. Nəzərə alınmalıdır ki, vaxt var idi, Azərbaycanda vəhhabilər də barmaqla sayılacaq qədər idi. Lakin vaxtında qarşısının alınmaması o yerə gətirib çıxartdı ki, artıq məscidlərin axundlarını terror etmək istəyirlər. Əgər bu gün özünü cəmiyyətin ziyalısı sayan, millət vəkili, coğrafi və sülbü baxımdan şiə əqidəsinə mənsub bir şəxs xalqın dini əqidəsi hesab edilən şiəçiliyə qarşı bu cür radikal fikirlər səsləndirirsə, təbii ki, sabah nurçuluğu qəbul edən bir neçə cahil daha da təhlükəli və radikal olacaqlar. Bu günə qədər minlərlə insan Fazil Mustafa ilə bağlı mənə müraciət edib ki, məgər bu insanın təhqirlərinin qarşısı nəyə görə alınmır? Hesab edirəm ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi, Dini Komitə və digər aidiyyəti qurumlara müraciət etməliyik. Hətta məhkəməyə verməyə qədər belə düşünürük. “
Xəyal
Birlik.az
Source : Birlik
Comment