0
Sunday 8 December 2013 - 21:39

İranafobiya və İsrailin Mərkəzi Asia və Qafqazda möhkəmlənməsi

Story Code : 328637
İranafobiya və İsrailin Mərkəzi Asia və Qafqazda möhkəmlənməsi
Bu gün İrana qonşu ölkələr arasında Azərbaycanla Türkəmistanın işğalçı İsraillə diplomatik rabitələri mövcuddur. İran sionist rejimin bu ölkələrdə möhkəmlənməsinə qarşı addım atmalıdır. 
 
Sovetlər Birliyi dağılandan sonra Mərkəzi Asia və Qafqaz ölkələri müstəqillik qazandı. Məntəqədə müstəqil dövlətlər yarandı. Bu ölkələr üçün tarixi inkişaf fürsəti önə gəldi. 
 
Sovetlər Birliyinin dağılması və müstəqil ölkələrin ərsəyə gəlməsi region və dünyanın bəzi ölkələrində bu fürsətdən bəhrələnmək fikri yaratdı. Bu günə qədər siyasi baxımdan təklənmiş sionist rejim 1992-ci ildən başlayaraq Mərkəzi Asiya və Qafqaz ölkələri ilə rabitə qurmaq istiqamətində fəaliyyətə başladı. Hazırda sionit rejimi məntəqədə diplomatik nümayəndəliklərini yaradıb. Ötən iki ön illikdə müxtəlif sahələr üzrə fəaliyyətlərini genişləndirən Tel-əviv bu gün də həmin kursu davam etdirir. 
 
Hazırda Mərkəzi Asiya və Qafqazın 8 ölkəsində İsrailin səfirliyi var. Ermənistan, Tacikistan və Qırğızıstanda İsrailin akreditə olunmuş, səyyar nümayəndəsi fəaliyyət göstərir. İşğalçı rejimin bu regiondakı fəaliyyətləri göz qarşısındadır. Tel-əviv siyasi və təhlükəsizlik əlaqələrini möhkəmləndirir, ticari münasibətləri genişləndirir. Mədəniyyət sahəsində rabitələr də davam etdirilir. 
 
İsrailin bu regionda mövcudluğunun səbəbləri var. Əvvəla Tel-əviv məntəqədə təklənmiş vəziyyətdədir və daim qonşular arasında müttəfiq axtarır. Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr də beynəlxalq səhnədə İsrailə yol açır. Tel-əviv çalışır ki, bu mühüm regionda siyasi tənəffüs əldə etsin. O bu məqsədlə öncə diplomatik rabitələr yaradır. Təəssüf ki, İsrail müəyyən həddə məqsədlərinə çatmışdır. Onun bu regiona diqqətinin başqa bir səbəbi enerji resurslarıdır.
 
İsrail bir tərəfdən regionda istehsal olan enerjidən istifadə edir, digər tərəfdən neft və qaz kimi təbii sərvətlərdən faydalanır. 
 
İsrail həm də yeni bazarlar sorağındadır. Tel-əviv bu regionda məhsullarına müştəri axtarır, kənd təsərrüfatı sahəsində əməkdaşlıq edir. Hansı ölkədə yəhudi azlığı yaşayırsa İsrail bundan yararlanır, lobbi və azlıqların nüfuzundan istifadə edərək ideoloji proqramlar həyata keçirir.

İsrail bu siyasətlərini həyata keçirmək üçün qeyri-dövlət təşkilatlarından bəhrələnir. Buxara yəhudiləri təşkilatı, Soros Fondunun bu ölkələrə yayılmış nümayəndəlikləri İsrailin çirkin siyasətlərini həyata keçirir. İsrailin Mərkəzi Asiya və Qafqaza diqqəti bu regionun əhəmiyyətini sübut edir. Bu mövzunun sübutuna ehtiyac yoxdur. Çünki məntəqə geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. İran kimi prinsiplərə sadiq ölkə işğalçı rejimin legitimliyini tanımır. Elə bu səbəbdən də İsrail İranı özü üçün təhlükə sayır. İrana görə İsrailin varlığı region və dünya üçün təhlükədir. Məntəqə Çin, Rusiya, İranla həmsərhəddir. İsrail bunu yüksək dəyərləndirir. Hətta Çin və Rusiyanı nəzərə almasaq İranla qonşuluq Tel-Əvivin diqqətini çəkir. 
 
Məntəqənin əksər ölkələrinin əhalisi müsəlmandır. İsrail İslam dünyasına nüfuz üçün bunu vasitə sayır. 
 
Mərkəzi Asiya və Qafazda Sovetlər Birliyi dağılandan sonra istilaçı rejimlərə yol açıldı. İslama qarşı müxtəlif cərəyanlar işə salındı. İsrailin səfirlik və nümayəndəliklərinin əsas vəzifələrindən biri İranın qonşularında, xüsusi ilə Azərbaycan və Türkmənistanda anti-İran ruhiyyəsi yaratmaqdır. İsrailin qonşu ölkələrlə istənilən bir rabitəsi onun üçün həyatvericidir. İşğalçı rejimin ilk prezidenti Ben Quriyon xarici siyasətdə xüsusi bir nəzəriyyə irəli sürdü və bu nəzəriyyə Ardıcıllar İttifaqı Nəzəriyyəsi adlanırdı. Hazırda da regionda təklənmiş vəziyyətdə olan Tel-Əviv müsəlman ölkələri, ərəb ölkələri ilə sazişə yol axtarır. Çünki region xalqları İsraili dövlət olaraq tanımır. İsrailin tənhalığı davam edir. İsrail bu vəziyyətdən çıxmaq üçün qonşu ölkələrin başı üzərindən atılaraq uzaq ölkələrlə əlaqə yaratmaq istəyir. Məntəqənin əksər ölkələri İKT üzvüdür. Bu qrumun mahiyyətinə zidd olsa da qruma üzv ölkələr İsrailin nümayəndəliyini özləri üçün faydalı sayır. Əslində İsrail səfirliklərinin bu ölkələrdə fəaliyyəti onun işğalçı mahiyyətini gizlətmək üçündür. Harada Tel-əvivin nümayəndəliyi varsa, Həmin ölkədə İsrailə münasibət nisbətən yumşaqdır. Ardıcıllıq İttifaqı nəzəriyyəsi İsrail üçün mühüm əhəmiyyət daşıyır. Uzaq ölkələrlə sazişə gedən İsrail qonşuların mənfi münasibətini təsirsizləşdirməyə çağırır. Tel-Əvivin Mərkəzi Asiya və Qafqazın 8 ölkəsi ilə rabitəsi var. Bəli, Tel-Əviv bu münasibətlərə böyük əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri arasında İsraillə rabitələrdə Özbəkistan pioner olub. Türkmənistan uzun müddət bu əlaqələrdən qaçsa da bir neçə ay öncə Tel-Əvivin səfirini qəbul etdi. Təbii ki, bu ölkələrin də İsraillə əlaqədə marağı var. Onların ilk marağı ehtiyatla hərəkətdir. Onlar İsraillə əlaqəyə asanlıqla getmir. İsrail 1992-ci ildən bu rabitələrə rəvac verib. Ölkələr İsrailin yaxınlaşmasına ehtiyatla yanaşıb. Diplomatik rabitələrə qədər çətin yol keçilib.
 
Mərkəzi Asiya və Qafqaz ölkələri rəhbərlərinin bir məqsədi də İsrailin nüfuzlu lobbilərindən istifadə etməkdir. Bu ölkələrin siyasi və iqtisadi strukturu möhkəm deyil. Onlar hakimiyyəti qorumaq və Rusiyadan asılılıqdan qurtarmaq üçün dayaq nöqtəsi axtarırlar. Digər tərəfdən İsrail Qərbin regiondakı əlidir. İsraillə rabitə ABŞ və Qərblə rabitədir. Mərkəzi Asiya və Qafqaz rəhbərləri mövqelərini möhkəmləndirmək üçün yəhudi lobbiləri ilə əlaqə qurur. 
 
Mərkəzi Asiya və Qafqaz ölkələrindən bəziləri öz hərbi müdafiə gücünü artırmaq üçün İsraildən istifadə edir. Regional münaqişə yaşayan ölkələr İsraillə əlaqələrə daha maraqlıdır. 
 
Azərbaycan Qarabağdan dolayı Ermənistanla konfliktədir. Gürcüstan da Osetiya və Abxaziya ilə dolayı Rusiya ilə baş-başa gəlib. Hər iki ölkə Rusiyaya qarşı İsraildən kömək alır. Onlar İsraillə müxtəlif hərbi müqavilələr imzalayıb. İsrail bu ölkələrə silah satır. 
 
İqtisadi baxımdan da məntəqə ölkələri İsraillə sıx əlaqədədir. İşğalçı rejim bu ölkələrə texnoloji vasitələr, kənd təsərrüfatı məhsulları verir. Nəzərə alsaq ki, İsrail regionla Qərb arasında körpüdür, Tel-Əvivlə rabitələri dərk edərik. Əslində bir çox məntəqə ölkələri İsrail vasitəsi ilə Qərblə əlaqə qurur. Bəzi ölkələr isə çökmüş iqtisadiyyatlarının dirçəldilməsində Tel-Əvivə ümid edir. 
 
Mərkəzi Asiya və Qafqaz ölkələrinin İsraillə ticarət mübadilələrinin həcmi böyükdür. Məsələn Bakı ilə Tel-Əvivin ticarət mübadiləsi 4 milyard dolları aşıb. Hansı ki, Bakı Rusiya və İran kimi qonşuları ilə zəif iqtisadi münasibətlərə malikdir. 
 
Mərkəzi Asiya və Qafqazın 8 ölkəsinin İsraillə rabitələri fərqlidir. Bu ölkələr öz daxili və xarici durumlarına münasib əlaqə qururlar. Bu ölkələr arasında İsraillə əlaqələrinə görə 1-ci yerdə Azərbaycan, 2-ci yerdə Gürcüstan dayanır. Ermənistanın Tel-Əvivlə əlaqələri gözəgəlimli deyil. Hələ ki, İsrail İrəvanda səfirlik açmayıb.
 
Beş Asiya ölkəsi arasında Özbəkistan İsrailə daha yaxındır. İsrailin səfiri uzun illərdir Daşkəntdə fəaliyyət göstərir. Türkmənistan uzun müqavimətlərdən sonra İsrailin səfirliyinə xeyir-dua verdi. Qazaxıstan da Tel-əvivlə yaxındır.
 
İsrail prezidenti Şimon Peres 3 il öncə Qazaxıstana səfəri ilə prosesdə dönüş yaratdı. Onun bu səfəri səfirliklərə yaşıl işıq yandırdı. Mərkəzi Asiya və Qafqaz ölkələrinin İsraillə iqtisadi münasibətləri də fərqlidir. Öndə Azərbaycan və Gürcüstan gəlir. Mərkəzi Asiya ölkələri arasında İsraillə əlaqələrə Özbəkistan liderlik edir. 
 
Regionda maraqlı xarici oyunçuların bəziləri İsraillə əməkdaşlıq edir. Buna görə də onların marağı İsrailə mane olmur. Bu ölkələr İsrailə şərik sayılır. Həmin ölkələrə ABŞ misal ola bilər. İsrailin regionda əsas fəaliyyətlərindən biri islamafobiya ə iranafobiya meyllərini gücləndirməkdir. Bu işi diplomatik nümayəndəliklər Azərbaycan və Türkmənistanda xüsusi fəallıqla həyata keçirir. 
 
İsrailin regiondakı fəallığı ABŞ üçün münasib fürsətdir. Təəssüf ki, məntəqədə Hindistan kimi nüfuzlu ölkələr İsrailin fəallığına diqqətli deyil.
 
Amma Rusiya və Çin İsrailin fəaliyyətlərini diqqətlə izləyir. Çünki İsrailin əsas hədəfi Rusiya, Çin və İrandır. İranın mövzuya baxışı fərqli və ciddidir. Əvvəla, İran İsrail adlı dövləti tanımır və onu işğalçı sayır. İsrail də öz növbəsində İranı öz varlığı üçün təhlükə kimi dəyərləndirir. İrana görə İsrailin fəaliyyətləri dağıdıcıdır. İran sionist rejimin məntəqədəki fəaliyyətlərinə qarşıdır. Təəssüf ki, İranın iki yaxın qonşusu, Azərbaycan və Türkmənistan İsraillə rəsmi münasibətləri gücləndirməkdədir. İranla Türkmənistanın 1000 km, Azərbaycanın 700 km sərhədi var. Bu ölkələrlə su sərhədləri də böyükdür. İsrailin bu iki ölkə ilə yaxınlığı İranı narahat etməyə bilməz. Bu səbəbdən İran İsrailin fəaliyyətlərinə qarşıdır. İsrailin sərhəd boyu istənilən bir fəaliyyəti İran üçün qeyri-məqbuldur.
 
Mərkəzi Asiya və Qafqaz ölkələrində dini kolorid fərqlidir. Bu rəngarənglik İsrailin mövcudluğuna dağıdıcı təsir göstərə bilər. İsrail regionla rabitələri gücləndirmək fikrində olsa da, bunun əksi də təsəvvür edilir. Əvvəla İsrailin regiondakı varlığı regionun təhlükəsizliyinə qarşıdır. Regionda ifratçı cərəyanlar vəziyyəti daha da böhranlı edir. Hər halda İsrailə münasibətdə İran, Çin və Rusiyanın müştərək maraqları var. Bu üç ölkə İsrailin dağıdıcı fəaliyyətlərinə qarşı birgə fəaliyyət göstərə bilər. Onların həmkarlığı Mərkəzi Asiya və Qafqazda vəziyyəti İsrailin zərərinə dəyişə bilər. 
 
Seyid Rza Məhəmmədi
Comment