0
Wednesday 11 December 2013 - 19:53

Ərəbistanın Bağdaddan Dəməşqədək divanəliyi

Story Code : 329014
Ərəbistanın Bağdaddan Dəməşqədək divanəliyi
Ərəb mətbuat orqanlarından biri “Ərəbistanın Bağdaddan Dəməşqədək divanəliyi” başlıqlı yazısında Səudiyyə Ərəbistanının regionda, xüsusi ilə İraq, Suriya və Livanda təkfirçi vəhhabiləri təhrik etməsindən yazıb. Əl-Hədis agentliyində getmiş bu yazının müəllifi Abdullah Qəməhdir. Yazıda 5+1 ilə İranın uğurlu müzakirələri ilə yanaşı ərəb başçılarının azğınlığından söz açılır. Səudiyyə Ərəbistanının kəşfiyyat naziri Bəndər ibn Sultan bu ölkəyə müxalif istənilən şəxsin aradan götürülməsini Əl-Qaidənin üzərinə qoyub. Bu təcavüzkar addımlar səfirliklərdən başlayır və yaşayış məntəqələrinədək uzanır. 
 
Bağdaddan Dəməşq və Beyruta qədər Səudiyyə başçılarının azğınlıqları müşahidə edilir. Ərəb başçıları adı çəkilən ölkələrdə təxribatla məşğuldur. Ərəb başçılarının planları Suriyada uğursuzluğa düçar oldu. ABŞ-ın İranla müzakirələri, Suriyaya münasibətinin dəyişməsi ərəbləri özündən çıxarıb. Ərəbistan İsraillə əl-ələ verərək son müsbət fəaliyyətləri hədəfə alıb. 
 
İraqda ərəb başçılarının vəhşiliyi terrorizmlə müşayiət olunur. Hər gün İraqda partlayış səsləri eşidilir. Minlərlə Əl-Qaidə muzduru Ərəbistanın dəstəyi ilə İraqda terror əməliyyatları həyata keçirir. Son dövrdə İraqda siyasi böhran yaratmaq istəyi müşahidə olunur. İraqda məskunlaşmış müxtəlif tayfalar arasında gərginlik yaradılıb. İş o yerə çatıb ki, İraq rəsmiləri Səudiyyə kəşfiyyat məsullarını İraqda sabitliyi pozmaqda ittiham edir. Suriyada vəziyyət İraqdan yaxşı deyil. Səudiyyə başçıları öz təxribat şəbəkəsini bu ölkədə də gücləndirməkdədir. Əlbəttə ki, Səudiyyə rəsmiləri təxribatla kifayətlənmir, birbaşa hərbi əməliyyatlara da qoşulur. 
 
Onların göstərişi ilə Suriyada İslam cəbhəsi yaradılıb. Bu cəbhə əslində terrorçulardan ibarətdir. Terror şəbəkəsi Dəməşq və Əl-Qələmun bölgəsində daha fəaldır. Amma bu qüvvələr ardıcıl məğlubiyyətlər yaşayır. Ərəbistanın göstərişi ilə Dəməşqə yol açmaq istəyən terrorçular ağır zərbələrə məruz qalıb. Bu əməliyyatlarda Səudiyyə Ərəbistanının ordu zabitləri də iştirak edir. Terrorçuların kütləvi şəkildə məhvi Ərəbistanı özündən çıxarır. Cenevrə müzakirələri, o cümlədən Suriyadakı məğlubiyyətlər ərəb rəsmilərini daha ağılsız addımlara sövqe edir. Onlar dinc sakinlərin qətliamından çəkinmirlər. 
 
Səudiyyə Ərəbistanı bu günə qədər Suriyada məğlubiyyət yaşayıb. Son günlər Suriyaya 3 minə yaxın terrorçu göndərilib. Vəhhabilər Ən-Nüsrə ilə birlikdə məsihilərin məskunlaşdığı Əl-Qələmunu hədəfə alıb. 
 
Səudiyyə Ərəbistanı iki ildən artıqdır ki, Livanda ardıcıl məğlubiyyətlər yaşayır. Onların fəaliyyətləri Hizbullah və Müqavimətə qarşı yönəldilib. Ağılsız hərəkətlər Suriya və İraqdakından daha aydın şəkildə Livanda özünü göstərir. Son vaxtlar Səudiyyə Ərəbistanı Hizbullaha qarşı mətbuat savaşını şiddətləndirib. Hətta Seyid Həsən Nəsrullahın şəxsiyyət və ləyaqəti görünməmiş şəkildə alçaldılıb. Hizbullah başçısını terrorçu kimi tanıtdırmaq istəyirlər.
 
Səudiyyə Ərəbistanı bununla kifayətlənməyib Livanda dinc yaşayış məntəqələrində terrora rəvac verib. İran səfirliyi qarşısında partlayış da bir nümunədir. Müxtəlif ölkələrdən terrorçu muzdurlar Livana gətirilir. Bütün bunlar Ərəbistan hökumətinin qəzəbindən qaynaqlanır. Bundan əlavə Livan ordusu Hizbullaha qarşı qızışdırılır. Livan prezidenti Mişel Süleyman Ərəbistana səfəri zamanı Ərəblərin Hizbullaha kinli münasibətinə şahid olub. 
 
Bir sözlə, Səudiyyə hökumətinin vəhşilikləri davam edir. Kəşfiyyat başçısı Bəndər ibn Sultan Rusiyadan əliboş qayıtdıqdan sonra onların qəzəbi daha da artıb. Beyrutun Rusiya səfirliyinə yaxın mənbələri bildirir ki, Bəndər ibn Sultan Moskvada uğursuzluğa düçar olub və bunun nəticələri Livan, Suriya və İraqda özünü göstərəcək. Səudiyyə hökuməti açıq-aşkar İsrailin mənafeyinə zidd olan bütün fəaliyyətlərə qarşıdır. 
 
Səudiyyə hökuməti Suriyadan başlamış İraq və Livanadək tam döyüş cəbhəsi açıb. Onların məqsədi İrailin təhlükəsizliyini təmin etməkdir. Müsəlman ölkələri daxilində gərginlik yaradılır ki, sionist rejim yaddan çıxsın. Amma müqavimət hərəkatının uğurlu planları son qələbəni labüd edir. 
Comment