0
Wednesday 11 December 2013 - 23:52

Küçə adının prinsipal fərqi yoxdur

Story Code : 329795
Küçə adının prinsipal fərqi yoxdur
Küçə adının prinsipal fərqi yoxdur
Sonuncu dəfə əsaslı təmirdən sonra Təzə Pir məscidinin ərazisi də genişləndirildi və təmirdən sonra istifadəyə verilməsindən az zaman keçməsinə baxmayaraq tez tez belə fikirlər səslənir ki, məscidin ərazisi yenə də genişləndirilir, bunu məscid ətrafında, Sovetskidə yaşayan sakinlərin dilindən də eşitmək olar.

Elə təəssürat yaranır ki, Təzə Pir hər gün genişlənir. Onu da qeyd edək ki, hazırda Təzə Pir təkcə məscid deyil, ümumiyyətlə iri bir kompleksdir, burda məsciddən başqa İslam Universiteti, QMİ, mərasimlər üçün bir neçə mərtəbəli bina və başqa bəzi qurumlar yerləşir.

Orda olanlar bilir ki, Təzə Pir məscidinin geniş ərazisi həm də gözoxşayan binalar, təmtəraqlı bir kompleks mövcuddur. Buna baxmayaraq hazırkı vəziyyətidən QMİ sədri Allahşükür Paşazadə tam razı deyil.

Bu günlərdə Bakı şəhər icra hakimiyyətinin başçısı Abutalıbova göndərdiyi rəsmi müraciətdə Şeyx şəhər merindən xahiş edib ki, kompleksin əsas qapısının açıldığı küçə Mustafa Sübhinin adını daşıyır və bu küçənin adı dəyişdirilərək, Nabat xanım Aşurbəyovanın adı verilsin.

Mustafa Sübhi türk kommunist inqilabçısı olub, Türkiyə, Rusiya, Azərbaycan və Ukraynada müxtəlif fəaliyyətlər göstərib, türk kommunist partiyasının əsasını qoyan və ilk sədri olan şəxsi kimi özünü bir inqilabçı kimi də göstərib. Bununla belə təkcə müasir dövrdə deyil, elə Sovet zamanında da Mustafa Sübhi birmənalı qarşılanan inqilabçı olmayıb, daha çox avanturist personaj kimi xarakterizə olunur.

Sözün açığı indiyə qədər bu adamın adına küçənin olması da təəccüblüdür, ən azı indiki zamanədə. Bu baxımdan Şeyxin xahişi çox normal, yerinə düşən bir təklifdir.

Bakı şəhər icra hakimiyyətindən Şeyxin müraciətinə verdiyi cavabda bildirib ki, küçə adının dəyişdirilməsi onların səlahiyyətində deyil. Qaldırdığı məsələdən ötrü Şeyx prezidentə və ya baş nazirə müraciət edəcəyini güman etmək də olar. İntəhası bir neçə məqamı unutmamalıyıq və həmişə yada salmalıyıq. Bu odur ki, məscid böyük və təmtəraqlı kompleks də ola bilər, kiçik sadə bir yer də, əsas olanı məscidə gələn möminlərin kütləviliyi, davamlılığı, orda deyilən moizələrdir.

Uzağa getməyək, elə Məşəd Dadaş məscidi də “Kubinka”da yerləşir sovet əsatirlərini xatırladan yerdə, məscid müxtəlif zamanlarda anbar, klub və kitabxana kimi də istifadə olunub.

Yerləşdiyi küçə Cəfər Xəndanın adını daşıyır. Cəfər Xəndan o sovet şairidir ki, İranın ərazisinin Azərbaycanın olduğunu sübut etmək üçün elmi əsər belə yazıb. Ancaq görürsünüz ki, Məşəd Dadaş məscidində demək olar hər gün nə qədər böyük izdiham var, dindarlar kütləvi şəkildə gəlib orda ibadət edir, moizə dinləyir. Təzə Pir məscidində isə çox az sayda adam olur ki, onun da belə hamısı kompleksin işçiləridir. Bunun səbəbi ondadır ki, Təzə Pirdə dindarları cəlb edən, xütbə və moizələr yoxdur.

Axı Şeyx nə zaman müsəlmanları narahat edən hicab məsələsini qaldırıb? Hicabla bağlı prezidentə müraciət edib? Ramazan və Məhərrəmlik ayında müxtəlif rayonlarda və Bakıda məscidlərə gedib mərasimlərdə iştirak edən gənc dindarları polislər şərləyərək həbs edəndə, Şeyx hansı tədbiri görüb, kimə müraciət edib? Bəlkə, Şeyx elə fikirlərşir ki, bu sualları dindarlar özləri özlərinə vermir? Düzdür, hacı Şahin də heç kimə heç nə müraciət etməyib, ancaq hər halda QMİ sədri Şeyxdir axı. Odur ki, küçənin adının dəyişdirilməsinin QMİ-nin fəaliyyətinin dəyişdirilməsinə gətirib çıxaracağına inanmırıq, vacib olan isə Şeyxin müsəlmanlar arasında etimad qazanmasıdır, öz əməlləri ilə, küçə adının dəyişdirilməsi ilə deyil.
Source : Islamtimes
Comment