0
Friday 13 December 2013 - 15:58

Mülayim Qatillər

Story Code : 330247
Mülayim Qatillər
Mülayim Qatillər
Son dövrdə Qərb lider və idarəçilərin Suriya ilə əlaqədar olaraq tez-tez səsləndirdikləri bir anlayış var: “Mülayim Müxaliflər”...

İllərdir “Mülayim İslam” ifadəsini bizim coğrafiya üçün uyğun görən və “Ərəb Baharı”ilə bu ifadəni sahiblənənləri iqtidara gətirməyə məşğul olan Qərb “mülayimlər şalvarından” radikallar çıxınca nə edəcəyini bilmədi. Çünki Qərb Ərəb müsəlmanlarının AKP-ni model alıb mülayimləşəcəyini, ya da mənim təbirimlə desək əhliləşəcəyini düşünürdü.
Amma olmadı.
Misir çökdü.
Suriya bir dalana dirəndi.
Çünki işin içində silah var. Silah olunca da mülayim, uyğunlaşa bilən və ya radikal olmanın heç bir fərqi qalmır. Hamısı da cinayət işlərkən “Allahu Əkbər” deyə qışqırır .
Bəziləri az öldürür, digərləri daha çox...
Bəziləri mişar ilə boğaz kəsir, digərləri gülləylə vurur...
Hamısı da Qərb və regional müttəfiqlərinin dostu ...
Hamısı da ruhi xəstə...
Əgər elə olmasaydı dünyanın hər tərəfindən toplanıb gəlib Suriyada insanlar ilə vuruşmazdılar.
Həm də Allah və Peyğəmbər adına!
Halbuki nə Allah , nə də Peyğəmbər buna icazə verməz.
Təbii ki, o ruhi xəstələrin Allah və Peyğəmbəri Obama və tərəfdarları deyilsə.
Obama və tərəfdarları olmasaydı , Suriyada insanlar ölmeyecekti .
Suriyada bu qədər ağrılar yaşanmayacaqdı.
Amma zərərin harasından dönülürsə xeyirdir, indi Suriyada yeni bir dövr yaşanır.
Qərb liderlər və regional tərəfdarları radikal ruhi xəstələrdən imtina edərək “mülayim” olanlara sahib çıxırlar. Səbəb isəçox sadədir. Bu radikallar çox gücləndi. Yəni təhlükəli olmağa başladılar.
Maraqlıdır, onlar necə bu hala gəldilər?
Təbii ki, Türkiyə sayəsində.
Hadisələrin başladığı ilk günlərdən etibarən minlərlə xarici “cihadçı” Türkiyə vasitəsiylə Suriyaya keçdi. Türkiyə sərhədlərindən təmin edilən silahlarla bu ruhi xəstələr öz aralarında qruplar qurub döyüşməyə başladılar. Bu qrupların sayı 1500-ü keçdi. Sonra bu qruplar öz aralarında qənimət, mənsəb və ideologiya döyüşünə başladılar. Hamısı da Səudiyyə Ərəbistanı, Qatar və Türkiyədən gələn milyonlarla dollar və hər cür silahı öz nəzarətinə almaq istədi. Döyüş gedərək böyüdü və sonunda Nusra və Qaidə kimi “çox radikal” qruplar ön plana çıxdı. Bu iki qrup “Həqiqi mücahid bizik” deyib başqalarını öldürməyə başladı. Müəyyən zaman çərçivəsində bir çox kiçik qrup bu iki böyük və güclü qrupa qatıldı. Qatılmayanlar da zorla yola gətirildi. Geriyə ASO, yəni “Azad Suriya Ordusu” və ona bağlı kiçik qruplar qaldı. Qərb lider və idarəçilər də onları “mülayim” adlandıraraq bu terrorçuları Cenevrə Konfransında müzakirə masasına oturtmaq istəyir.
Amma boş-boşuna zəhmət çəkirlər. Çünki nə ASO, nə də onun vətəndaş çətiri Suriya Milli Koalisiyası bir işə yarayar. Hər ikisinin də Suriya içində heç bir gücü yoxdur və olmayacaq.
Qərb və onun regional işbirlikçiləri səmimidirlərsə tez bir zamanda əvvəl Nusra və Qaidə kimi “çox radikal” qruplara qarşı döyüş başlatmalıdırlar. Bunu da birbaşa olaraq özləri etməlidir. Çünki ASO-nun bu qruplara gücü çatmaz.
Bu vəziyyətdə Türkiyə Suriya ilə sərhədini tam mənası ilə nəzarət altına alıb Nusra və Qaidəyə qatılmaq üçün gələnlərin keçişinə icazə verməməlidir. Buna paralel olaraq, Türkiyə hər cür silah və hərbi vəsait keçişinə icazə verməməlidir. Çünki ASO-ya göndərilən silah və vəsaitlər Nusra və Qaidənin əlinə keçir. Türkiyə və Qərb ayrıca İraq ilə əməkdaşlıq edərək əl-Qaidəçilərə qarşı ortaq mübarizə etməlidir.
Unudulmamalıdır ki, Suriyada sabitlik , sülh və sonrasında demokratiya bu ruhi xəstələrin varlığı ilə əsla reallaşa bilməz. Bu ruhi xəstələr günü gəldiyində Türkiyə və Qərb üçün də çox təhlükəli olacaq.
İnadkarlığa ehtiyac yoxdur.
Qərb “Mülayim Muxaliflərdən” söz etməyə başlamışkən AKP hökuməti də Suriya və bölgə siyasətinin yanlışlığını qəbul etməli və yeni bir vəziyyət dəyərləndirilməsi etməlidir.
Həm də gec olmamış.
Çünki Cenevrə Konfransı yaxınlaşdıqca Qərblilərin çoxu Şamın qapısını çalmağa başlayacaq.
Bəziləri də indi Beyrutda gözləyir!

Hüsnü Mahalli
Source : Islamtimes
Comment