0
Wednesday 18 December 2013 - 14:23

Növbəti represiya qurbanı

Story Code : 331789
Növbəti represiya qurbanı
Növbəti represiya qurbanı
Prezident seçkisindən sonra həbslərin, represiya dalğalarının olmayacağı haqqında açıqlama ilə çıxış edən Prezident Administrasiyasının rəsmisi Əli Həsənova elə bəyanat verilən zaman cəmiyyətdə heç kim inanmadı, xalq öz “qəhrəmanlar”ını yaxşı tanıyır.

Həbs və represiya təhlükəsinin real olaraq qalmasını bilə bilə ictimai fəallar öz mübarizələrini davam etdirməklə məşğul oldu. Dekabrın 16-da axşam saatlarında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli və təşkilatın daha iki əməkdaşı - Bəşir Süleymanlı və Elnur Məmmədli də Anarla birlikdə saxlanıldı və bir neçə saatdan sonra sərbəst buraxıldı.

SMDTM-nin rəhbəri Anar Məmmədli haqqında isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Anar Məmmədli Cinayət Məcəlləsinin 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti) və 213.2.2-ci (külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) maddələrilə ittiham olunur.

Azərbaycanı qismən tanıyan adamlar yaxşı bilir ki, bu ölkədə əliyev rejiminin hakimiyyəti dövründə ictimai və siyasi fəallar və jurnalistlərin həbsi qədər təbii heç bir şey ola bilməz. Adətən həbs olunanlar əsasən narkotik, silah, polisə müqavimət kimi ittihamlarla həbs olunurlar.

Bu dəfə isə nadir hallarda tətbiq olunan maddəyə üstünlük verildi, düzdür, hələ bilmək olmaz qabaqda daha hansı maddələrlə ittihamlar irəli sürüləcək, bu günkü gün üçün isə yuxarıda göstərilən maddələrdir.

Həbsinə ABŞ səfiri Riçard Morninqstarın da reaksiya verdiyi Anarın həbsi artıq dünəndən həm sosial şəbəkələrin həm də mətbuatın gündəmini zəbt edib, təşkilat və şəxs haqqında həm saytdan həm də mətbuatdan geniş məlumat ala bilərsiniz, bizim şərhimizə görə isə Anarın həbsində hakimiyyətin bir neçə məqsədi ola bilər.

Birincisi, əliyev rejimi bu həbslə cəmiyyətin müqavimət gücünü qırmaq üçün apardığı represiyanı davam etdirmək əzmində olduğunu nümayiş etdirir, çalışır ki, cəmiyyətdə bir nəfər də olsun etiraz səsi olmasın.

İkincisi, dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması və Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin səfəri ərəfəsində baş verməsi onu deməyə əsas verir ki, İlham Əliyev qərblə, xüsusilə Azərbaycanda neft və qaz sənayesində şirkətinin iştirakının xüsusi çəkisi olan Britaniya ilə İlham Əliyev bazarlıq etmək məqsədi güdür.

“Şahdəniz - 2” ilə bağlı Bakıya gələn digər dövlət rəsmilərinin adını ona görə xüsusilə qeyd etmirik ki, bu ölkələrin rəhbərlərini Azərbaycan cəmiyyətində demokrat hesab etmirlər. Bu da təsadüfi deyil, “kürü diplomatiyası” kimi anlayışlar cəmiyyətə yaxşı məlumdur. Elə İlham Əliyevlə görüşü zamanı Bakıya gələn xarici rəsmilərdən yalnız Uilyam Heyqin Anar Məmmədlinin məsələni qaldırması dediklərimizə bir daha sübutdur.

Anar Məmmədli təkcə Azərbaycanda deyil, qərbdə də seçki məsələləri üzrə çox yaxşı tanınan ictimai fəaldır. Heç şübhəsiz ki, beynəlxalq təşkilatlar da yaxın günlərdə bu həbslə bağlı bəyanatlarını vercəklər. Əlbəttə oktyabrın 9-da keçirilən prezident seçkisindən bu yana represiya dalğasına məruz qalan bir çox dindar fəallar və ictimai fəallar olub, ancaq seçkilərin monitorinqini həyata keçirən və saxtakarlıqlar barədə hesabatlarını yayan Anar Məmmədlinin həbsi daha böyük rezonansa səbəb olacağı gözlənilir.

Bunun bir səbəbi də onunla bağlıdır ki, Anar Məmmədli qərb təşkilatları ilə çox sıx işləyir, Azərbaycanda da siyasi həbslərlə bağlı səsini çıxaran, etiraz edən, bəyanat verənlər qərb dünyasına mənsub rəsmilər və təşkilatlardır.
Source : Islamtimes
Comment