0
Wednesday 4 August 2010 - 08:27

Dindarlar azadlıqdan məhrum edildi

Story Code : 33199
Dindarlar azadlıqdan məhrum edildi
Dindarlar azadlıqdan məhrum edildi
Bu sözlər kim də olmasa Bizim Polis haqqında gücündə qalır.
Ötən fevral Bakının küçələri dindarların qanı ilə suvarıldı. Dinc yürüş keçirən dindarlar polisin “fədakarlığı” ilə üzləşdi. 13 fevral İslam peyğəmbərinin vəfat günü yaddaşlarda həm də Polis Rəzaləti Günü kimi həkk olundu.
Hadisənin üstündən beş ay keçdi. Dindar kəsim bütün zorakılıqları unudub hadisədə iftiralarla həbs edilmiş dindarların azadlığa çıxacağı günü gözləyirdi. Amma sifarişlə işləyən məhkəmə bir daha sübut etdi ki, məmləkətdə dinlə savaşa qalxmış qara qüvvə barışıq fikrində deyil. Beləcə dindarlar azadlıqdan məhrum edildi. Dindarların Hüquqlarının Müdafiə Komitəsi hadisə ilə bağlı bəyanat yayıb.

Dindarların Hüquqlarının Müdafiə Komitəsinin
Bəyanatı
Məlum olduğu kimi, 13 fevral 2010-cu il tarixdə Məhəmməd peyğəmbərin (s) vəfatı günü münasibətiylə və Xocalı soyqrımı ildönümü ilə əlaqədar “Şəhidlər Xiyabanı”na ziyarətə gedərkən Yasamal və Səbail rayon Polis əməkdaşları tərəfindən qarşıları alınaraq fiziki zora məruz qalmışlar. İki aylıq ibtidai, və dörd aylıq məhkəmə istintaqı zamanı dindarların tam günahsızlığı vəkillər tərəfindən isbat olunsa da, həmçinin “Azadlıq” radiosunun yerli müxbirlərinin lentə aldıqları hadisədə ittiham olunanların əslində polislər tərəfindən müxtəlif dərəcədə xəsarətlər alması öz əksini tapsa da, nəticədə hakim Elçin Qurbanovun sədrlik etdiyi Yasamal rayon Məhkəməsi dindarlar barədə çox gözlənilməz, ədalətsiz, Azərbaycan qanunlarına və konstitusiyasına, beynəlxalq konvensiyalara, insan hüquqlarına istinad etməyən hökm elan etmişdir. Dindarlara 4-4.6 il həbs cəzası çıxarmaq, bir daha onu göstərir ki, Azərbaycanda insanlar törətdikləri əməlin dərəcəsinə görə deyil, kimlərinsə istək və maraqlarına görə cəzalandırılır. Milli, islami əxlaqa sığmayan bu addımı, biz Azərbaycan xalqına, müsəlmanlarına, bütövlükdə İslam dininə qarşı bir addım kimi qiymətləndiririk.
/HaqqYolu/
Comment